![]() |
|
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.
"Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".
"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumatda deyilir ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.
DİN-in Mətbuat xidmətindən "Yol-xeber.az"a daxil olan müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Xəbər verildiyi kimi, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib.
Bununla belə, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır. Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir.
İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.
Xatırladırıq ki, qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Bütün qabaqlayıcı tədbirlər sağlamlığınızın qorunmasına xidmət edir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik".
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
“Yol-xeber.az” xəbər verir ki, 15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.
Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.
26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib.
Yol-xeber.az xəbər verir ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels - İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.
Uels - İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə - İsveçrə oyununun keçiriləcəy 20 iyun bazar günlərinə təsadüf edir. Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən isə 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.
Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər.
Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilib.
"Bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.
O deyib ki, 28 May - Respublika günü Bakıda və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:
“Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. İş adi günlərdəki kimi davam edəcək”.
N.Piriyevin sözlərinə görə, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Bu barədə "Yol-xeber.az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, Bakı-Sumqayıt istiqaməti üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:
Bakı-Pirşağı-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;
Bakı-Xırdalan-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.
"Belə bir qanunun qəbulu təkcə Şuşa deyil, bütövlükdə Qarabağ üçün tarixi baxımdan əhəmiyyətli hadisədir. Şuşa rayon olub 1752-ci ildə onun ərazisi 5,5 min kvardrat kilometri olub. Şuşa şəhəri yaranandan onun bir qəsəbəsi, bir şəhəri və 37 kəndi olub. Bu kəndlər siyasi əhəmiyyəti kəndlərdir. İndi bu kəndlərdə sülhməramlılar fəaliyyət göstərir, ermənilər yaşayır. Şuşada 96 faiz azərbaycanlı, 4 faiz erməni yaşayıb. Bu kəndlərin işğalda olması gələcəkdə təhlükəsizlik problemi yarada bilər".
"Yol-xeber.az" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, Şuşa şəhəri Şuşa rayonuna daxilidir.
"Mən təklif edirəm ki, Şuşa şəhəinin idarəedilməsi mexanizmi də qanun layihədə əksini tapsın”, - o qeyd edib.
Vahid Əhmədov eyni zamanda təklif edib ki, Şuşa şəhərində görülən işlər vergidən azad edilsin: “Şuşada böyük bərpa işləri aparılacaq. Bu bir illə yekunlaşmaz. Mən təklif edirəm ki, Şuşa şəhərində aparılan işlər 3 il müddətində vergidən azad edilsin. Bu maliyyə Şuşada qalsın və şəhərə sərf edilsin”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.
“Yol-xeber.az”ın məlumatına görə, bu barədə bir sıra vətəndaşlar narazılıqlar səsləndirib.Bildirilib ki, “Asan Login” sistemi vasitəsilə sistemə daxil olduqdan sonra kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan COVID-19 pasportunu əldə etmək mümkün olmur.
Problemlərin mövcudluğunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də təsdiq edib. O bildirib ki, artıq bir neçə saatdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Şəxsi Kabinet”ə daxil olmaqda problemlər yaşanır:
“Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi COVID-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı müraciətləri emal edə bilməyib və sistem çöküb.
Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib. Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resursları düzgün hesablamayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.
Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər. Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsək də, zənglərimiz cavablandırılmadı.