![]() |
|
"Yol-xeber.az"ın məlumatına görə, təlim kurslarında minatəmizləmə texnika və qurğularının texniki xüsusiyyətləri, texnikaların istismarı, praktiki işləməsi və mina sahəsində partlayışların icrası nümayiş olunur.
Sonda kurslara cəlb olunan şəxsi heyətə serfikatlar təqdim olunacaq.
Bakının Səbail rayonunun Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə (BNA) əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib.
Bu barədə "Yol-xeber.az"a BNA-dan məlumat verilib.
Məlumata görə, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanılıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə "butulka effekti" yaranıb.
Bu səbəbdən də səhər saatlarından hazırki vaxta qədər Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.
"Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və BNA ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir", - deyə qurum bəyan edib.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.
O bildirib ki, sentyabrda yoluxma sayında artım müşahidə ediləcək:
“Açıq havada maska ilə bağlı qərarın ləğvindən sonra bəlkə yayı rahat keçirə bildik, lakin payızdan etibarən, yəni sentyabr-oktyabr ayında yenidən yoluxma sayında artım görülə bilər”.
"Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər".
"Xəzər TV xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.
Vasif Əliyev deyib ki, insanlar bundan sonra peyvənd olunmaqda daha maraqlı olmalıdırlar. Çünki pandemiyanın qarşısını ala biləcək ən təsirli üsul vaksinasiyadır. Peyvəndləmə ilə virusun yayılma zənciri qırılır və yoluxuculuq azalır.
TƏBİB rəsmisi əlavə edib ki, vətəndaşlar nəzərdə tutulan qaydalara əməl edərlərsə, virusa daha tez qalib gəlmək mümkün olar.
Bu barədə "Yol-xeber.az"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verib.
Bildirilib ki, yol hərəkət iştirakçılarının həyat və sağlamlığı, ümumilikdə cəmiyyət üçün təhlükəli hal hesab olunan hüquqsuz, eləcə də sərxoş vəziyyətdə avtomobil idarə olunması kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərə səbəb olmadan vaxtında aşkarlanması, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi, həmçinin ictimaiyyət və media nümayəndələrinin yaxından dəstəyi ilə maarifləndirmə, təbliğat-təşviqat xarakterli iş aparılması tədbirin əsas qayəsi olub.
Gəncə, Ağsu, Qax, Qazax, Qəbələ, Qusar, Zaqatala, Yardımlı, Kürdəmir, Goranboy, Lerik, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Cəlilabad, Şəki, Şəmkir, Şirvan, Gədəbəy və Xocalı rayon DYP əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və ya hüquqsuz idarə edən şəxslər saxlanılaraq barələrində qanuna uyğun inzibati tənbeh tədbirləri görülüb, bu kimi halların yaranma səbəb və şəraiti araşdırılaraq gələcəkdə təkrarlanmaması üçün profilaktik söhbətlər aparılıb.
"Yol-xeber.az xəbər verir kİ, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
"Yol-xeber.az" apa-ya istinadən xəbər verir ki, istifadəçi məlumatlarının "Facebook"a ötürülməsini nəzərdə tutan "WhatsApp"ın yeni qaydası tətbiqlər mağazasının mövcud qaydalarına ziddir. Belə ki, mağaza qaydalarının 3.2.2 bəndi "Apple"a əlavə araşdırma aparmadan "WhatApp"ı "AppStore"dan çıxarmaq hüququnu verir.
İranla Azərbaycan arasında logistika və dəmiryol terminalının tikintisinə lisenziya verilib
Bənddə qeyd olunur ki, tətbiqlər istifadəçilərdən qiymət verməsini və onlara baxmasını, digər tətbiqlərini yükləməsini, reklamlara klikləməsini, izləməyə icazə verməsini və digər oxşar əməliyyatlar həyata keçirməsini tələb etməməlidir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Baş nazir Əli Əsədovun 19 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadıldı.
Ötən həftə isə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva AzTV-nin efirində növbəti yumşalmaların olacağının anonsunu verdi. TƏBİB rəsmisi açıqlamasında yeni qərarların yaxın tarixdə elan ediləcəyini bildirdi.
Bir sıra "Telegram" kanallarında bu həftə ərzində Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiniqinin olacağı ilə bağlı məlumatlar yayılıb.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov “Yol-xeber.az”a açıqlamasında bu barədə məlumatsız olduğunu deyib.
Ötən il Azərbaycanda sair daxilolmalar üzrə 86,8 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 216,3 milyon manat vəsait daxil olub.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə “2020-ci il üzrə dövlət büdcəsinin icracı haqqında” qanun layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, daxil olan vəsaitin 59,2 milyon manatını Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqları üzrə hasil edilən qızılın Azərbaycanın payına düşən hissəsinin satışından daxilolmaların, 31,6 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə ilin sonuna istifadə ulunmamış vəsait qalıqları, 22,5 milyon manatını cərimlərədən daxilolmalar, 20,5 milyon manatını xəzinə qalığının (sərbəst qalıq vəsaitlərinin) idarə edilməsindən daxilolmalar, 16,7 milyon manatını “Azərbaycan Dəmir Yolları” QSC-nin büdcədən aldığı kreditlərə görə daxilomalar, 14,5 milyon manatını müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar və 51,3 milyon manatını digər mənbələr üzrə daxilomalar təşkil edib.