![]() |
|
Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib.
Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırılıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilən tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli şəxslərin sırasından çıxarılıb.
Belə ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş peşəkarlıq səriştəsinə dair proqram üzrə hazırlıq keçirlər.
Qeyd edilənlərlə əlaqədar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin fəaliyyətini əhatə edən Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş sürücülərin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamədən, sərnişin və baqaj daşınması qaydalarından, yüklərin daşınması qaydalarından, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə xüsusi proqramdan beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə dair müddəalar uyğunlaşdırma çərçivəsində çıxarılıb.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanların dairəsi müəyyənləşdirilib.
Bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilib.
“Cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var. Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.
“Yol-xeber.az” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatda çıxış edərkən deyib.
O, çıxışında polis orqanları əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib. Bildirib ki, əməkhaqlarının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.
Sumqayıt Şəhəri Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Ramil Malıyev açıqlamasında bildirib ki, Sumqayıt şəhərində keçirilən reydin məqsədi əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, səs siqnalları və dönmə işıqlarından manevr qaydalarını pozan, tibbi maskadan istifadə etməyən sürücü və piyadalara qarşı keçirilir. Sürücülərdən xahiş və tələb edirik ki, yol hərəkəti qaydalarının təhlükəsizliyini təmin etsinlər. "Hamı bir nəfər kimi qaydalara əməl edək, bir-birimizin sağlamlığı və təhlükəsizliyini qoruyaq.”.
Yol Polisi əməkdaşlarının hərəkət iştirakçılarına müraciət edərək, onlara yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquq pozmalarının qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunu, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği ilə tövhə verəcək tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Bu ilin sonlarında Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng aqropark - “FOODCİTY AGROPARK” MMC fəaliyyətə başlayacaq.
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə ötən ilin sentyabr ayında “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən start verilib.
12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutulub. Aqrokompleksin uğurlu coğrafi mövqeyi – şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə yerləşməsi iqtisadi artım və vahid pəncərə sistemi üçün əlverişli şəraitin yaradılmasına bir təkandır.
“FOODCİTY AGROPARK” MMC-nin İnzibati İdarəetmə Departamentinin müdiri Şahin Əsgərov aqrokompleksin əsas hədəflərini açıqlayıb:
“Ölkə üzrə ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, genişmiqyaslı marketinq siyasəti, regionda ilk olaraq tam akkreditasiyalı, ixrac sertifikatlı laboratoriyanın yaradılması qarşıya hədəf kimi qoyulub. Həmçinin kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində satışının təmin edilməsi, vahid pəncərə sisteminin yaradılması, zay məhsul həcminin minimuma endirilməsi, fermerlər üçün daha geniş bazarlara çıxış imkanları, yeni iş yerlərinin yaradılması və ixtisaslı kadrların hazırlanması, milli brendlərin yaradılması ən vacib hədəflərimizdir”.
Aqrokompleksdə istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən –İtaliya, Fransa, Almaniya və digər ölkələrdən alınıb. Bunlar çeşidləyici skanerlər, elektromexaniki qurğular, çəkib, qablaşdırıb çıxışa verən avadanlıqlar, avtomatik polipləmə, polet bağlama, qablaşdırma, meyvə-tərəvəzin keyfiyyətli axınının təminetmə sistemi, yuyulma qurğuları, meyvə və tərəvəzin yuyulub saxlanılması üçün xüsusi növ bunkerlərdir. Artıq şirkətlərlə müqavilələr bağlanıb və avadanlıqların gətirilməsi prosesinə başlanılıb.
Parklanma ilə birlikdə ümumi sahəsi 14-16 hektar olan “FOODCİTY AGROPARK” MMC-nin 12 hektar ərazisi aktiv fəaliyyət üçün nəzərdə tutulub. Kompleksdə 18 min tonluq soyuducu anbarlar quraşdırılıb. Bu, respublikada əkilən bütün növ meyvə və tərəvəzləri saxlamağa imkan verir. Kompleksdə alma, gilas, xurma və digər meyvələrin çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün qurğular alınıb. Aqrokompleksin ölkədə ixracın 70 faiz yükünü daşımaq imkanı var.
Departament rəhbərinin sözlərinə görə, aqrokompleksdə həmçinin istehsal sahəsi də nəzərdə tutulub. Burada “Azorganica” MMC brendi altında yalnız orqanik məhsullar istehsal olunacaq. Həmin məhsullara meyvə şirələri, pasta və pürelər daxildir. Məqsəd isə zay məhsul həcmini minimuma endirməkdir:
“Əsas işimiz ixrac potensialının möhkəmləndirilməsidir. Şirkətin mərkəzi ofisi Bakıda, “FOODCİTY AGROPARK”ın özünün idarəetməsi isə Xudatda olacaq. Başlanğıc üçün 150 yeni iş yerinin açılması planlaşdırılır. 3 ay sonra isə iş yerlərinin 600-ə çatdırılması nəzərdə tutulur. Artıq aqrokompleksdə çalışacaq bir çox işçi xaricdə ixtisaslaşma keçir. Kompleks fəaliyyətə başlayanda həmin kadrlar işə başlayacaqlar. Bu, bizim üçün çox önəmlidir”.
“FOODCİTY AGROPARK” yerli əhalini də nəzərə alıb. Əsas prinsip ölkədən ixrac üzərində qurulsa da, yerli əhali üçün də müasir formatda bazarın yaradılması nəzərdə tutulub. Şahin Əsgərovun sözlərinə görə, aqrokompleksdən Rusiya, digər MDB ölkələri və Avropa ölkələrinə ixrac məhsullarının göndərilməsi planlaşdırılır:
“Sahibkar, fermer əraziyə daxil olub heç bir başqa yerə müraciət etmədən bütün lazım olan prosesləri kompleks daxilində, vahid pəncərə sistemi vasitəsilə həyata keçirəcək. Bu da regionda baş verən gömrük və digər əməliyyatların tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək. Sahibkar hansı ölkəyə, hansı formada məhsul göndərmək və ya saxlamaq istəyirsə aqroparka yaxınlaşaraq məlumat verir. Yarım saat ərzində bütün sənədlər gətirilir, möhürlənərək yola salınır. Hədəfimiz həm də ölkədə tranzit yüklərin inkişafıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstandan Rusiyaya gedən yükləri dəniz yolu ilə gətirib dəmir yolu vasitəsilə yola salmağı nəzərdə tuturuq. Rusiyaya adi halda həmin yüklər 20 günə, bir aya gedib çıxırdısa, burada vaxt sərfiyyatının 3 dəfə azalması, həmçinin xərcin 2 dəfə azalması baş verir”.
Qeyd edək ki, “FOODCİTY AGROPARK” MMC ilə dövlət qurumları arasında birgə fəaliyyətlə bağlı memorandumlar imzalanma mərhələsindədir. Bura İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA, KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu aiddir.
“FOODCİTY AGROPARK” MMC-nin fəaliyyətinin respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin dəstəklənməsi istiqamətində öz rolu və töhfəsi olacaq.
“Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsi ilə onlarda zərərli qazların miqdarı yoxlanılıb. Bəzi avtomobillərin vəziyyəti normal olsa da, bəzilərində havaya normadan artıq tullantı buraxdığı, mühərrikinin nasaz olduğu müəyyən olunub.
Keçirilən reyd zamanı yoxlanılan nəqliyyat vasitələrindən 25-nin mühərrikinin nasaz olduğu müəyyənləşib. Həmin avtomobillərin sahiblərinə inzibati protokollar tərtib edilib.
Qeyd edək ki,rayonda reydlər mütəmadi olaraq davam edəcək.
Müdafiə Nazirliyi Zəngilan rayonunun Nəcəflər kəndindən videogörüntülər yayıb.
Görüntüləri təqdim edirik:
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 23-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
İşğaldan azad edilmiş ərazilərdə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması prosesi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, indiyədək magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb.
Məlumata görə, qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.