![]() |
|
Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Bunu və havaların istiləşdiyini nəzərə alaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi? Məsələn, açıq havada maska taxmamaq kimi və s.
Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı Modern.az-a danışarkən ölkəmizdəki vəziyyəti qonşu ölkələrlə müqayisə edib:
“Hər bir ölkənin müxtəlif situasiyaları var. Bu situasiyalara uyğun olaraq karantin rejimi sərtləşdirilə və ya yumşaldıla bilər. Hazırda bizdə vaksinasiya prosesi davam edir. Karantinin sərtləşdirilməsinə ciddi zərurət yoxdur. Biz hamımız çalışmalıyıq ki, indiki dövrdə epidemiya əleyhinə bütün tədbirlərə əməl edək.
Vaksinasiyanı da sürətləndirək ki, karantin rejimilə bağlı sərtləşdirməyə deyil, yumşalmaya gedə bilək. Yay fəsli yaxınlaşır. İnsanların istirahət etmək ehtiyacları, immunitetlərini möhkəmləndirmək üçün günəşdə olmaq zərurətləri var. Bunları nəzərə alaraq hamımız vətəndaş və cəmiyyət olaraq məsələyə daha ağıllı yanaşmalıyıq. Bu dəqiqə sərt karantinə keçmək zərurəti yoxdur”.
M.Quliyev vətəndaşları vaksinasiyaya daha çox cəlb olunmağa çağırıb:
“Bununla özləri ilə yanaşı, yaxınlarının da həyatını xilas etmiş olurlar. Vaksinasiya prosesi bütövlükdə dövlətimizin, cəmiyyətimizin bu vəziyyətdən çıxmasına gətirəcək.
Bildiyimiz kimi, İsrail dövləti pandemiya şərtlərini bütünlükdə aradan qaldırıb. Çünki əhalinin 50 faizdən çoxu peyvənd olunub. ABŞ təxminən 1 aydan sonra bütün məhdudiyyətləri götürməyi planlaşdırır. Orada da geniş şəkildə vaksinasiya aparılıb.
Bizdə də bu proseslər baş verə bilər. Ona görə də hamımız vaksinasiyaya daha çox əhəmiyyət verməliyik. Əhalimizin təxminən 40-45 faizi vaksinasiyaya cəlb olunsa, bütün qadağaları qaldıra, əvvəlki həyatımıza qayıda bilərik.
Pandemiya şəraitinin nə vaxta qədər davam edəcəyini heç birimiz deyə bilmərik. Amma düşünürəm ki, qarşıdakı qış aylarında indiki kimi yoluxma halı qeydə alınmayacaq”.
“Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.
QMİ nümayəndəsi bildirib ki, keçən il olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq:
“Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Vətəndaşlarımız da fitrə zəkatlarını çıxararaq Allaha dua edəcəklər. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlar səbrli olmalıdırlar. Çünki Ramazan ayı özlüyündə səbrin göstəricisidir”.
Qeyd edək ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramla əlaqədar 9-15 may ölkədə qeyri-iş günüdür.
Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.
“Şəhidin 32-ci doğum gününü ondan yadigar qalan iki övladı, yaxınları və hər kəs onsuz qeyd edir.
1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kolleci bitirən Arəstə sonradan hərb sahəsini seçib və Beyləqandakı hərbi hissədə çalışıb.
Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra yadigar qalan iki övladı - 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsindədirlər.
Arəstə Baxışova ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bunu “Report”a açıqlamasında A.Quliyevin oğlu Rövşən Quliyev bildirib.
“Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik”, - o deyib.
Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Aşağı Sirik kəndindən videogörüntülər yayıb.
"Həmin görüntüləri təqdim edirik.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bayram tətilindən sonra virusa yoluxma sayında əhəmiyyətli sıçrayış baş verməsi gözlənilmir.
T.Eyvazov ictimai nəqliyyatla bağlı maydakı qadağanın yoluxma sayının azalmasına təsir edəcəyini bildirib:
“İnsan təmaslarının azalmasına xidmət edən hər bir qərar təbii ki, yoluxma sayının azalmasına gətirib çıxarır. İctimai nəqliyyatla bağlı qadağa da ümumi işin xeyrinədir”.
Baş infeksionist karantin rejiminin yumşaldılmasının hansı şərtlər əsasında mümkün olacağına aydınlıq gətirib:
“Əhalisinin yarıdan çoxu peyvəndlənən ölkələrin bəzisi yumşaldılmalara gedir. Buna qədər yumşaldılma tədbirləri real görsənmir. Buna görə, biz qarşıya qoyulan hədəfə daha tez çatmalıyıq. Peyvəndlənənlərin sayı artdıqca gündəlik yoluxmanın azalmasını görəcəyik. Bu azalma heç olmasa, ikirəqəmli olmalıdır və bir müddət bu səviyyədə qalmalıdır ki, yumşaldılma müzakirə predmeti olsun”.
Bu sözləri Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, uşaqlar bu infeksiyanı böyüklərdən daha yüngül keçirirlər: "Yaxın gələcəkdə pandemiyanın qarşısı alından sonra planlı peyvəndə ehtiyac olacaqsa, təbii ki, uşaq yaşlarından başlanacaq.
Əgər gələcəkdə koronavirusların insanlarla birgə yaşayışı davam edəcəksə, peyvənd təqviminə əlavə koronavirusa qarşı planlı peyvənd tətbiq olunacaq".
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından "Ölkə.Az"a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.
Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tər-tər, Qubadlı və Zəngilan rayonlarının ərazisində baş verib.
Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikası 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Bundan başqa, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", məlumatda bildirilib.
Bu barədə Yol-xeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.