









..
![]() |
|
Oxu.az” xəbər verir ki, bu çağırışların kortəbii şəkildə, koronavirus infeksiyasının nə dərəcədə təhlükəli ola biləcəyini dərk etmədən digərləri tərəfindən də paylaşılması cəmiyyətdə çaşqınlıq yaradır.
Belə ki, koronavirusun yenidən geniş yayıldığı bir zamanda belə paylaşımlar yalnız insanların sağlamlığını təhlükəyə atır.
Bu istiqamərdə Milli Məclisin deputatı Musa Quliyevin fikirlərini təqdim edirik:
O bildirib ki, bu, çox təhlükəli kampaniyadır:
“Bunu kim və haradan yayır, hansı məqsədlə edir, bilmirəm. Amma tibbi maskalardan istifadə etməməyə çağırışlar insanlara ziyan gətirər, nəinki xeyir.
Xüsusilə də koronavirus infeksiyasının yeni ştammının ölkəmizdə yayıldığı bir zamanda tibbi maska olmadan ictimai yerlərdə gəzmək sağlamlığa ciddi təhlükədir.
Ölkəmizdə yoluxma sayının 3 minə yaxınlaşdığı, ölüm faktlarının da artdığı bir dönəmdə əhali arasında belə bir kampaniya aparmaq düşmənçilikdir.
Bu kampaniyanı başladan, davam etdirən şəxslər müəyyən olunmalı və hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin normaları çərçivəsində ciddi tədbirlər görülməlidir”.
M.Quliyev onu da əlavə edib ki, gənc və məlumatsız insanların bu kampaniyaya kor təbii şəkildə qoşulması daha da təhlükəli vəziyyət yaradır:
“Bəziləri bilə-bilə, bəziləri isə bilmədən bu təbliğata qoşulur. Bu zərərli kampaniyanın bir hissəsi olmaq lazım deyil. Bu çox zərərli kampaniyaya qarşı insanları ayıq-sayıq olmağa səsləyirəm. Buna qoşulmaq olmaz”.
Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Baku.ws xəbər verir ki, Azərbaycanda 2021-ci il üçün Ramazan ayının başlanğıcı aprelin 14-ə təsadüf edəcəyi gözlənilir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fətva verib.
Ramazan ayının yeganə vacib ibadəti oruc tutmaq olsa da, belə bir mənəvi fürsətdən yararlanmaq və dünyada ikən behişti hiss etmək üçün müxtəlif ibadətlər tövsiyə olunur. Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.
Qeyd edək ki, hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının yaşadığımız bir dövrdə yoluxmanın sürətlə artacağı riski var. Bu səbəbdən Ramazan ayında müəyyən qapanmalara gedilməsi də istisna deyil. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il də Ramazan ayı dövründə qapanma tətbiq edilmişdi.
Bütün hallarda dini ayinlərin icrası insanların sağlamlıqlarını və həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli BAKU.WS-ə bildirib ki, kütləvi iftar məclislərindən insanlar çəkinsinlər və mümkün qədər təmaslarını azaltsınlar:
"Təbii ki, qaydalar çərçivəsində ictimai iyaşə obyektlərində insanlar iftar aça bilir. Amma kütləvi şəkildə insanların qapalı yerdə toplaşması məqsədəuyğun deyil. Kütləvi iftar məclislərinə xərclənən vəsaiti isə digər xeyriyyə məqsədlərinə sərf etmək olar. Ehtiyaclı insanlara yardım etmək olar, təhsil haqqını verə bilməyən gənclərə kömək etmək olar. Digər xeyriyyə tədbirlərinə bu vəsaiti xərcləmək olar.
Bir daha tövsiyyə edərdim ki, ayinlər kütləvi şəkildə icra olunmasın. Yəqin ki, karantin rejiminin şərtlərinə uyğun olaraq dini ayinlər məscidlərdə canlı yayım vasitəsilə icra olunacaq və insanlar öz evlərindən bu ayinlərə qoşula biləcəklər".
Vətəndaşların iftar süfərləri arxasında toplaşmaq istəyi anlaşılan olsa da, bu nəticə etibarilə yoluxmanın artmasına səbəb ola bilər. Həkimlər immunt sisteminin gücləndirilməsi və gediş-gəlişlərin minimuma endirilməsini tövsiyyə edir.
"Biz onsuz da həmişə müxtəlif viruslu mikrobların əhatəsindəyik. Amma o insanlar xəstələnirlər ki, onların immunt və əsəb sistemləri zəyifdir. Xəstələrin ölümünə əsas səbəb qanın qatı olması və trombun əmələ gəlməsidir. Yaşlı xəstə olan insanlar qan durulducu dərmanlardan mütəmadi istifadə etməlidirlər. Gənclər isə öz çəkisinə uyğun olaraq gün ərzində 2-3 litr adi su qəbul etməlidirlər",-deyə həkim Aygün Məmmədova bildirib.
Məlumat üçün bildirək ki, ötən ilin Ramazan ayında qüvvədə olan məhdudiyyətlər və vətəndaşların virusa yoluxma risklərini anlayışla qəbul etməsi kifayət qədər effektiv nəticələr ortaya qoymuşdu.
Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
İstənilən halda koronavirus xəstələrinin oruc tutması, eyni zamanda koronavirus xəstəliyinə görə oruc tutmamaq da düzgün deyil. Çünki sağlam, səhhəti normal olan və şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.
Sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil. Bundan əlavə günün böyük hissəsini yeməkdən uzaq durmaq və oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. Bu fikirlər “New England” tibbi jurnalında dərc edilən məqalədə də öz əksini tapıb.
Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.Orucun piylənmə, şəkər və ürək çatışmazlığının müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə bunun üçün “gündəlik məhdud istehlak” və “həftədə iki gün oruc tutmaq” kimi iki üsul təqdim edilib.
İnsan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərib.Orucun faydalı tərəfləri olduğu halda, xəstə insanların oruc tutmaq arzusu isə heç də qəbulolunan deyil. Çünki İslam dininin qaydaları insanların özlərinə ziyan vurmasına, xəstəliklərini şiddətləndirməsinə və həyatı üçün təhlükə yaradacaq hallara yol verməsinə izacə vermir.
- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tuta bilərmi?
- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tutmalıdırlar. Yəni orucun vacib olma hökmü onların üzərindən götürülmür. Sağlam insanlar digər vaxtlarda olduğu kimi pandemiya zamanı da oruc tutmalıdırlar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında da bu ayrıca qeyd olunub ki, hansı qrup insanlar oruc tutmaqdan azad oluna bilərlər. Buna görə sağlam insanların oruc tutmasında hər hansı problem yoxdur. Hətta bəzi həkimlər oruc tutmağın insan immunitetinə müsbət təsir göstərdiyini qeyd ediblər. Bir şərtlə ki, düzgün qidalanma olsun. İftardan sonra çoxlu maye qəbul edərlərsə, meyvə-tərəvəzdən çox istifadə olunarsa, bu halda insanların sağlamlığına heç bir ciddi mənfi təsir göstərməyəcək.
- Bəs COVID-19 virusuna yoluxan şəxsin oruc tutması düzgündürmü?
- Koronavirusa yoluxan şəxslərin oruc tutması mümkün deyil. Çünki onlar müalicə olunurlar, dərman qəbul edirlər. Ona görə virusa yoluxan insanlar oruc tutmamalıdırlar. İnşallah, sağalandan sonra oruclarını davam edərlər, əgər Ramazan ayı bitərsə, daha sonra qəzasını yerinə yetirərlər. Amma virusa yoluxmuş insanlar hazırda müalicə olunurlar deyə Ramazan ayının orucunu tutmamalıdırlar. Onlar oruc tutmaqdan azad olunurlar.
Real TV xəbər verir ki, ötən həftə ərzində də belə halların sayı az olmayıb.
Yaranmış vəziyyətlə bağlı DİN-nin Şöbə rəisi Elşad Hacıyev bir daha əhalini diqqətli olmağa çağırıb:
"Ölkə ərazisində restoran və kafelərdə kütləvi tədbirlərin, məclislərin, toy və digər tədbirlərin təşkili qadağan edilib. Bu qadağa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri çərçivəsində tətbiq edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları icra olunmalıdır.
Xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz tam əməl edilməlidir. Tibbi maskalaradan düzgün istifadəyə ciddi əməl edilməlidir. Açıq və qapalı məkanlarda, ictimai yerlərdə tibbi maskalardan istifadə edilməsi məcburidir".
"İctimai" TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı videomaterialda:
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri davam etdirilir.
Bununla əlaqədar olaraq "VAZ dairəsi"ndən Ceyranbatan qəsəbəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Xüsusi təyinatlıların polkovnik -leytenantı Ramiz Cəfərovdur.
Bu gün Sumqayıt şəhəri 42-ci məhəllədə şəhid Ramiz Cəfərovun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.
Açılışdan görüntüləri təqdim edirik:
“Məktəblərdə ənənəvi tədrisin bərpası üçün yalnız təhsil işçilərinin vaksinasiya olması kifayət etmir”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva deyib.
O bildirib ki, məhdudlaşdırma tədbirlərinin ləğv edilməsi üçün əhalinin 70-80 faizi peyvənd olunmalıdır:
“Yoluxma hallarında artım daha çox təhsil müəssisələrində ənənəvi tədris bərpa edilən zaman olur. Bu yoluxma zəncirində aşağı sinif şagirdləri xüsusi rol oynayırlar. Çünki onlara respirator qaydaları aşılamaq asan deyil. Hesab edirəm ki, yoluxma zəncirində iştirakına görə məktəblər ictimai nəqliyyatdan daha təhlükəlidir. Çünki məktəblərdə insanlar arasında təmas uzunmüddətli, yoluxma ehtimalı isə çox olur. Düzdür, təhsil işçilərinin artıq müəyyən hissəsi peyvənd olunub. Lakin yalnız onların deyil, cəmiyyətin 70-80 faizi vaksinasiya edilsə, məhdudlaşdırmanı aradan qaldıra bilərik. Hələlik isə şagirdlər və onların ailə üzvləri peyvənd olunmayıb”.