![]() |
|
Report məlumatına görə, tenderin qalibi 49 min 560 manatla "Kvanç" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, filmin adı hələ dəqiqləşdirilməyib: "Bu, çəkiliş tam bitəndən sonra bilinəcək. General Polad Həşimovun qəhrəmanlıqlarından bəhs edən qısametrajlı bədii filmdir. Respublikanın əməkdar və xalq artistləri iştirak edəcəklər".
S.Məmmədovanın sözlərinə görə, daha ətraflı məlumat film təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20 tarixlərində respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlardan 35 nəfər evə qaytarılıb, üç nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan Xəyyam Hüseynovun həyatı maraqlı məqamlarla zəngindir.
Ölkə.Az “Report”a istinadən verir ki, Hüseynov Xəyyam Hüseyn oğlu Göyçayda doğulub. Orta məktəbi əla qiymətlərlə oxuyan Xəyyamın uşaqlıq illəri ailəsi və dostları tərəfindən xoş anlarla xatırlanır. Dostları onun haqqında mərd insan kimi söhbət açırlar.
Xəyyam Hüseynov orta təhsilini bitirdikdən sonra ali məktəbə, müəllimlik ixtisasına qəbul olub, lakin özünü bu sahədə görmədiyindən qərarını dəyişib. Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz dayanır, daim çətin anlarla üzləşir. Lakin buna baxmayaraq çətinliklərə sinə gərir, hətta nümunəvi hərbi xidmətə görə təltif və təşəkkürnamə alır, beləcə əsgərliyini uğurla başa vurur.
O, hərbi xidmətdən sonra isə yenidən doğma yurduna, ailəsinin yanına dönür. Xəyyam incəsənətə böyük göstərir, hətta rejissor olmaq istəyir. Lakin ermənilərin cəbhədəki təxribatları, Vətən müharibəsi onun arzularını arxa plana atmasına səbəb olur. Ailə üzvləri bildirir ki, Xəyyam hələ müharibədən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək, adını könüllülər siyahısına yazdırır, cəbhəyə getmək istədiyini deyir. Nəhayət arzusuna çatır - sentyabrın 20-də yenidən hərbi xidmətə çağırılır.
Ön cəbhədə Vətənin müdafiəsinə qalxan Xəyyam ailə üzvlərini bir an da unutmur, daim doğmaları ilə telefonla əlaqə saxlayır. O, sanki şəhidlik zirvəsinə ucalacağını duymuşdu. Sentyabrın 26-da atası ilə son dəfə telefonla danışan Xəyyam ondan halallıq istəyib və iki arzusunun yerinə yetirilməsini diləyib. Bunlardan birincisi bacısının övladına öz adının verilməsi, ikincisi isə şeirlərinin kitab şəklində çap edilməsi idi.
Az sonra Ağdərə istiqamətində gərgin döyüşlərə qatılan Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirir. Lakin ikinci tapşırığa gedəndə isə ağır yaralanaraq şəhid olur.
Qırx dörd günlük Vətən müharibəsi başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, məhz Xəyyam və onun kimi mərd oğullarımızın sayəsində qələbə ilə nəticələndi.
Allah rəhmət eləsin!
"Ölkə.Az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi Tavuş vilayətinin iki kəndindən hərbi hissələrin geri çəkilməsinə dair əmrin verildiyi və bu kəndlərin guya Azərbaycanın nəzarətinə keçəcəyi barədə yayılan məlumatları təkzib edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu gün bir neçə Teleqram kanalında Ermənistanın Tavuş vilayətinin iki kəndinin Azərbaycana veriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.qazet.az
Dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən, dekabrın 24-ü gündüzdən 25-i səhərədək şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4 dərəcəyədək aşağı enəcək.
Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.
Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.
Magistral kollektorda baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bu gün koronavirusla bağlı yaşadığımız kritik vəziyyətin əsas səbəbkarları məsuliyyətsiz davranan insanlardır.
ATV xəbər verir ki, özbaşına müalicə olunanların da "əməyi" sayəsində virusun yayılması sürətlənir.
Pulmonoloq Dr.Əsəd Beydullayev deyir ki, vaxtında başlayana özbaşına edilən müalicə vəziyyəti son dərəcə ağırlaşdırır ki, sonra həmin insana edilən bütün tibbi yardım nəticəsiz qalır.
Həkimlər koronavirusa qarşı evdə özbaşına müalicənin yolverilməz olduğunu bildirir.
Mütəxəssislər bildirir ki, C vitamini və sistem köçürmək koronavirusdan qorunmaq üçün çıxış yolu deyil.
Koronavirusdan qorunmaq üçün 3 sadə yol var: maska taxmaq, əlləri yumaq və sosial məsafə saxlamaq.
Xankəndidə Rusiya sülhməramlıları üçün modul şəhərciyinin tikintisi başa çatıb.
Report xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
"Dağlıq Qarabağda Rusiya sülhməramlıları kontingentinin hərbi qulluqçularının yerləşdirilməsi üçün 250 nəfərlik modul şəhərciyin inşası başa çatıb", - xəbərdə deyilir.
Əlavə edilir ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə işlər sona yaxınlaşır.
Qeyd edilir ki, şəhərciyin komplektləşdirilməsinə yaşayış qovşağı, idman zalı, zabit evi, hamam, tibb məntəqəsi, geyimin təmizlənilməsi otağı, asudə vaxt otağı, qərargah və dəftərxana, anbar, yemək otağı, mətbəx, məhsullar üçün anbar, sanitar qovşaq, silahın və mühəndis avadanlığının saxlanılması üçün otaq daxildir.
Şəhərcik şəxsi heyətə rahat həyat və məişət şəraiti yaratmağa imkan verəcək. Şəhərcik müsbət 35 dərəcədən mənfi 45 dərəcəyə hesablanıb.
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, 20 yaşlı şəhid Elnur Əliyevdir.
Axar.az şəhidin ailəsindən reportaj hazırlayıb.
Elnur Ərəstun oğlu Əliyev 2000-ci il fevral ayının 10-da Potu kəndində dünyaya göz açıb. O,ilk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu il dekabr ayının 16-dan başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə kiçik çavuş, xilasetmə taborunda manqa komandiri kimi çalışmağa başlayıb.
Şəhid anası Tahirə Əliyevanın sözlərinə görə, onun oğlu hərbi xidməti zamanı fərmanlar və təşəkkürnamələr ilə təltif olunub.
Vətən müharibəsi zamanı şəhid E.Əliyev böyük qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 6-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
“Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”, - deyə anası qeyd edib.
O, həm tarix yazdı, həm də şəhidlik zirvəsinə ucalaraq əbədi olaraq tarixdə qaldı.
Şəhid E.Əliyev 19 oktyabr 2020-ci il tarixində böyük izdiham ilə Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı göstərdiyi böyük şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.