![]() |
|
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 29-34 isti, Bakıda gecə 18-20 isti, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Qasımbinəsi kəndindən videogörüntülər yayıb.
"Həmin görüntüləri təqdim edir.
“Artıq bəzi sahələrdə 2019 normativi tətbiq olunmayacaq. Hətta TƏBİB də rəsmi açıqlama verərək bildirdi ki, yeni normativlər olacaq. Bu qaydalar toylara da aiddir. Belə ki, müəyyən say və vaxt məhdudiyyəti tətbiq edilməklə toylar keçirilə bilər. Məsələn, 4-5 saatlıq vaxt məhdudiyyəti qoyula bilər. Bu məhdudiyyət yoluxma sayında artım olmasının qarşını ala bilər. Lakin bunun üçün hələ bir neçə ay gözləməli olacağıq”.
"Bu sözləri həkim mütəxəssis Vasif İsmayıl “ARB24” kanalına açıqlaması zamanı bildirib.
Toyların müəyyən məhdudiyyətlər çərçivəsinə keçirilməsindən danışan mütəxəssis, qapalı məkanlardakı idman zalları məsələsinə də toxunub.
O, toyların keçiriləcəyi təqdirdə nəzərdə tutulan qaydaların idman zallarına da şamil olunacağını açıqlayıb:
“Bu gün açılması ən çox arzulanan sahələrdən biri bağlı idman zallarıdır. Bu məsələni mütləq qaldırmaq lazımdır. Təxmin edirəm ki, biz iyunda, karantin rejimi bitdikdən sonra bir çox dəyişiklik görəcəyik. Məntiq bunu deməyə əsas verir.
Çünki idman zallarına nəzarət, reyd keçirmək asandır. Məsələn: eyni saatda 10 iştirakçı məhdudiyyəti tətbiq etmək olar. Daha sonra bu qaydaya əməl edilib-edilməməsi ilə bağlı da reyd keçirmək mümkündür”.
Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Nazirlikdən bildirilib ki, mənzillərin sənədlərini qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim edib.
Bildirilib ki, bu il ərzində 3 000-dək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 670 mənzil və fərdi ev verilib.
Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır.
“Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli olması halları müəyyən edilir:
“Hərbi səbəblərlə əlaqədar əlillik müayinələri açıqdır. İctimai Şuranın üzvləri bu müayinələrdə iştirak edir. Digər qurumların üzvləri də prosesdə mütamədi iştirak edir. Tam şəffaf və obyektiv keçməsinə şahid olurlar”.
"Bu barədə trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər. Qeyd olunub ki, yolun çəkilişi zamanı Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib:
“Məlumatı yoxlamaq üçün institutun əməkdaşları Füzuli rayonuna bir günlük səfərə gedib. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirilib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.
İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib”.
Əlavə edilib ki, baxış keçirilən sahənin sıx və hündür otlarla örtülü olması, eyni zamanda güclü yağışdan sonra ətraf yerlərin palçıqlı olması ərazidə geniş müşahidələr aparmağa imkan verməyib. İstənilən halda bu sahə kurqanlarla birlikdə tarixi-arxeoloji əhəmiyyətə malikdir. Gələcəkdə arxeoloji qazıntılar göstərilən abidələrin təyinatı barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.
“Qısa müddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib. Burada iri ölçülü 20-dən artıq kurqan var. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazıb. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilib.
Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülüb, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmayıb. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.
Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub. Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edilir. Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı”.
Bildirilib ki, adı çəkilən polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu millət vəkili Tahir Rzayevin qardaşı oğludur.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
" DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayon Kəbirli kənd sakini 1995-ci il təvəllüdlü Əşrəf Əşrəflinin idarə etdiyi avtomobildə silah saxlaması barədə Rayon Polis Şöbəsinə məlumatı daxil olub:
“Həmin məlumat əsasında polis əməkdaşlarının 19 may tarixində həyata keçirdiyi tədbirlərlə Əşrəf Əşrəfli və sərnişin qismində əyləşən Samirə Səfərova ilə birlikdə saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində avtomobilə baxış keçirilən zaman oradan bir ədəd 4.5 millimetr kalibrli P900 GAMO markalı pnevmatik tapança və üzərində kustar üsulla bərkidilmiş lazer nişangahı aşkar olunaraq götürülüb. İş üzrə müvafiq ekspertiza təyin edilib”.
“Hazırda faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır”, - deyə DİN-dən qeyd edilib.
"Trend xəbər verir ki, 2 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.
Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.
Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb.
Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.
COVİD-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir.
Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaqdır.
Qeyd edilməlidir ki, paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçiriləcək.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli qiymətlərin son vaxtlar sürətlə artmasına diqqət çəkib.
"Deputat birinci amil kimi bazar iqtisadiyyatınin tələb və təklifinin olduğunu deyib:
"Əhalinin gəlirləri aşağı səviyyədədir. İkinci səbəb kimi dünyada qiymətlərin artmasını göstərirlər".
Əli Məsimli sənaye məhsullarının qiymətinin digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırıb.
Deputat süni qiymət artımında bəzi marketlərin istehsal müəssisələrindən əlavə pul aldıqlarını bildirib:
"Bu zaman qiymətlər də süni artır. Qiymətlərin süni artırılması, Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərbə vurur".