![]() |
|
Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşib.
Ölkə.Az"ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Dəyişikliyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.
Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik edilib.
9. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı açıqlama yayıb.
"Ölkə.Az"ın xəbərinə görə, bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilib.
Həmin siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər.
Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır.
Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur.
"Bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bu gün Ermənistanla sərhəddəki 13 mövqeyin Azərbaycana təhvil verilməsindən danışarkən deyib.
Ekspert bildirib ki, Zəngilan və Qubadlının Ermənistanla dövlət sərhədində yerləşən ərazilərinin bu gün saat 17:00-a kimi bizə qaytarılması üçün oradakı yerli və erməni silahlılarına vaxt verilib:
"Bunu ilk olaraq mən yaydım. Ondan sonra bəziləri bu fikiri götürüb inkişaf elətdirdilər: Zəngilanla Qubadlının sərhədi hardadır? Qafanda. Deməli, Qafanı bizimkilər götürür. Ortaya belə bi fikir atıb tirajladılar. Bizə kim icazə verər dövlət sərhədini keçməyə? Biz hələ özümüzə xas olan torpaqları azad edib qutarmamışıq. Biz dövlət rəhbərliyi tərəfindən dəfələrlə dünyaya bəyan etmişik ki, bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur. Bəzən Prezidentin "İrəvan və Zəngəzur Azərbaycan torpaqlarıdır” fikrini səsləndirməsi də bir xatırlatmadır ki, siz bu gün belə bizim torpaqlarda yaşayırsınız. Buna baxmayaraq, bizim Ermənistan ərazisində hədəfimiz yoxdur. Əgər bizim orda hədəfimiz olsaydı, bir dəfə də olsa ora atəş açardıq. Məsələyə real yanaşmaq lazımdır. Syunik (Sünik) Zəngəzur deməkdir, bu bir əyalətdir. Qafanın daxil olduğu Sünik özü bir vilayətdir. Bizim keçmiş Zəngəzurun ərazisində yaradılıb. Bizə qaytarılacaq 13 əyalətin içərisində bizimkilər onu da yazıblar. Təbii ki, bu, yalan-yanlış məlumatdır. Digər ərazilər isə bizim idi".
Ədalət Verdiyev qeyd edib ki, noyabrın 10-da bağlanan üçtərəfli razılaşmaya əsasən, hər iki münaqişə tərəfi olduğu mövqelərdə qalıb:
"Müqavilədə belə bir bənd vardı. Həmin müqavilənin şərtlərinə görə, biz heç Qubadlı və Zəngilanın sərhəd boyu kəndlərini azad etməyə çatdırmadıq, atəşkəsə görə mövqelərimiz erməni işğalında qaldı. İndi həmin ərazilərimizin işğaldan azad edilməsi üçün erməni tərəfinə vaxt verilib. Bu gün sonuncu gündür, saat 17:00-a kimi iş bitməlidir. Dünən artıq silahlı qüvvələrin oradan daşınmasına aid görüntüləri paylaşdım. Həmin ərazidən çıxarılan ermənilər Qafan, Gorus şəhərində hakimiyyət orqanları qarşısında etiraz mitinqləri keçiriblər ki, niyə bizi orada yaşamağa məcbur edirdiniz ki, indi də biz ikinci dəfə qaçqın düşürük? Bu, Azərbaycan xalqını ən çox narahat edəm problem idi. Nəyə görə? Çünki Azərbaycan tərəfi rəsmi mənbələrdə heç də Ermənistan sərhədində yerləşən kəndlərin azad olunması barədə rəsmi məlumat verməmişdi. Bu, doğru addım idi. Çünki bu kəndlər bizim nəzarətimizə keçməmişdi. Bu kəndlərin açıqlanmaması insanlarda bəlli bir narahatlıq doğururdu, davamlı olaraq bu haqda sual verilirdi. Bu məsələ artıq həllini tapdı".
Karantin qaydalarını pozanlara qarşı cəzalar sərtləşdirilir.
Bununla bağlı olaraq Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.
“Ölkə.Az” xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Nizami Səfərovun sözlərinə görə, Məcəlləyə əsasənn vəzifəli şəxslərin karantin rejimini pozacağı təqdirdə cərimələr 3 min manatdan 4 min manata, təkrar baş verdikdə isə 11 min manatadək cərimə olunması nəzərdə tutulur.
Fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə olunacağı təklif olunur. Karantin rejiminin təkrar pozulduğu halda 400 manat, hüquqi şəxslər isə 1200 manat cərimə olunması nəzərdə tutulur.
Millət vəkili Fazil Mustafa hesab edir ki, cərimələrin sərtləşdirilməsi vəziyyətdən çıxış yolu deyil. “Ona görə də bu məsələdə daha optimal yanaşmaq lazımdır”.
Razi Nurullayev isə hesab edir ki, cərimə tətbiq etməkdənsə ilk növbədə ciddi xəbərdarlıq edilsin. “Cəzaların sərtləşdirilməsi elə də çıxış yolu deyil. İnsanlar cərimə olunmaq istəmirsə, o zaman qaydalara riayət etsinlər”.
Deputat Tahir Kərimli də Məcəlləyə nəzərdə tutulan sərt cəzaların çıxış yolu olmadığını, ancaq məcburiyyət qarşısında atılan addım kimi dəyərləndirib.
Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bizə siqnallar daxil olur ki, yerli icra hakimiyyətlərində şəhid ailələri və Vətən müharibəsində döyüşən insanların ailələri incidilir.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı bizlərə müraciət daxil olmaqdadır. “Seçildiyim rayonda belə halların olduğu barədə müraciətlər daxil olmaqdadır. Yerli icra hakimiyyətləri koronavirusu bəhanə edib insanları qəbul etmək istəmirlər. Qəbulə gəlmək istəyən iinsanların çoxu isə şəhid ailələri və döyüşlərdə iştirak edən şəxslərin ailələridir. Hesab edirəm ki, bizin 44 günlük Vətən müharibəsi və əldə olunan qələbəyə kölgə salmağa yol vermək olmaz. Bunun qarşısı alınmalıdır”- millət vəkili bildirib.
Milli Məclis sədri Sahibə Qafarova daxil olan məlumatlar barədə faktları təqdim etməyə təkid etdi.
Sabah paytaxtın bəzi küçə və prospektlərində dezinfeksiya aparılacaq.
Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirlib ki, COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Artıq koronavirusa yoluxma bir milli təhlükəsizlik məsələsinə çevrilib.
“Ölkə.Az” xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, dövlət koronavirusla mübarizə istiqamətində əlindən gələni edir.
“Dövlətin 46 klinikasında 15 min çarpayı var. Lakin gündə 4 mindən artıq yoluxma olduğundan xəstəxanalarda yer yoxdur. Bu artıq bir milli təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də hesab edirəm ki, özəl sektoru bu prosesə cəlb etmək lazımdır. Özəl sektoru məcbur formada yox stimullaşdırma yolu ilə prosesə cəlb etmək olar”- millət vəkili qeyd edib.
Testlər sahəsindəki problemə toxunan komitə sədri bildirib ki, testlərin aparılmasının sayının artırılmasına ciddi ehtiyac var: “Bunun üçün ilk növbədə monopoliya aradan qaldırılmalıdır. İmkan verilməlidir ki, içkanı olan iş adamı ölkəyə test gətirisin. Bu gün 300-dən artıq test növü var”.
Millət vəkili eyni zamanda sosial müavinətlə bağlı siayshıya yenidən baxmaq lazımdır.
kəs öz imçkanı daxilində dövlətə dəstək vermək lazımdır.
“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - nazir bildirib.
Rusiyalı tibb elmləri namizədi, terapevt Andrey Kondraxin koronavirusa yenidən yoluxmanın əsas səbəblərindən biri barədə danışıb.
O, bu barədə “Vechernaya Moskva”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, ən çox bu, COVID-19-u tam müalicə etmədikdə baş verir.
“Terapiyanı çox erkən dayandırsanız, xəstəlik həqiqətən geri qayıda bilər. Bundan əlavə, bir çox xəstəmiz xəstəxanaları ən qısa müddətdə tərk etməyi və simptomlar gedən kimi dərman qəbul etməyi dayandırmağı üstün tutur”, - deyə o bildirib.
Həkim xəstəxanadan çıxdıqdan sonra ağırlaşma ehtimalını azaltmaq üçün bir sıra şərtlərə riayəti, xüsusən də, həkimin evdə müalicə tələblərinə əməl etməyi tövsiyə edir:
“Bəzi dərmanlar var ki, onları bir ay içmək lazımdır. Onları sona qədər bitirmək çox vacibdir. İkinci məqam, qanı izləmək və xəstəxanadan çıxdıqdan iki həftə sonra ikinci bir test etməyi unutmamaqdır. Digər vacib şərt də üşüməməkdir”.
Əlavə olaraq terapevt bədəni fiziki fəaliyyətlə həddən artıq yükləməməyi, qan təzyiqini izləməyi, pəhrizdəki yağlı, ədviyyatlı, şirin və duzlu qidaları azaltmağı və ən azı bir ay alkoqoldan imtina etməyi tövsiyə edir.
Bakı və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 18-də arabir yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, səhər saatlarında zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Dekabrın 18-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarından başlayaraq gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 18-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.