![]() |
|
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair hesabat açıqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılan Fondun hesabına 20 aprel 2021-ci il tarixinədək 31 020 243.38 manat vəsait mədaxil olub. Bu vəsait hesabına ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla, ümumilikdə 14 240 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 5 775 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə 19 146 142.77 məbləğində vəsait xərclənib. 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb, 33 şəhid ailəsi üzvü və 2 yaralının təhsili nəzarətə götürülüb, bundan başqa, 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvünün istehlak kreditləri ödənilib, eləcə də 621 şəhid ailəsi üzvü və 176 yaralının tibbi ehtiyacları qarşılanıb.
Fon tərəfindən, həmçinin yeni doğulmuş 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub. Həmin şəhid övladları 18 yaşına çatanda üzərinə faiz gəlmiş depozitini istifadə edə biləcəklər.
Bundan başqa, 63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 7–si sağalaraq geri qayıdıb. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.
Eyni zamanda, İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 30 nəfər əməliyyat edilib, onlardan 5 nəfərin görmə qabiliyyəti bərpa olunub, 1 nəfər göz yaşı kisəsinin bərpası və protez göz qoyulması üçün əməliyyat edilib, 4 nəfər isə göz qapağının bərpası üçün plastik əməliyyat olunub. 51 nəfərə protez göz qoyulub, 4 nəfər üçün protez göz sifariş olunub, 1 nəfər protez qoyulmasından imtina edib, 82 nəfər isə sadəcə müayinə edilib.
10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.
Həmçinin, 10 – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.
“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.
18 - 21 mart 2021-ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.
16 aprel 2021-ci il tarixində Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
“YAŞAT” Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi arasında şəhidlərin övladlarına ödənişsiz, əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına isə 50% güzəştlə təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Sözügedən təhsil müəssisələrinə şəhid və yaralananların övladlarının qəbul edilməsi üçün imtahanlar davam edir.
Qeyd edək ki, YAŞAT fondunun hesabatlılığını təmin etmək üçün yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 22-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bu barədə İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının I Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib işləmiş Vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİHB-sı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilib.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİHB-nın II Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Bu gün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici reydlər keçirib. Əsasən atmosferə normadan artıq zərərli qazlar ixrac edən avtomobillər saxlanılıb. Sürücülərlə proflaktiki söhbətlər aparılıb. Onlara bunun insan həyat və sağlamlığı üçün zərərli olduğu izah edilib. Bəzi sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.
Reyddən hazırlanmış videomaterialı təqdim edirik:
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndindən videogörüntülər yayıb.
Görüntüləri təqdim edirik:
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.
“Report” məlumatına görə, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.
Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Nobarın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə təltif olunub.
Bununla yanaşı Səhiyyə Nazirliyi yaxın zamanda Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndinin ölkəyə gətirilməsinin təmin olunacağını açıqlamışdı.
Həmçinin, Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov aprelin 1-də verdiyi açıqlamada söyləyib ki, ilkin mərhələdə Koreyadan Azərbaycana “AztraZeneca” şirkətinə məxsus 84000 doza vaksin göndəriləcək. O həmçinin bildirib ki, 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
“Ölkə.az” sözügedən peyvəndlərin Azərbaycana gətirilib-gətirilməməsi və bu peyvəndlərin tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsə də, bu barədə hər hansı bir məlumat verilməyib.
Digər tərəfdən adıçəkilən peyvəndlərin tətbiqinə başlanılarkən vətəndaşlara seçim haqqı verilib-verilməməsi də sual altındadır.
Görəsən, peyvənd vurdurmaq könüllü olduğu kimi, hansı peyvəndi seçmək məsələsində də könüllülük prinsipi tətbiq olunacaqmı?
Yəni hər hansı vətəndaş ABŞ və ya Rusiya peyvəndi vurdurmaqdan imtina edərsə, bu halda ona digər ölkənin peyvəndi alternativ kimi təqdim ediləcəkmi?
Bu suallara cavab olaraq TƏBİB-dən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, seçim sərbəstdir: “Vətəndaşların peyvənd seçimi sərbəstdir”.
“Bakalavrlara vaxtından əvvəl ali təhsili başa vurmaq icazəsi veriləcək”.
“Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunur ki, ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) 3-cü və 4-cü səviyyələri üzrə müvafiq kvalifikasiyaya malik olmalıdır. Buna uyğun olaraq bakalavriat kvalifikasiyalarının 3 dərəcə üzrə - müvafiq ixtisas sahəsi üzrə bakalavriat dərəcəsi, müvafiq ixtisas sahəsi üzrə elm əsaslı bakalavriat dərəcəsi və müvafiq ixtisas üzrə biznesin idarəedilməsi üzrə bakalavriat dərəcəsi - olacağı bildirilir.
Təhsil eksperti Kamran Əsədov “Ölkə.Az”a açıqlamasında sözügedən qanun layihəsini şərh edib. O, bakalavriat dərcələrinin mahiyyətindən və faydasından bəhs edib:
“Artıq ali təhsil haqqında qanun layihəsinin müzakirəsi gedir. Bu, ali təhsilin idarə edilməsi, eyni zamanda əmək bazarının tələbinə cavab verən kadr hazırlığı istiqamətində mühüm yenilikləri özündə əks etdirir. Etiraf edək ki, bu gün Azərbaycan ali təhsil müsəssisələrinnin idarə edilməsi ilə bağlı maddi-texniki bazası ilə bağlı müəyyən çatışmazlıqlar var. Eyni zamanda kredit sayları da ciddi şəkildə problemə gətirib çıxarır. Belə ki, Azərbaycan ali təhsil müəssisələrini bitirmiş şəxslər Avropaya gedən zaman burada müəyyən qədər uyğunsuzluqlar yaranır. Həm ixtisasların adı ilə bağlı, həm də tədris yükü ilə bağlı müəyyən problemlər ortaya çıxır. Hesab edirəm ki, ali təhsil müəssisəsinin bakalavr pilləsi ilə bağlı qanunda edilən dəyişiklik müsbət bir addımdır. Çünki ali təhsil müəssisələrində elə ixtisaslar var ki, onların birbaşa peşəyönümlü olduğunu nəzərə almaq lazımdır. Məsələn, istehsalatda birbaşa mühəndislik ixtisasları - cihazqayırma, elektrik mühəndisliyi, neft qaz mühəndisliyi və yaxud birbaşa elmi tədqiqat predmeti olmayan ixtisaslar var ki, onlar üçün 240 saata ehtiyac yoxdur. Qısa müddətdə yəni 3 il ərzində bunun bitirilməsi mümkündür. İrəli sürülən dəyişikliyin mahiyyəti də bundan ibarətdir ki, özündə elmi tədqiqat əks etdirməyən ixtisaslar üzrə tədris daha qısa müddətdə ərzində həyata keçirilə bilər. Digər tərəfdən bizim, biznes ixtisasları və s. var ki, onların da birbaşa ayrıca ixtisasına ehtiyac var”.
K.Əsədov bildirib ki, ölkəmizdə müxtəlif ixtisaslar üzrə kredit sayı, dərs saatı, qiymətləndirmə standartlarının və s. eyni olması düzgün yanaşma deyil:
“Bu gün Azərbaycanın ali təhsil müəssisələrində 300-dən çox ixtisas üzrə kadr hazırlanır və onların hamısının müddəti, kredit sayı, dərs saatı, qiymətləndirmə standartları və meyarları eynidir. Amma hər bir ixtisas individual yanaşma tələb edir. Məhz dəyişikliyin mahiyyəti də bundan ibarətdir ki, hər bir ixtisasa öz istiqaməti üzrə fərqli yanaşılacaq. Misal üçün, bakalavrda 3 istiqamət üzrə magistraturada isə bu yanaşma daha çox istiqamətdədir. Yəni bakalavrlara semestrdə icazə verilən həcmdə kredit yükünü daha çox götürüb vaxtından əvvəl ali təhsili başa vurmaq icazəsi veriləcək. Bu da olduqca müsbət bir addımdır. Bundan sonra birinci növbədə azərbaycanlı gənclər təhsillərinin müəyyən pillələrində Avropaya transfer edə biləcəklər və Azərbaycan diplomlarının dünyada tanınması istiqamətində irəliləyiş olacaq. Eyni zamanda Azərbaycan 2005-ci ildən qoşulduğu konvensiyanın tələblərini də yerinə yetirmiş olacaq. Bu dəyişikliklər təhsilimizin dünyaya inteqrasiya istiqamətində olduğu kimi ixtisasyönümlü kadrların hazırlığı üçün da mühüm əhəmiyyət kəsb edir”.
Billurə Yunus
Bu sözləri "ARB24"-də yayımlanan "Nə baş verir?" verilişində Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.
O əlavə edib ki, paralel olaraq iş saatları düzgün tənzimlənməli, evdən işləməyə imkanı olanlara da evlərindən işləmək şəraiti yaradılmalıdır:
"Mərhələli iş rejiminə keçilsə, bu, uyğun olar. Həmçinin zəruri olmadığı təqdirdə şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması da uyğun addım olardı.
Qarabağdakı memarlıq abidələrinin bərpası üçün bizə 50-100 il vaxt lazımdır.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında memar Elçin Əliyev deyib.
O bildirib ki, abidələrin bərpası prosesində tələsməli deyilik:
“Düzdür, biz digər ölkələrin aparıcı şirkətlərini də bu prosesə dəvət etmişik. Lakin il ərzində 5-15 memarlıq abidəsindən artıq abidə bərpa edə bilmərik. Burada minlərlə abidədən söz getdiyi üçün siyahı tərtib etməliyik. Hansı abidənin nə zaman bərpa edilməsi barədə proqram olmalıdır. İşləri keyfiyyətlə görməliyik ki, abidə 1000 il bundan sonra da qalsın”.
Memar onu da qeyd edib ki, ilk növbədə Şuşa, Ağdamdakı məscidlər, monastr kompleksləri də daxil olmaqla dünya səviyyəli memarlıq abidələri bərpa edilməlidir.