![]() |
|
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı ilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə olunmasına dair tələb ləğv olunub.
Nazirlər Kabinetindən "Yol-xeber.az"a bildirilib ki, həmçinin, qanunvericiliyə əsasən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.
Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarına əsasən aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
- qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
“Yol-xeber.az”ın xəbər verir ki, "Visa" beynəlxalq şirkəti "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib. Artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər . Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazlar ilə təchiz edilmiş turniketlər quraşdırılıb.
Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes sinfinədək yüksəldə bilərlər.
"Yol-xeber.az"ın xəbərinə görə, aşağıdakı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
- qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
"Yol-xeber.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib, onun səhhəti yaxşıdır.
Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Q.Əliyev Şuşa ərazisində qəhrəmancasına şəhid olub.
Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.
"Yol-xeber.az"ın xəbərinə görə, şahidlər Report-a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb.
İyunun 1-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş” çərçivəsində 28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.
Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Məlumatda deyilir ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Bu gün, həmçinin sosial şəbəkələrdə readmissiyaya məruz qalan Azərbaycan vətəndaşlarından birinin özünə xəsarət yetirdiyi barədə məlumatlar yayılıb.
“Almaniyadan deportasiya ediləcək şəxs, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya əməkdaşları və polislərin gözü önündə ülgüclə qol damarlarını kəsib. Hazırda vəziyyəti orta-ağırdır,” Almaniyada yaşayan mühacir Həbib Müntəzir Facebook səhifəsində yazıb.
Bununla yanaşı, rəsmi mənbələr hələ bu məlumata münasibət bildirməyib.
Bu il sonuncu dəfə aprelin 28-də Almaniyanın Düsseldorf şəhərindən 50-yə yaxin azərbaycanlı ailəsi Azərbaycana gətirilib.
Rəsmi məlumatlar görə, bu il ümumilikdə Almaniyadan yüzdən çox miqrant ailəsi Azərbaycana readmissiya olunub.
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edir.
"Müsabiqə “Tеlеviziya və radiо yayımı haqqında” Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV kanalı) 2021-ci il iyunun 7-dən iyulun 7-dək elan edilir.
Müsabiqə üçün tələb оlunan sənədlər 2021-ci il iyunun 7-dən iyulun 7-nə qədər (şənbə, bazar və bayram günləri istisna оlmaqla) Milli Tеlеviziya və Radiо Şurasının inzibati binasında saat 10.00-dan 17. 00- dək qəbul еdilir.
Qeyd edək ki, müsabiqədə iştirak haqqı 200 manatdır.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Dəmirçidam kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Yol-xeber.az"a bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxildir.
Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir.
Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın “insanpərvərliyinə”, “qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuriyerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvanlara çatdırır.
Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayrı-ayrı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq.
Şəxs cinayət başında tutularkən “bilmədim”, “aldadılmışam”, “mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, -deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu, onu cinayət məsuliyyətindən azad etmir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Şairin Şəmkir rayonu Seyfəli kəndindəki doğulduğu ev məhv olmaq üzrədir.
Həmin görüntüləri təqdim edirik: