![]() |
|
“Qafqazinfo” bildirir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.
O, qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır: “O, 3 dəfə əməliyyat olunub. Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxanası dəyişdirilsin, ya da mümkün olarsa, xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”.
Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının qarşısındakı qapı Azərbaycanın dövlət bayrağını əks etdirən rənglərlə boyanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, sözügedən qapı əvvəllər qondarma rejimin bayrağı rəngdə olub.
Həmin görüntüləri təqdim edirik:
Hərbçilərin və döyüşlərdə iştirak edənlərin sosial müdafiəsi gücləndirilməsi diqqət mərkəzində olacaq.
Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə 2021-ci ilə büdcə müzakirələri zamanı deyib.
Milli Məclis Sədri bildirib ki, növbəti ildə ölkənin müdafiə qabliyyətinin artırılması, hərbçilərin və döyüşlərdə iştirak edənlərin, şəhid və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
“Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq”.
Xarici İşlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə ad günü ilə bağlı təbrik ünvanlayıb.
O, bu barədə “Twitter” hesabında yazıb.
“Bu gün Azərbaycan Respublikasının Prezidenti, ərazi bütövlüyümüzü təmin edərək Azərbaycan xalqına ifadə olunmaz hissləri yaşadan, qürur mənbəyimiz, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin ad günüdür! Ad Gününüz Mübarək, cənab Prezident!”, - deyə o qeyd edib.
“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 14 dekabr tarixindən ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib”.
Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib.
O bildirib ki, bir sıra hallarda sürücülər nəqliyyat vasitələrini pərakəndə şəkildə, binaların həyətlərinin girişlərində, avtomobil yollarının hərəkət hissəsində saxlayırlar:
“Həmçinin yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradırlar.
Bu hal yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Son zamanlar baş verən yanğınların təhlili bu istiqamətdə zəruri tədbirlərin görülməsini tələb edir. Bunları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadəni təmin etmək məqsədilə vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur”.
Azərbaycanda dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
"Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb".
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.
"Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır", - nazirlikdən bildirilib.
Növbəti ildə orta aylıq əmək pensiyası 338 manat, yaşa görə pensiya isə 370 manat olacaq.
“Ölkə.Az” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Nazirin sözlərinə görə, 2021-ci ildə Sosial müdafiə fonundun büdcəsi 5,46 mlrd manat təşkil ediləcək.
“Bu da ötən illə müqayisədə 361 milyon manat və ya 8 faiz çoxdur. Növbəti ildə büdcənin 97 faiz xərci əhaliyə ödənişlərə sərf olunacaq”- nazir qeyd edib.
O, əlavə edib ki, 2020-ci ildə pandemiyadan zərərçəkənlərin sosial müdafiəsinin gücləndirmək məqsədi ilə 600 min insana 362 milyon manat vəsait ödənlib, 2021-ci ildə isə 600 min insana birdəfəlik yardımın həcmi 462 milyon manat vəsait ödəniləcək.