![]() |
|
Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Məsimov Əkbər Yunis oğlu bu gün dəfn olunacaq.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ə.Məsimovun nəşi günün ikinci yarısında Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Ə.Məsimov subay idi.
Ötən il koronavirus pandemiyası ilə əlaqədar olaraq ilk dəfə orta məktəblərdə “Son zəng” mərasimi” onlayn qaydada təşkil olundu.
Hətta maraqlı etmək üçün “Son zəng”i sabiq təhsil naziri Ceyhun Bayramov çalmışdı.
Ötən ildən fərqli olaraq pandemiya bitməsə də nisbətən səngiyib. Azərbaycanda da vaksinasiyanın aparılması, o cümlədən yoluxma saylarının kəskin aşağı düşməsi yumşalmalara gətirib çıxarıb.
Vəziyyətin müsbətə doğru getməsi Azərbaycanda bir ildən artıq müddətdir qapalı qalmış sektorlarda da məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu.
Artıq orta məktəblərdə dərslərin bitməsinə bir həftə vaxt qalıb. Buna baxmayaraq “Son zəng” tədbirinin onlayn, yoxsa ənənəvi qaydada keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Təhsil Nazirliyindən “Yol-xeber.az”ın sorğusuna cavab olaraq bildirilib ki, pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Məlumatda qeyd olunub ki, qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildən etibarən ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Sözügedən qadağa hələ də qüvvədədir.
"Formula 1" yarışı ilə əlaqədar bağlanan bəzi küçələrdə hərəkət bərpa edilib. Bu barədə Bakı Şəhər Dövlət Yol Yol Polisi İdarəsi məlumat yayıb. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Yol-xeber.az-a açıqlamasında bildirib ki, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb: "Bu gün səhər saat 06:00-dan etibarən Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri, o cümlədən B.Sərdarov küçəsi istiqamətində ictimai nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib".
Vaqif Əsədovun sözlərinə görə, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti profilaktiki tədbir keçirilib. Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.
Qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib olunub.
Vətən Müharibəsində itkin düşən daha bir əsgərin nəşi tapılıb.
Hərbi Prokurorluqdan “Yol-xeber.az”a verilən məlumata görə, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
"Yol-xeber.az" bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Bundan başqa davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücələr də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb.
Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 8 nəfər barəsində müvafiq tədbir görülüb.
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilib.
"Yol-xeber.az"ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kəlbəcərdə şəhid olan AzTV əməkdaşı dəfn edilib.
"Yol-xeber.az" "Report"a istinadən xəbər verir ki, peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasiminə şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, millət vəkilləri, media nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb.
Şəhid operatorla vida mərasimində isə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.
Şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid jurnalistin vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, şəhidimizin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
***10:26
Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, mərasim Binəqədi rayonu, Rəsulzadə qəbəbəsindəki evində keçirilir.
Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.