![]() |
|
Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.
Bunu açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.
Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.
"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.
Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 13 aprel 2021-ci il tarixində ölkə üzrə 438 ictimai iaşə obyektində 752 monitorinq keçirilib.
Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsi 72 ünvanında yerləşən, fiziki şəxs Qasımov Müslüm Həsən oğluna məxsus çayxana;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus “Smak” kafesi;
3. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində (R.Ş.Mirzəyev küçəsi ilə kəsişməsi) yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, fiziki şəxs Əyubova Aidə Ələkbər qızına məxsus “Coffe Elea” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nərimanov rayonu, S.Vurgun küçəsi, ev 138 ünvanında yerləşən, fiziki şəxs Əliyev Əlibəy Rauf oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 6a ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus “Karvansaray” restoranı;
8. Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13a ünvanında yerləşən, fiziki şəxs Qarayev Orxan Qara oğluna məxsus “Pak dad” restoranı;
9. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 54 ünvanında yerləşən, hüquqi şəxs “East Town” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “East Town” restoranı;
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Fazil Cəlil ogluna məxsus kafe;
11. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 69-cu kilometrliyində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Çingiz oğluna məxsus kafe;
12. Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, fiziki şəxs Orucov Röyal Elman oğluna məxsus “Tadım” dönər evi;
13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Şıxməmmədova Şahnaz Bəhərçin qızına məxsus “Köz dönər” dönər evi;
14. Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanında yerləşən, “Samara Turizm və Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Happy Inn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
15. Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən, fiziki şəxs İsgəndərov Məzahir Məhərrəm oğluna məxsus “Ədalət” kafesi;
16. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mirzəyev Məhəmməd Məhəmməd oğluna məxsus kafe;
17. Gəncə şəhəri, H.Əliyev prospekti 112 ünvanında yerləşən, fiziki şəxs Zeynalabidinov İsgəndər Aydın oğluna məxsus “Aydın” dönər evi;
18. Lənkəran şəhəri, Digah kəndində yerləşən, fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çay evi;
19. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Qəmbərov Sultan İmamulla oğluna məxsus çay evi;
20. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəqan Fazil oğluna məxsus “Zeynəb” restoranı;
21. Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən fiziki şəxs Cəbrayıl Natiq oğluna məxsus “Muğanlı” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Həmin görüntüləri təqdim edirik:
Bu barədə Bakı Nəqliyyat Agenltiyi (BNA) məlumat yayıb.
"Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır", - deyə məlumatda qeyd olunub.
Xəzər TV xəbər verir ki, yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu demək olar ki, bunu səhv başa düşüblər.
Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu yollarda sıxlığa səbəb olur. Dayanma və durmanı tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.
Araz Əsgərlinin sözlərinə görə avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.
Ölkə.Az-ın Dövlət Statistika Komitəsinin məlumatına əsasən verdiyi məlumata əsasən, ölkə əhalisinin sayı 10 127 127 nəfərə çatıb.
Bildirilib ki, ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.
Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərti ilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib.
O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəli olacaq:
“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaq”.
Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib.
Veb saytın yaradılmasında məqsəd, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.
Saytda özəlliklərindən biri odur ki, ziyarətçilər texnikaların qarşısında yerləşən məlumat tablolarındakı QR kodları "scan" edərək texnikalar haqqında daha ətraflı məlumatı veb sayt üzərindən 1 toxunuşla əldə edə biləcəklər.
Hərbi Qənimətlər Parkının veb saytı: www.herbiqenimetlerparki.az
Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.
Aprel ayının 12-də ölkə başçısı Prezident İlham Əliyevin iştirakı ilə qənimətlər parkının açılışı baş tutub.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yəqin ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.
Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.