![]() |
|
Bu barədə “Ölkə.Az”a Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
O bildirib ki, xalq şairi birinci Fəxri Xiyabanda dəfn olunacaq: “Mərhumun nəşi təxminən saat 15:00-16:00-da götürüləcək”.
Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Məlumatlarda qeyd edilib ki, həm evdə, həm də xəstəxanada COVID-19-dan müalicə alan şəxslərə 50 AZN ödəniş edilir.
Sözügedən məlumatla bağlı “Ölkə.az”a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış belə bir göstəriş olmadığını bildirib:
“Bizdə belə bir təlimat yoxdur. Belə bir fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır ki, araşdırılsın”.
Bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.
Məlumatda əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub: "Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq".
May ayının olmasına baxmayaraq Azərbaycanın dağlıq rayonlarında qar yağır.
Havaların qeyri-sabit keçməsi respublikanın dağlıq ərazilərində qar yağması ilə müşayiət olunub.
Yerli sakinlərin ölkə.az-a verdiyi xəbərə görə, hazırda Qubanın dağlıq kəndlərində, xüsusən də Xınalıq ərazisində qar yağır.
Araşdırmalar nəticəsində 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib.
Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb. Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib.
Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.
Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək. Hazırda da bu tipli araşdırmalar davam etdirilir
Fonddan verilən məlumata görə, şəhidimiz Azər Əliyevin Ağcabədi şəhərində doğulan övladı Əlinin, şəhidimiz Anar Qorçuyevin Sumqayıt şəhərində doğulan övladı Anarın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişməsi haqda xəbər yayımlanıb.
"Azxeber.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev bildirib ki, Aslan Hüseynov vəfat etməyib:
"Qaradağda baş verən qəzada avtomobili idarə edən şəxs müğənni Aslan Hüseynov olmayıb. Aslan Hüseynov vəfat etməyib, sağdır".
Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarında 8 və 16 may həftənin şənbə və bazar günlərinə düşsə də, rəsmi iş günləri hesab edilir.
Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.
Xatırladaq ki, mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, zavodu dövlət xidməti 2018-ci ildən özəlləşdirməyə çıxarsa da, hərrac baş tutmayıb.
Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə dövlət xidmətinin internet səhifəsinə (//bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (//bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.
Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.
Daha ətraflı BAKU TV-nin sujetində:
Gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də Ramazan çadırının təşkilatçılarına təşəkkürlərini bildiriblər.
“Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.
Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, “AMOR” və “İRS-Naslediye” jurnalları paylanıb.
İftardan əvvəl Müqəddəs Qurani-Kərimdən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.