![]() |
|
Şəhərin Afiyəddin Cəlilov küçəsindən Cavanşir körpüsü istiqamətinə gedən yolda hərəkət sıxlığı müşahidə olunur.
Buna körpüyə girişin müvəqqəti olaraq bağlanması səbəb olub.
Müdafiə Nazirliyi Ağdam rayonunun Poladlı kəndindən videogörüntülər yayıb.
Görüntüləri təqdim edirik:
BDYPİ-dən daxil olan məlumatda deyilir:
“Görülən qabaqlayıcı tədbirlərlə ölkəmizdə piyada vurma hadisələrinin, həmçinin bu hadisələr zamanı ölən və yaralananların sayı əvvəlki illərlə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində görülən inzibati tənbeh və təbliğat tədbirlərinin, xüsusilə azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulur.
Elə bu səbəbdən respublika ərazisində bu gündən başlayaraq may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı nəzarət-profilaktiki tədbirlərin artırılması ilə yanaşı, hərəkət marşrutlarında yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya onların yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla kütləvi informasiya vasitələri və ictimai təsisatlarla birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin canlandırılması nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadaları diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir”.
Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.
Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu səbəbdən 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən müvəqqəti təşkil ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar yeni çap olunmuş “Azərbaycan dəmir yolu. Tarixə nəzər” adlı kitabını ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin nəzdində olan kitabxanalara hədiyyə edib.
Dəmir yollarının yaranmasının 140 illik yubileyi münasibətilə hazırlanmış bu kitab polad magistralımızın tarixini xronoloji ardıcıllıqla, tam və dolğun şəkildə əks etdirən ilk əsərdir. Belə ki, kitabda dəmir yollarının Azərbaycan tarixinin ən vacib məqamları, ölkəmizin iqtisadiyyatı, sosial həyatı və mədəniyyətinin inkişafında oynadığı rol işıqlandırılıb. Həmçinin tarixi araşdırmalarla zəngin kitabda yer almış bir çox fotoşəkil ilk dəfə çap olunub.
Bu barədə Fondun saytında qeyd edilib.
Toplanan ümumi məbləğin sayı 36 milyon 189 min manatdır. Onlardan 19 milyon 978,8 min manatı xərclənib.
Eyni zamanda, indiyə qədər 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla ümumilikdə 14 240 şəxs ziyarət edilib.
Vətəndaşlar vəsaitin hara xərclənməsi və digər məlumatları fondun portalından izləyə bilərlər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu səhər Nardaran şəhidinin dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib: "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.
Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb".
“Azərbaycan Dəmir Yolları” QSC-nin 5 şirkəti ləğv olunaraq bir şirkətə qoşulur.
“Vergilər” qəzeti xəbər verir ki, “Dəmiryolservis” MMC, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC, "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC, “ADY Servis” MMC və “Əsaslı Təmir” MMC-lərin fəaliyyətinə xitam verilir.
Şirkətlərin “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-yə qoşularaq yenidən təşkil olunduğu və adının dəyişdirilərək “ADY Tikinti” MMC adlandırıldığı elan edilib
“Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalanıb.
Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Əmrdə 2021-ci ilin aprel ayının 26-sı mayın 2-si tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərilərinə tövsiyə edilir.
Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad olunub. Həmin gün Prezidentin digər sərəncamlarla Teymur Yusif oğlu Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib və səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə verilib.
Onu da qeyd edək ki, buna qədər sözügedən əmri səhiyyə naziri imzalayırdı. Bu, T.Musayevin imaladığı ilk əmrdir.
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.
Şəhid Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
***
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovla vida mərasimi keçirilir.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirlər.
Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komadan qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!