![]() |
|
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirlərinə qoşun xidməti, hərbi hissənin döyüş hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məruzə olunub. Hərbi hissə və şəxsi heyətin yüksək sosial məişət şəraiti ilə bağlı məlumat verildikdən sonra nazirlər burada yaradılan hərbi infrastrukturla tanış olub. Qərargah binası, əsgər yataqxanası, yeməkxanaya baxış keçirilib.
Sonda Müdafiə nazirləri “Polonez” əməliyyat-taktiki raket komplekslərinin saxlandığı park, döyüş raketlərinin saxlandığı anbar və texniki xidmət mərkəzində olub.
“Şuşada ilk toyu kimlər etmək istəyirsə, “Qarabağa dönüş” İctimai Birliyinə müraciət etsinlər”.
"Bu sözləri Modern.az-a “Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, pandemiya bitəndə, toyların keçirilməsinə icazə veriləndə Şuşada ilk toyu reallaşdırmaq olar:
“Hətta bir cütlüyün deyil, evliliyə hazırlaşan bir neçə cütlüyün eyni vaxtda toy mərasimini Şuşada təşkil etmək olar. Ümidvaram ki, pandemiya problemi tezliklə aradan qalxacaq. Şuşada heç qapalı məkana ehtiyac yoxdur. Açıq havada, Cıdır düzündə gənclərin evlilik mərasimini təşkil edərik. Şuşanın gözəl təbiəti, mənzərəsi buna imkan verir. Əslində belə bir mərasim qonşuluqda yaşayan ermənilər üçün də bir göz dağı olar. Qoy ermənilər bir daha görsünlər ki, Azərbaycan xalqı Şuşaya qayıdıb, orada normal həyatını sürdürür”.
"Bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:
“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.
Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
“Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.
Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq:
“Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək. Təəssüf ki...”.
"Report verdiyi məlumata görə, "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
"Lökbatan Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.
"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxs "Respublika Uşaq Klinik Xəstəxnaası" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yendiən təşkil edilir.
"Nərimanov Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası,18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.
"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.
"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxs "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.
“Report” məlumatına görə, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.
Vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.
Allah rəhmət eləsin!
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd olunub ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra, 12-13 dekabr tarixlərində Azərbaycan ərazisində 4 Azərbaycan hərbçisinin qətlə yetirilməsi, 1 mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar.
Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər.
Ombudsman tərəfindən fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Başçəkmə çərçivəsində aparılmış araşdırmaların nəticəsi əsasında Ombudsmanın Ad hoc hesabatı hazırlanaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
"Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir: "Bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər".
"Yol-xeber.az" xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı sürücü öz şikayətlərini bildirib.
Rahib Nuruyev adlı şəxsin sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobilləri cərimə meydançasına salınan sürücülərə vaxt verilib. Bildirilib ki, sürücülər 1 həftə ərzində mütləq avtomobillərə katalizatorlar qoydurmalıdırlar.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də açıqlama verilib. Qurumun mətbuat xidmətinin rəhbəri polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır, bu isə inzibati xəta tərkibi yaradır:
“Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər.
Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda həmin nasazlıqlar aradan qaldırılmalıdır.
Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan Azərbaycana elə bu vəziyyətdə gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”.
Bir çox vətəndaş iddia edir ki, avtomobilləri ölkəyə gətirərkən katalizator olmayıb və maşın bu formada da gömrükdə qeydiyyatdan keçirilib. Avtomobil ustası Mürsəl Ələkbərov BAKU.WS-ə açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Bizim müştərilərimiz var ki, bununla bağlı onlarda problemlər yaranıb. Əslində avtomobillərdə katalizatorlar olmalıdır. Avtomobillər ölkəyə gətirilərkən gömrükdə mütləq yoxlanılmalıdır.
Lakin çox vaxt bu və digər detalları yoxlamaq üçün peşəkar olmur. Bu səbəbdən də yoxlanılma aparılmadan avtomobillər qeydiyyata salınır.
Son günlər bu məsələnin üstünə düşüblər. Katalizatorun olması avtomobil yanacağının işlənməsinə təsir edir. Mühərrikə daxil olan yanacaq emal olunarkən zəhərli maddələr havaya buraxılmır. Motor da normal işləyir. Katalizatoru bəzi işbazlar çıxarırlar və min dollara ayrıca satırlar.
Katalizatorun olması mühərriyin səssiz işləməsinə, yağın çox israf olunmasına, yanacağın az yandırılmasına təsir edir”.
Vətəndaşların avtomobillərin katalizatorsuz gömrükdə qeydiyyata salınmasına gəlincə, rəsmi tərəfdən məsələ təqzib olunub.
Dövlət Gömrük Komitəsidən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il 2 saylı qərarı ilə Azərbaycan Respublikasına idxal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən AVRO-4 ekoloji normaları tətbiq edilir.
“Avtonəqliyyat vasitəsinin AVRO-4 ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin VIN kodu-nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edilir. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir”, - deyə qurumdan bildirilib.
Ekspertlər isə məsələyə müxtəlif aspektdən yanaşırlar. "Avtostop” verilişinin aparıcısı Tural Yusifov “Facebook” səhifəsində yazıb ki, Azərbaycanda avtomobilin texniki baxış qaydaları bütünlüklə ziddiyət təşkil edir.
Onun fikrincə "Toyota Prius"lar katalizatorsuz ölkəyə daxil olubsa, bunda sürücünün günahı yoxdur.
“Nə baş verdiyini yalnız deyəsən YPX bilir. Çünki ölkədə yükdaşımada olan bütün avtomobillərin 90%-də qurum filteri yoxdur. Köhnə avtobuslarda bu katalizatoru gördüm deyən yoxdur. Sınıq salxaq minik avtomobillər tərəfə baxan belə yoxdur.
Birdən “Prius”lara diqqət edildi. Sanki kimsə məlumat verib ki, bunların katalizatoru yoxdur. Və ya gözlədilər ki, sayı artsın gözlənilmədən iş görək.
Katalizator vacibdir. Hava zəhərlənir, ekologiya pozulur və s. Bəs onda texniki baxış qaydalarında nə deyilir? Avtomobil texniki baxışa gələndə texniki nasaz olsa belə ona texniki baxış talonu verilir.
Gələn il üçün gəldikdə isə həmin nasazlıq olmamalıdır. Deməli, bizim qaydalara əsasən katalizatorsuz avtomobil ən azı 1 illik texniki baxışdan keçə bilər. Və onun bir illik möhləti var. Bu nasazlığı gələn dəfə texniki baxışa gələndə aradan qaldırmalıdlr.
Bəs onda bu avtomobillər niyə dayandırılır? Sahibinin ən azı 1 il vaxtı varsa, bu nə deməkdir? Deyilənə görə avtomobillər katalizatorsuz da gəlir.
Bəs gömrükdə "yaşıl zona"da yoxlanış niyə aparılmır? Sadəcə vin kodla yoxlanış edirlər ki, Avro 4-dür? Görünən odur ki, qanunun ziddiyətindən, gömrük komitəsinin göz yummasından yenə sürücülər əziyyət çəkəcək.
Ya bu qanunu dəyişin, ya bunu əməllicə yoxlayın, ya hamıya cərimə yazın ya da normal hərəkət təhlükəsizliyinin təşkili ilə məşğul olun. PS: bu nasazlığa görə avtomobil cərimə meydançasına aparıla bilməz. Cərimə meydançası servis məntəqəsi deyil”, - deyə mütəxəssis qeyd edib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə məsələyə tam ayrı nöqtədən baxır. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır. Onun fikrincə isə burada yol polisini günahlandırmaq bir qədər düzgün fikri deyil.
“Əsasən hibrit avtomobillərdə katalizator problem yaranır. Bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır.
Dəqiq bilinmir ki, bu avtomobillər Bakıya gətirilrkən katalizatorlar çıxarılır, yoxsa elə bu formada ölkəyə gətiriblər.
Avtomobillər taksi sürücülərinə verilir. Sonra yol polisinin keçirdiyi reydlər zamanı belə avtomobillər aşkarlanır və sürücülər barədə tədbirlər görülür. Yol polisi da qanun tələbinə uyğun tədbir görür.
Sual verilir ki, texniki baxış zamanı bu qüsurlar niyə üzə çıxmır. Birinci bu hibrit avtomobillərdir. Hibrit və elektromobillərin texniki baxışla bağlı yanaşması fərqli olmalıdır.
Çünki həmin avtomobilin mühərriki işə düşdükdə havaya yanacaqla işləyən maşından fərqli zəhərli qaz buraxılır.
Ona görə bu maşınların texniki baxışda qüsurunu asanlıqla tutmaq olmur. Yol polisi də texniki baxış zamanı avtomobillərin katalizatorlarını yoxlamaq üçün maşının altına girməməlidir.
Sadəcə visual baxış keçirir. Maşının rənginə, ban nömrəsi, zəhərli qazların havaya buraxılma miqdarı, təkərlərin protektorları, apteçka və s. yoxlanılır. Maşının idarəetmə sistemi, əyləc sisteminı baxılır.
Bu tip maşınların texniki baxışını keçirtmək üçün həmin avtomobillərdən yaxşı anlayışı olan mütəxəssislər olmalıdır. Texniki baxış məntəqələrində xüsusi ixtisaslaşmış ustalar oturmalıdır”, - deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, avtomobildə katalizatorun çıxarılmasına görə 50 AZn cərimə yazılır. Lakin katalizatoru çıxarıb, yerinə digər avadanlıq quraşdırılrsa, bu zaman sürücüyə 150 manat cərimə yazılır. İstənilən halda avtomobil cərimə meydançasına aparılır.
Bu barədə Təhsil Nazirliyindən "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirilib.
"Ölkə.az"a verilən açıqlamada qeyd edilib ki, təhsil müəssisəsində günüuzadılmış qrup formalaşdığı təqdirdə hər günüuzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir və ona müvafiq əməkhaqqı ödənilir.
Xatırladaq ki, ötən gün Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib.
Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.
Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
Onu da qeyd edək ki, ödənişsiz qruplarda tədris aparacaq tərbiyəçilərə hər hansı ödənişin olunub-olunmaması açıqlanmamışdı.