![]() |
|
Aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsi tamamlanıb.
Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.
Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 2-də "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
Unikal.org məlumatına görə, icra başçısı vəzifəsi İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Fəxrəddin Vəli oğluna həvalə olunub.
Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı.
2021-ci ilin yanvar-mart aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7149 nəfər olub.
Bu barədə “Qafqazinfo”ya Fondun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə əlaqəli olub.
Həmçinin arayışların 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1999-cu ilin aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib.
Xüsusi Təyinatlıların formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri də xüsusi rol oynayıb.
29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak edib.
Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan xüsusi təyinatlıları Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar.
Məlumat üçün bildirək ki, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Hikmət Mirzəyevdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib.
10 dekabr tarixində isə Azərbaycanın şanlı zəfərinə həsr olunmuş paradda böyük qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribuna önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə də Hikmət Mirzəyev başçılıq edib.
Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə svetofor obyektləri quraşdırılıb.
Bu barədə BNA-dan “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir.
Svetofor obyektlərinin quraşdırılması nəticəsində, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.
Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.
Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilib, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.
Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.
Bu dəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.
Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.
"Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır".
"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkə daxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var:
“Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə alovun nisbətən sabitləşməsi, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir.
Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, iki ölkə arasında əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görünür. Ona görə də mən deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdığımız zaman biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik.
Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, vəziyyət bu şəkildə davam etdiyi müddətdə xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.
Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.
Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.
Hadisədən sonra BAKU.WS-in qaynar xəttinə oxucularımız müraciət edib. Oxucular bildiriblər ki, qəza işlər görülərkən təhlükəsizlik tədbirlərinin pozulması səbəbindən baş verib.
Bir neçə sürücü bildirib ki, həmin vaxt onlar da az qala qəza törədəcəklərmiş.
Ekspertlər də hesab edirlər ki, bir çox hallarda yollarda təmir işləri aparılarkən təhlükəsizlik tədbirləri pozulur.
Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, yolda istənilən işlər görüləndə Yol Hərəkəti Haqqında qanunun 71-ci maddəsində göstərilən bütün tələblərə ciddi əməl olunmalıdır.
“Həmin tələblərdə göstərilir ki, iş görülərkən qabaqcadan xəbərdarlıq nişanları qoyulmalıdır. Həmin nişanlar təmir gedən yol barədə xüsusi lövhələr qoyulur.
Panduslar və işıqqaytaran sistemlər qoyulmalıdır, işıqlandırma təmin edilməlidir. Nişanlar iş görülən ərazidən 100 metr qabaqda qoyulmalıdır”, - deyə Ərşad Hüseynov bildirib.
Ekspert vurğulayıb ki, belə hallarda sürücülər son dərəcə diqqətli olmalıdır:
“Əgər yolda zolaqlardan biri görülən işlərə görə zəbt olunubsa, qabaqcadan işarə qoyulmalıdır ki, həmin zolaq ləğv olunur və hərəkət digər xəttə keçir.
Yolun daraldığını xəbər verən işarələr olmalıdır. İş görənlər qurum tərəfindən yaxşı təlimatlandırılmalıdır. Onlar hərəkət təmin olunan yola çıxmamalıdırlar. Üzərlərində işıqqaytaran getimlər olmalıdır. Yolda avtomobil varsa, onun üzərində sarı yanıb-sönən işıqlar olmalıdır.
Təmir və digər işləri təhlükəsizlik baxımından günün uyğun saatına salınmalıdır. Hərəkət intensivliyi nisbətən aşağı vaxta salınmalıdır.
Təmir və yaxud digər işi görən qurum əvvəlcədən digər dövlət qurumları ilə razılaşdırmalar aparmalıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polis İdarəsi ilə razılaşdırılmalar aparılmalıdır. Bu 3 qurumun razılığı olmadan işlər aparılmamalıdır”.
Şəhid Xudayar Yusifzadə ilə bağlı etdiyi paylaşıma görə döyülən sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadə ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Şəhid Xudayar Yusifzadənin dostları onu öz üsulu ilə cəzalandırsalar da, F.Rəsulzadənin paylaşımı ilə bağlı hüquqi bir addım atılmayıb.
Mövzu ilə bağlı “Ölkə.az”a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki şəhidin ailəsin gəncin dediyi sözlərlə bağlı iddia qaldıra və F.Rəsulzadədən mənəvi təzminat tələb edə bilər:
“Çünki “Xudayar çoxdandır təzə mahnı buraxmır” sözlərinin istehza məqsədilə deyildiyi ortadadır. Düşünürəm ki, bu da onlara müəyən qədər mənəvi əzab verər”.
Məsələ ilə bağlı “Ölkə.az”a danışan şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib ki, F.Rəsulzadənin döyülməsindən xəbərdardır. O bildirib ki, bu barədə efirlərdə də çıxıb danışmağa hazırdır:
“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm. Mən gəlib o sözü efirlərdə də deyəcəyəm.
Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?
Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi buradadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.
Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəiqə çıxıram, Bakıya, düz DTX-ya gəlirəm.
Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.
R.Yusifzadə söyləyib ki, nəinki o, hətta bütün şəhid anaları öz əlləri ilə onun cəzasını verməyə hazırdırlar:
“3 min şəhidimizin hansının anası sağdırsa, mənim yanımda gəlib onu cəzalandırmaq istəyir. İndi bu dəqiqə gedirəm onu məhkəməyə verəm”.
Onu yumruqla təpiklə döyüblər, işgəncə etməyiblər, stola bağlamayıblar. Onu kameranın altında camaatın içərisində tutublar. Ona yalvarıblar ki, bunu götür, belə eləmə, şəhidimizdir və s. Ona bu sözləri deyəndən sonra başladı şəhidlərlə lağlağı etməyə. Ona göstərdilər necə lağlağı etmək olar.
R.Yusifzadənin sözlərinə görə, bu gün Xudayarla zarafat edən sabah başqa şəhidlə zarafat edər:
“O qırmızı koftasını, qırmızı idman ayaqqabısını geyinib kafedə oturub, çay içib məzələnib mənim uşağım haqqında danışırsa, o, bu gün şəhid olan 3000 oğulun hesabına orada salamat oturub. O gedib yenidən vətən qoruyacaq biri deyil, amma mənim yerdə qalan iki oğlum necə Xudayar etmişdisə, canını vətən üçün vermişdisə, onlar da gedəcək. Onun cəzasını verən oğlanlar yenə gedib vətəni qoruya bilər. Onun kimisi isə ancaq sosial şəbəkədə şəhidi təhqir etməklə reytinq qıra bilər.
Məhkəməyə verib ondan təzminat tələb edəcəyəm. Mən Xudayarı sevənlərin yazdıqlarını oxuyurdum. Amma görmədim ki, bir nəfər hüquqi şəxs çıxa, bunu susdura.
Mən Bakıya müraciət eləmişəm. Dedilər ki, gəlib ərizə yazmalısız baxdım ki, mənasız yerədir. Onu çağıracaqlar deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”.
Mingəçevirdə yol polisi əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən vətəndaşlar barəsində qanuna müvafiq tədbir görülüb.
Həmçinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, mövcud qaydalara riayət etmələri tapşırılıb.