![]() |
|
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə yayılan görüntülərinə görə şiddətli töhmət alan Məmmədova ötən gün işdən çıxmaq barədə ərizə yazıb.
Qeyd edək ki, onun sərt karantin qaydalarını pozaraq özünə doğum günü keçirməsi mediada müzakirələrə səbəb olmuşdu.
Böyük Britaniyada koronavirusun aşkar edilən daha yoluxucu növü isə dünyanın COVİD-19 bəlasından yaxın gələcəkdə xilasının mümkünsüz olacağından xəbər verir.
Bir ildən çoxdur dünyanı aciz duruma salan COVİD-in əlamətləri barədə, demək olar ki, artıq uşaqdan böyüyə hər kəs məlumatlıdır. Lakin koronavirusun bəzi əlamətləri də Azərbaycanda aşkar olunmağa başlayıb. Bunlardan biri dəri tutulumudur.
Bu barədə həkim Ramin Cavadov “milli.az”a açıqlama verib:
"55 yaşlı kişinin bilinən xəstəliyi yoxdur. 10 gün öncə 38.3 dərəcə qızdırma, halsızlıq, iştahsızlıq və ardından bədəndə döş qəfəsi, qarın boşluğunun ön yan tərəfində, qollarda və ayaqlarda çox olmaqla ağrısız və qaşıntısız qabarıq ləkələr görülüb. Qastroenteroloqa müraciət edilib, testlər istənilib və sonra Herpes Zoster (HZ) (kərmərvari dəmrov) düşünülərək valtrex başlanılaraq dermatoloqa yönləndirilib. Dermatoloq HZ deyil, vaskulit düşünərək konsultasiya istədi.
Xəstənin anamnezini dərinləşdirdiyimiz zaman COVİD-19 şübhəsi oyandı, müayinədə təzyiq 130/80, ağciyər səslərində kobudlaşma görüldü. Xəstə qan analizi və KT nəticəsi ilə gəldiyində (3 gün sonra) ləkələr iz buraxmadan solmuşdu. KT-də 8% buzlu şüşə görüldü, COVİD +, crp 45, AST 335, ALT 45, GGT 1250, ALP 1300, HGB 16, kreatinin 0.6, sidiyin ümumi analizi normal, ANCA, COVİD-19 dəri tutulumu düşünüldü, uyğun müalicə yazılaraq 10 gün sonra kontrol məsləhət görüldü.
COVİD-də hər şey ola bilər. İnsanın bütün orqanizmində bu xəstəliyin əlamətini müşahidə etmək mümkündür".
TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev isə Milli.Az-a açıqlamasında COVİD-in başqa bir əlamətindən danışıb:
"COVİD-19 xəstəsi var ki, onda 2 gündü konyuktivit, şikayәt başlayıb. Sadәcә gözdә qızartı, sulanma ilә hәrarәt 37.0-37.5 olur. 5 gün öncә testi pozitiv gәlib, yanaşı xәstәliyi yoxdur, COVİD 19-la bağlı ağciyәrlәrdә bir problem görülmәdi. Sadәcә xәstәnin bu şikayәtlәri var".
Bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün dövlət növbəti ilin büdcəsinə transfertlərin həcmini artırması məhz şəhid və qazilərin sosial müdafiəsinin gücləndirməsinə xidmət edir. “Bu gün dövlət bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirir. Əgər kimlərsə bu məsələdə şəhid və qazilərə dəstək olmaq istəyirsə, o zaman 20 obyektindən birini və ya 5 mənzilindən birini şəhid və qazilərə versin. Bununla da dövlətin üzərində götürdüyü yükü yüngəlləşdirsin və bu işdə öz töhfəsini versin”- millət vəkili bildirib.
Millət vəkili hesab edir ki, əsas problem kimi bu gün Bakıda gecəqondu problemini həllidir: “Yəni bölgələrdə yeni iş yerləri açmaq və iqtisadi fəallığı artırmaqla insanların bölgələrə qaytarılmasını təmin etsə yaxşı olardı. Bu heç də insanları Kəlbəcərə və digər rayonlara qaytarmaqdan az əhəmiyyət kəsb etmir. Hğkumət bu istiqamətdə ciddi iş görməlidir.
Hökumətin həll edəcəyi digər problem isə ictimai nəqliyyat məsələsidir”.
Bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi veteranlarına 50 manat həcmində müavinət verilirdi və Prezidentin sərəncamı ilə bu miqdar 80 manata qaldırıldı.
“Amma bu vəsait onlar üçün yetərli deyil. Çünki ötən müddətdə qiymətlərdə artım var və bu pulla onlar sosial və kommunal xərclərini ödəməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bu miqdar 150-180 manata qaldırılarsa daha yaxşı olar. Bu vəsait onlalra communal problemlərini həll etməyə imkan verər”- millət vəkili bildirib.
Hökumət deputatların qaldırdıqları təklif və sualları sabah cavablandıracaq.
Bu gün Milli Məclisdə 2021-ci il büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirə edilməkdədir.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun ikinci oxunuşunun yekunu olaraq hökumətə birinci və ikinci oxunuş zamanı qaldırılan məsələlərlə bağlı hökumtə nümayəndəsi Maliyyə naziri Samir Şərifova söz verildi.
O isə öz növbəsində bildirdi ki, bütün məsələlərə sabah cavab veriləcək.
“Bayramla dünən danışmışıq, səhhətinin yaxşı olduğunu, müalicələrinin davam etdiyini dedi”
Bu barədə Azvision.az -a erməni əsirliyindən azad edilən əsgər Bayram Kərimovun atası Yaşar Kərimov məlumat verib. O, övladının nə vaxt evə buraxılacağından xəbərsiz olduğunu bildirib:
"Bizimlə qısa danışır, övladının vəziyyətini soruşur. Özünün də yaxşı olduğunu deyir. Onlar buraxılanda dövlət səviyyəsində bizə məlumat veriləcək".
Əsirlikdən xilas edilən digər əsgər Amin Musayevin əmisi Sənan Sadıqov sonuncu dəfə onunla sırağagün danışdığını vurğulayıb:
"Bizimlə maraqlandı, hal-əhval tutdu, vəziyyətinin yaxşı olduğunu dedi. Onun nə zaman evə buraxılmağı barədə hələ məlumatımız yoxdur".
Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər. Onlar müalicə almaq üçün hospitala yerləşdiriliblər.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.Bir neçə gündən sonra ölkə ərazisində Yeni il bayramı qeyd ediləcək. Bir çoxları bayram günlərində "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Dekabrın 31-də Azərbaycanda "sms icazə" sistemi ləğv edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan depuata Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilir:
"Sərt karantin rejiminə görə ölkədə "sms icazə" sistemi də tətbiq edilir. Təbii ki, tam bayram havasında olmasaq da insanlarımız bir-birinin evinə bayramlaşmağa gedirlər. Bu baxımdan düşünürəm ki, "sms icazə" sistemi tətbiq edilməlidir. Əgər yanvarın 18-nə kimi yoluxma sayı 3 rəqəmliyə düşərsə Operativ Qərargah "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək. Çünki istənilən halda sərt karantin rejimi dövlətin iqtisadiyyatına da təsir edir. İndiki məqamda olmasa da yanvarın 18-dən sonra "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı məsələyə baxıla bilər".
Bu barədə baku.ws-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Müavinət alacaq hərbçilərin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.
Müharibə veteranı vəsiqəsini hansı orqan verir?
Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır?
Birdəfəlik sığorta ödənişi - hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat sığorta ödənişi həyata keçirilir ("Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);
Prosedur: Xəarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi ("Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Müharibə veteranı vəsiqəsi ƏƏSMN-in yerli strukturuna təqdim edilir, oradan təqaüd təyinat aparılaraq ödənişə göndərilir.
Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Qeyd edək ki, müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.
“Ölkə.Az” xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatlara məlumat verib.
Komitə sədri bildiirb ki, 2021-ci ildə pensiya və müavinətlərdə artım olacaq. “Pensiyalar növbəti ilə 9,3 faiz artacaq. Xüsusən də əmək pensiyaları əhəmiyyətli dərəcədə artacaq. Belə ki, əmək pensiyaları 38 manata artmaqla, orta aylıq əmək pensiyası 343 manat təşkil edəcək. Yaşa görə pensiya isə 370 manat olacaq. Digər tərəfdən isə digər növ müavinətlər də əhəmiyyətli dərəcədə artacaq. Bu da aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı şəkildə təminat yaradacaq”- komitə sədri bildirib.
İşğaldan azad edilmiş Zəngilan rayonunun Mincivan qəsəbəsinin yeni görüntüləri yayılıb. “Ölkə.Az”-ın çəkdiyi görüntülərdən də məlum olur ki, qəsəbədəki bəzi evlərdə yaşayış olub, bir çox evlər isə ermənilər tərəfindən dağıdılıb. Qəsəbədəki evlərin bir qismi isə baxımsızlıqdan yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Zəngilan rayonu 1993-cü ildə Ermistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 21-də isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.