![]() |
|
Qafqazinfo xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış olan zaman Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qeydiyyat şöbəsində çalışan xanımın Şuşadan olduğunu bildirib.
Bu zaman ölkə başçısı Şuşadakı oteldə şuşalı birinin çalışmasını müsbət qarşılayıb. Daha sonra Prezident otelin işçisi arasında maraqlı dialoq yaranıb.
Həmin anın videosunu təqdim edirik:
"Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
Report xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.
Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınır.
Bayram namazı televiziyalar vasitəsilə canlı yayımlanır.
Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.
Bu gün Azərbaycanda Ramazan bayramıdır.
Report xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.
Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.
İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.
Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləridir. İş həftəsi mayın 16-dan başlayacaq.
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır.
Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.
40 Vətən müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sosial-psixoloji yardım təlimlərinə cəlb olunub.
Agentlikdən verilən məlumata görə, Şağan Reabilitasiya Pansionatında onların psixoloq, loqoped və əmək terapiyası üzrə mütəxəssislər tərəfindən müvafiq xidmətlərlə təminatı həyata keçirilib. Təlimlər müasir metodlarla həm fərdi, həm də qrup şəklində aparılıb.
Ümumilikdə postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 805 qaziyə sosial-psixoloji yardım göstərilib. Onlarla yanaşı, şəhid ailəsinin və müharibə iştirakçısının ailə üzvlərindən ibarət 150 nəfər də psixoloji təlimlərə cəlb edilib. Ümumilikdə isə 7 500-dən çox psixoloji seans keçirilib.
“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”.
“Report” xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
O, bu məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcəyini istisna etməyib: “Sərhədlərin açılması ölkə üçün böyük riskdir. Həmsərhəd ölkələrdən daxil olanların sayı daha çoxdur. Buna görə də biz həm Gürcüstanda, həm də qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hər şeyi birdən açmaq olmaz”.
Qeyd edək ki, bu yaxınlarda ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava vaksinasiyanın geniş vüsət alacağı təqdirdə sərhədlərin açılacağını bildirib. O, quru sərhədlərdə hava sərhədində tətbiq olunan qaydalardan istifadə ediləcəyini qeyd edib.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq.
Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.
Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Lənkəranda üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayrıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.