![]() |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.
O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.
Pandemiya ilə bağlı qoyulan qadağalar Ramazan ayında iftar süfrələrində də özünü büruzə verəcək.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “AzTV”nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu məsələyə müvafiq alternativ çıxış yolu tapılmalıdır:
“Aidiyyəti üzrə məhdudiyyətlərin forması tərtib olunsa, yaxşı olar. Məsələn, iftar süfrəsində bir masa arxasında 3 nəfərdən artıq şəxsin oturmasına icazə yoxdur. Tam qadağa tətbiq etmək olmur. Qadağalar çox olduqca insanlar qeyri-rəsmi yollarla bir yol tapıb, bunu edəcək. Sahibkarların da vəziyyətini müəyyən qədər anlamaq lazımdır. Ramazan ayıdır”.
F.Mustafa onu da qeyd edib ki, Ramazan ayında iftar süfrəsinə toplaşmaq əvəzinə insanlara yardım etmək olar:
“İftar süfrəsinə çəkəcəyimiz xərclə qida məhsullarını alıb, elə həmin insanların evlərinə aparmaq daha savabdır. Qoy elə evində öz ailəsi ilə iftar etsin. Şərtlər elədir ki, məntiqlə qəbul etməliyik ki, insanın sağlamlığı əsasdır. Digər bütün qaydaları təxirə salmaq mümkündür. Heç nəyi qadağan etmək olmaz, məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı”.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
“Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi”.
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında “karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır” sualına cavab verərkən deyib.
O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:
“Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi”.
E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:
“Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.
Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir”.
“Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir”, - deyə E.Hacıyev qeyd edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.
Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.
Dünən cənab prezident Hərbi Qənimətlər Parkının açılışı mərasiminə qatıldı. Bu park Azərbaycanın qələbəsinin növbəti sübutudur. Burada qazilərlə görüşdü, bir sıra mühüm fikirlər işlətdi. Hesab edirəm ki, cənab prezidentin nitqində işlətdiyi fikirlər olduqca əhəmiyyətə malikdir.
Bunu Milli Məclisdə çıxışı zamanı Musa Quliyev deyib.
O, əlavə edib ki, cənab prezident qələbənin əldə edilməsi haqqında danışarkən digər məqamlarla yanaşı üç amili xüsusilə qeyd etdi: “Bunlar güclü iqtisadiyyat, müasir yanaşma və vətən sevgisidir. Bu həqiqətən belədir. Cənab Pezident İlham Əliyev torpaqlarımızın zamanında itirilməsini xatırlatmaqla bizim düşmənlərimizə də dərs verdi: “Tör-töküntülər, düşmənlər bilməlidirlər ki, xalqın dəmir yumruğu onların başını əzəcək”.
Deputat əlavə edib ki, Azərbaycan xalqı İlham Əliyev kimi xarizmatik, müdrik və uzaqgörən lideri olmasına görə xoşbəxtdir: “İlham Əliyev də xoşbəxt liderdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”.
Qarşıdan Ramazan Bayramı gəlir. Bizim dinimiz xeyriyyəçiliyi də təbliğ edir. Mən təklif edirəm ki, “Yaşat” Fonduna növbəti dəfə vəsait köçürəcək. Hesablama Palatasının da bu təşəbbüsə qoşulması çox yaxşı olardı.
Bu təklifi Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.
Deputat xatırladıb ki, fond şəhid ailələri, qazilərlə bağlı böyük işlər görür: “Bu yaxınlarda mən daxil olmaqla bir neçə həmkarımız bir zabitimizlə bağlı müraciət etmişdik. Çox sağ olsun ki, bu məsələ həll edildi. Hətta Asan Xidmət qazimizlə bağlı problemi öhdəsinə götürdü. Beləcə daha bir zabitimizə yeni həyat verildi. Mən hesab edirəm ki, Ramazan Bayramı günlərində də xeyriyyəçilik təbliğ edilməlidir”.
İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilərlər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcəklər.
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:
"Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib".
H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:
"Əlbəttə, iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır.
Ona görə də elmi mütəxəssislər bizə deyirsə ki, kütləvi toplaşmaq yoluxmanı artırır, demək, dinimiz də bizdən qaydalara riayət etməyi tələb edir".
Mərkəzi Bankda və onun ərazi idarələrində əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət ofisləri təşkil edilib.
Bankdan verilən məlumatda qeyd edilib ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.
Bildirilir ki, vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.
Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.
“Report” xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər.
O qeyd edib ki, daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq:
"Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".
İ.İbrahimova deyib ki, səfər zamanı
Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:
"Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olmaqdır".