![]() |
|
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq
Dekabrın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
Xəbərdarlıq
Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Dekabrın 20-də Azərbaycanı rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat Xidmətdinən "Ölkə.Az"a daxil olan müraciətdə deyilir:
"Hər birimiz şəxsi məsuliyyətimizi artırmaqla, koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.
"Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik!
Biz birlikdə daha güclüyük!"
TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.
TƏBİB-dən Trend-ə bildirilib ki, hazırda vəziyyəti yüngül, orta olan, eyni zamanda xəstəliyi asimptomatik keçirən xəstələr ev şəraitində müalicə olunur. Buna görə də yalnız ev şəraitində müalicə olunan xəstələrin adları 14 gündən sonra avtomatik olaraq sistemdən çıxarılır və sağlam insan hesab edilirlər:
"Sistemdən çıxarılmamışdan əvvəl xəstədən test müayinəsi götürülmür. Əgər kimsə özünün tam sağalmadığını güman edirsə, özündə şübhəli simptomlar müşahidə edirsə, o zaman ödənişli əsasla yenidən test verə bilər”.
TƏBİB-dən o da bildirilib ki, xəstəxana şəraitində müalicə olunan xəstələr test nəticəsi neqativ çıxdıqdan, yəni sağaldıqdan sonra evə buraxılırlar. Onlar xəstəxanadan evə buraxılana qədər sistemdə koronavirus xəstəsi kimi qeyd olunur və müşahidə altında saxlanılırlar.
Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzi şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun 14 gündən çox ola bilər.
Bu gündən dekabrın 21-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
"Ölkə.Az" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.
Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir.
Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
Bununla bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:
"Cənab prezidentin növbəti sərəncamı olanda buraxılacaqlar. Çünki bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərənacamı ilə reallaşan prosesdir. Bu sərəncam hər an ola bilər. Biz hərbi ekspert kimi deyə bilərik ki, yanvar çağırışı olacaq. Düşünürük ki, yanvar çağırışı müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Eyni zamanda yanvar çağırışçıları da müəyyən qədər kurs keçməlidirlər.
Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmadan onların nə zaman tərxis olunacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Cənab prezident nə zaman uyğun bilərsə, onda da bununla bağlı sərəncam imzalayacaq. Bu fərman sabah, 1 həftə və 1 ay sonra ola bilər. Yaxud olmaması da mümkündür".
BŞT və TTYS hansı hallarda COVID-19 virusu ilə bağlı yaxma analizi qəbul etməsi ilə bağlı aydınlıq gətirib.
"Report" xəbər verir ki, BŞT və TTYS-nin baş həkimin müavini İradə Əliyeva təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürdüyü deyib.
"Bildiyiniz kimi Ölkə Başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, “COVID-19-la mübarizədə əsas yük həkimlərin üzərinə düşür”. Tibb işçilərinə göstərilən etimad və etibarı doğrultmaq üçün bundan sonra da təcili yardımın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq"- deyə o əlavə edib.
İ.Əliyeva həmçinin vurğulayıb ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: "Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir".
Bu gün saat 13:00-dan etibarən gün ərzində Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Ölkə.Az” “Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, fasilə “Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar olacaq.
"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir!