![]() |
|
İndiyə qədər Azərbaycanda İİV infeksiyasından 1119 nəfər vəfat edib.
“Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır.
QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərin müalicəsinə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.
Xatırladaq ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edilir.
"Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.
Trend xəbər verir ki, Mədəniyyət Nazirliyindən qeyd olunub ki, artıq heykəlin son tamamlanma işləri aparılır:
"Müslüm Maqomayevin heykəli tamamlanmaq üzrədir. Heykəl Bakı şəhərində Dənizkənarı Milli Parkda ucaldılacaq. Xalq artistinin abidəsi artıq bərk materiala köçürülür. Yerində quraşdırma işləri heykəl tam hazır olduqdan sonra başlanacaqdır. İşlər mərhələli formada aparılır".
Qeyd edək ki, görkəmli sənətkarın abidəsinin quraşdırılacağı ərazi bir neçə gündür ki, hasara alınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.
Oxu.az xəbər verir ki, şəhidimiz Quba rayonunun Yeni Güləzi kəndində torpağa tapşırılıb.
F. Alimov evli idi, bir azyaşlı qızı yadigar qalıb.
Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
"Report" xəbər verir ki, qurumun maliyyə hesabatında bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır.
2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.
2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.
2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
9 May - Faşizm üzərində qələbə günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır.
Belə ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 9-15 may tarixlərində Bakı şəhərində 12 küçə və prospektin müəyyən hissələrində cari təmir işləri aparılacaq.
Sürücülərdən küçələrin adları qeyd edilmiş aşağıdakı cədvəldə göstərilən tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik
.
Vətən müharibəsi iştirakçısı Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.
"Report" xəbərinə görə, 1993-cü il təvəllüdlü N.İbrahimli mayın 14-də dünyasını dəyişib.
O, II Qarabağ müharibəsindən sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də N.İbrahimlinin ürəyində yenidən ağrılar yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.
Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.
Ailəli idi, bir övladı var.
Allah rəhmət eləsin!
"Report" xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə S.Eyvazovun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.
S.Eyvazov evli idi, bir azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov generalı işdən çıxarıb.
Unikal.org məlumatına görə, nazir FHN-nin Mülki müdafiə qoşunları komandanının müavini,general-mayor Ramin Cəfərovu vəzifəsindən azad edib.