![]() |
|
"Paylaşımda deyilir:
"Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!".
"Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:
“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bunlar sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, sui-istifadə halları aradan götürülsün”.
“Bunu mədəniyyət naziri Anar Kərimov deyib. O söyləyib ki, ortaq tarix və dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər, ölkələrimizin bütün maraqlarını tam şəkildə ehtiva edir:
“Martın 1-dən 3-dək nazirliyin geniş nümayəndə heyəti ilə Türkiyə səfərimiz gerçəkləşdi. Ankara və İstanbulda çoxsaylı görüşlərimiz oldu. Səfər zamanı iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclası keçirildi. İncəsənət, muzey, kitabxana işi, kino sənayesi və s. sahələrdə əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. İclasın yekun protokolu da mədəniyyətin bütün spektri üzrə gələcək birgə fəaliyyətimizi əhatə edir”.
Nazir bildirib ki, məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır:
“Xüsusilə də kino sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz zəfərin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində kino layihələri mühüm rol oynaya bilər. Bu məqsədlə ortaq layihələr həyata keçirmək istəyirik. Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyənin film istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə əlaqə yaratmışıq. Birgə filmlərin çəkilişlərində Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Məlumdur ki, Türkiyənin kino sənayesi son dövrlərdə çox inkişaf edib. Türk filmləri, serialları dünyada maraqla qarşılanır. Biz də bu təcrübədən yararlanmaq istəyirik".
Xəzər TV xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"nin sakinlərinin təxminən bir aydan çoxdur ki, yaşadıqları binalara isti su verilmir. Səbəbsə sakinlərin istilik və isti su ilə bağlı borclarının olmasıdır.
Məcburi köçkünlər deyirlər ki, binalarda "Azəristiliktəchizat"ın sayğacı olsa da, hesablamalar sayğac əsasında aparılmır. Çünki şəhərcikdəki sayğacların böyük hissəsi sıradan çıxıb. Amma buna baxmayaraq hər evə 300 manatdan 500 manatadək borc yazılıb.
Sakinlər bu məbləği ödəməkdən imtina edirlər. Bildirirlər ki, digər kommunal ödənişlər kimi isti su üçün də sayğac quraşdırılsın və ona əsasən ödəniş etsinlər.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-ı ilə əlaqə saxladıq. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, mövcud qanunvericiliyə görə sayğac quraşdırılmayan və ya sayğac işləməyən mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kubmetr həcmində müəyyən edilir. Hazırda bəzi mənzillərdə bildirişlərdə borc məbləğinin çox olması 2017-ci ildən bu günə kimi həmin mənzillərdən heç bir ödənişin olmaması səbəbindən borcların toplanması ilə əlaqədardır.
"Azəristiliktəchizat"ASC-dən bildirildi ki, artıq həmin mənzillərdə yeni sayğacların quraşdırılması istiqamətində işlər aparılır. "Qaçqınkom"-un mətbuat katibi İbrahim Mirzəyev isə qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müvafiq müraciətlər göndərilib.
“Bu barədə onun qızı Rusiya mətbuatına açıqlamasında bildirib.
Rəssam 92 yaşında Almaniyada dünyasını dəyişib.
Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub.
O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub.1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.
Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.
T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.
Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.
"Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev prospekti şəhər mərkəzi, Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətlərində müşahidə olunan sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.
"İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdi və bu, bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır".
“Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, həmin missiyanı qəbul etməyə hazır olduqları haqqında müraciət göndərilib və texniki missiya zamanı işğaldan azad edilmiş ərazilərdə baxış keçiriləcək abidə və mədəniyyət müəssisələrinin siyahısı da təqdim olunub:
“Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəlki dövrlərdə də Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirəcək”.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Mayın 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
"Bu barədə “ARB Xəbər”in paytaxt çimərliklərinin birində hazırladığı reportajda qeyd edilib. Məlumata görə, çimərliklər yeni mövsümə tam hazır vəziyyətə gətirilib.
Bildirilir ki, təmizlik işləri yanaşı Səhiyyə Nazirliyinin əməkdaşları da dəniz suyunun yararlı olub-olmamasını yoxlamaq məqsədi ilə nümunələri götürərək, müayinə üçün laboratoriyaya göndərəcəklər.
"Bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib. O bildirib ki, bununla bağlı rəsmi qərarları gözləmək lazımdır:
“Vətəndaşlarımızı narahat edən bir çox suallar var. İstər şadlıq mərasimləri, istərsə də digər kütləvi insanların bir yerə toplaşdığı mərasimlərin hamısı müzakirə olunur. Onlarla bağlı bəlli qaydalar hazırlanır. Biz artıq bir ildir deyirik ki, normal həyatın da anlayışı dəyişəcək”.