![]() |
|
Aprelin 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq.
Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq:
“İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımların atılmasına başlanılıb.
Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə ölkədaxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz.
Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün “yol xəritəsi”nin detalları bəllidir. Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”.
İndex.az xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.
BNA-dan bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, öz fəaliyyətinə 2000-ci ildə "Dəyirman" qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olub. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.
2007-2010 -cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012 -ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları “Rəqs edir hər kəs”, “Tapın Onu” , “Tək-tək” , ”Apar məni”, ”Kayfla yaşa ” , ”Tar ” , ”İlk öpüsh ” , ”Babat-babat ” , "Bana-Bana" , "Dincəleyşin" və.s .Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub – 6000 (altı min) dinləyici iştrak edib. Şəxsi Youtube kanalında 50 000 000-dan çox izlənməsi var.
Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.
H. Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayadırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün veriləcək.
APA xəbər verir ki, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qeyd olunub ki, təhsil kreditlərinin mənbələri dövlət büdcəsindən ayrılan vəsait, banklar tərəfindən ayrılan öz vəsaitləri, işəgötürənlər tərəfindən ayrılan vəsait, beynəlxalq maliyyə qurumlarının mənbələrindən, zəmanət verilən kredit təşkilatlarının mənbələrindən ayrılan vəsait, qanunvericilikdə qadağan edilməyən digər mənbələrdən ayrılan vəsaitdir.
Layihəyə əsasən, təhsil kreditlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Təhsil kreditinin məbləği və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər tədris ili üçün illik təhsil haqqı və təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s.) məqsədi ilə də verilə bilər.
Təhsilalanların təhsillə əlaqədar xərclərinin tam ödənilməsi üçün təhsil kreditinin orta aylıq məbləği hər tədris ilinə görə inflyasiya və indeksasiya nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd olunur ki, tədris ilinin başlamasından 5 iş günündən gec olmayaraq təhsil krediti verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurum tərəfindən müsabiqə elan edilir. Təhsil krediti almaq üçün təhsialanların müraciəti 5 iş günündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilərək ekspertizadan keçirilir. Kreditin verilib-verilməməsi barədə qərar və müvəkkil bankların siyahısı yazılı formada müraciət etmiş təhsilalana bildirilir, həmçinin qərar rəsmi saytda yerləşdirilir.
Təhsilalanlar təhsil kreditinin istifadəsi və qaytarılması ilə bağlı hüquq və vəzifələri tənzimləyən təhsil krediti müqaviləsi bağlanılır. Təhsialan təhsil krediti üzrə hesablanan faizi təhsil krediti müqaviləsində göstərilmiş faizlə ödəyir. Kreditin qaytarılma müddəti kreditin istifadə müddətinin iki dəfəsindən az və 20 ildən çox ola bilməz. Təhsialan təhsil kreditini müəyyən edilmiş müddətdən əvvəl də qaytara bilər və bu halda krediti qaytardığı gündən sonrakı dövrə hesablanmış faizləri ödəməkdən azaddır.
Təhsil krediti təhsilalanla bağlanmış müqavilə əsasında onun təhsil aldığı müəssisə vasitəsilə ödənilir. Təhsilini başa vuran və 6 ay müddətindən gec olmayaraq işə başlamaq üçün əmək müqaviləsi bağlayan məzuna onun müraciəti əsasında təhsil kreditinin qaytarılması üçün əlavə müddət və güzəşt tətbiq edilə bilər.
Təhsil krediti almış təhsilalan həqiqi hərbi xidmətdə, analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi (ağır xəstə olduğu) müddətdə ona kreditin ödənilməsində əlavə möhlət verilir.
Qanun layihəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq bir dəfə təhsil krediti almaq hüququndan istifadə etmiş təhsilalanların ikinci dəfə təhsil krediti almaq hüququ yoxdur.
Təhsilalan ali təhsil müəssisəsində təhsil müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlamışdırsa, qanunvericiliklə müəyyən edilmiş müddətdən başlayaraq və ya 2 ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır.
Təhsil krediti üzrə faizlər təhsil müddəti və təhsili başa vurduqdan sonrakı 2 il üçün hesablanmır. Bu faizlər büdcə vəsaitləri hesabına ödənilir.
Təhsil krediti üzrə faizlər hər ay ümumi təhsil krediti məbləğinin qalığından (ödənilməmiş məbləğindən) hesablanır.
Təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən təhsilalan müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə etdiyi təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilir.
Beynəlxalq olimpiada, müsabiqə (incəsənətə aid ixtisaslar üzrə təhsil aldıqda) və yarışlarda (idman sahəsində təhsil aldıqda) ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində son dərəcə istedadlı təhsilalanlara təhsil kreditləri əvəzsiz verilir.
Təhsil krediti təhsilalana ali təhsilin bütün səviyyələrində təhsilini davam etdirmək üçün ardıcıl surətdə verilə bilər.
Təhsilalan təhsil krediti müqaviləsinin qüvvədə olduğu müddətdə təhsil müəssisəsindən xaric edildikdə, aldığı kreditin və kreditə hesablanmış faizlərin təhsil krediti müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılması ondan tələb edilə bilər.
Təhsil kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil Krediti Reyestri yaradılır və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulur.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.
Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb.
Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub.
Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub. Taksi xidmətlərindən istifadə edənlərin sayında isə artım olub. Bu dövrdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur.
2021-ci ilin ilk üç ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyatı ilə 72 faiz az və ya 122,3 min sərnişin, dəmir yolu nəqliyyatı ilə isə 56 faiz az və ya 476,2 min sərnişin daşınıb.
Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.
Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.
Mənbə: Oxu.Az
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.
Aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün , aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə), məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qazilərimiz Hüseynov Kamil Dursunəli oğlunun və Əliyev Ramin Şirbağır oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Həmçinin bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daha çox şəhərin mərkəzi küçə və prospektlərində keçirilən reyd zamanı parklanma qaydalarını pozan, piyada səkilərini zəbt edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb ki, onlarla bir daha maarifləndirici söhbətlər aparılıb.
Ümumilikdə cari ay ərzində İsmayıllıda yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dayanma-durma qaydalarını pozduqları üçün 70-ə yaxın avtomobil sahibi barəsində inzibati protokol tərtib olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə valideynlərə məlumat verilib.
Belə ki, onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.
Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək.