![]() |
|
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 28-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2538 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2365 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir daha nəzərə çatdırırıq ki, həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.
Daxili İşlər Nazirliyi vətəndaşları xəbərdar edir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən, istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi reydlər keçiriləcək və bu zaman iş icazələrindən sui-istifadə edərək, istirahət mərkəzlərində olan şəxslər aşkar ediləcəyi təqdirdə belə icazələr ləğv ediləcək, habelə onlar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Siyəzənin RPŞ-nin Xidmət Üzrə Rəis müavini polis polkovnik-leytenantı Əhməd Cəlilov vəzifəsindən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyi dünən postdan qaytarılan maşınların sayını açıqlayıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
2020-ci ilin dekabrın 28-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2538 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2365 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.
Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın “Facebook” sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:
“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də, əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.
M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.
Bir sıra rayonlarda daha 43 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində nazir müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bununla bağlı deputat Razi Nurullayev açıqlama verib. O bildirib ki, uşaqpulu cəmiyyəti düşündürən məsələdir:
"Mən insanların bu tələbini haqlı sayıram. Bu ilə dövlət büdcəsi qəbul edilib və parlamentə göndərilib. Burada uşaqpulu ilə bağlı müddəa yoxdur. Yeni ildə uşaqpulunun verilməsi ilə bağlı məsələ gündəmdə deyil. Mart ayında, yaxud digər aylarda yenidən dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəd parlamentə təqdim edilə bilər. Bu zaman müzakirə olunub, büdcəyə əlavə kimi sözügedən məsələ gündəmə çıxarıla bilər. Hələ ki, bununla bağlı konkret məsələ yoxdur. Yəni hazırkı qəbul etdiyimiz büdcədə uşaqpulu yoxdur.
Sabah dövlət büdcəsinin üçüncü oxunuşudur. Sosial müdafiə naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov bizim qaldırdığımız məsələ ilə bağlı öz fikirlərini bildirə bilərlər. Düşünürəm ki, sabah hökümət üzvləri uşaqpulu ilə bağlı vəziyyətin necə olması barədə fikirlərini deyəcəklər. Mənim düşüncəm ondan ibarətdir ki, torpağımızı kasıb balaları aldı. Həmin uşaqlar hər gün doğulur və sabah Azərbaycanın üzərini qara buludlar alanda onlar yenə də Vətəni qorumağa gedəcəklər.
Gələcəyin əsgərlərinin anasından qiymətli xəzinəmiz yoxdur. Əgər biz maliyyəmizi bu xəzinəyə vermiriksə, onların sağlam böyüməsini istəmiriksə, daha nəyə verəcəyik? Bizim üçün lazım olan insan faktorudur". sonxeber
“Paytaxt Bakı üzrə yoluxma faizi 52 təşkil edir.
Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Arana aiddir. Belə ki, orada yoluxma 13.5 %-dir, Abşeronda 12.8 %, Gəncə-Qazaxda 8.3 %, Quba-Xaçmazda 3.1%, Lənkəranda 2.9 %, Şəki-Zaqatalada 3.1 %, Dağlıq Şirvanda 2.5 %, Yuxarı Qarabağda isə 1.4 %, Naxçıvan Muxtar Respublikasında 0.05 %, ölkə xarici yoluxma isə 0.4 %-dir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, qilə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir: "Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.
Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.
Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.
Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.