![]() |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olub. “Qafqazifo” xəbər verir ki, əməkdaşlar qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.
Onların istəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verilib.
Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.
Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.
Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq.
Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi aşağı endirilib.
“Qafqazinfo” xəbər verir ki, H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Xocavənd rayonunun işğaldan azad olunan Hadrut qəsəbəsində üzərində Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkli olan lövhə qoyulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Lövhənin qoyulduğu ərazidə olan iri daş parçası vaxtilə qondarma respublikanın bayrağı ilə rənglənmişdi.
Hazırda isə həmin daş Azərbaycan bayrağının rənglərinə boyanıb.
Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.
"Ölkə.Az"ın xəbərinə görə, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.
Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistikaya (16 dekabr) görə ümumilikdə ölkədə virusa yoluxanların sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb. Hazırda 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər isə dünyasını dəyişib. Ötən gün 4 077 nəfər də virusa yeni yoluxan kimi qeydiyyata alınıb. Virus başlayandan bu günə kimi Azərbaycanda 1 998 577 müayinə aparılıb.
Bu il Yeni il ərəfəsində imzalanması gözlənilən əfv və ya amnistiya pandemiya səbəbindən gecikə bilər.
"Qafqazinfo" xəbər verir ki, Əfv Məsələləri Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əfv üçün iclasların keçirilməsi mütləqdir:
“Faktiki olaraq, Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də Komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi isə qanunvericiliyə ziddir. 2020-ci ildə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamı pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxsi əhatə edirdi”.
İclasların onlayn keçirilməsinə gəlincə qeyd olunub ki, bu, məlumatların kənara sızma ehtimalına görə nəzərdə tutulmur:
“Daxil olan çox sayda müraciətin Yeni ilədək araşdırılması çətindir. Bu səbəbdən də əfv sərəncamının, yaxud amnistiyanın növbəti ilin Novruz bayramında verilməsi gözlənilir. Amma təbii ki, bütün hallarda Əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 493-56-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflərə dekabrın 22-də, saat 12:00-a qeyd olunan ünvanda baxılacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azər könüllü yollandığı döyüşlərdə qəhrəmanlıq göstərib, düşmənlə igidliklə mübarizə aparıb.
Buna görə də o, “Vətən uğrunda” medalına layiq görülüb.
Şəhidimizin ailəsindən hazırlanmış reportajla aşağıdakı videoda tanış ola bilərsiniz:
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu barədə populyar internet şəbəkələrinin işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Mesencerlərin işi ilə bağlı ən çox şikayət İspaniya, Fransa, İtaliya, Almaniya, Belçika və Böyük Britaniyadan gəlib. Problemlər bir sıra Latın Amerikası ölkələrində də qeydə alınıb.
“WhatsApp” istifadəçilərinin təxminən 96 faizi serverə qoşula bilmədiklərini qeyd ediblər, üç faizi isə mesencerin veb versiyasında nasazlıqları bildirib.
“Telegram”da xidmətə qoşulma problemi 86 faizi narahat edib, daha 13 faiz istifadəçi isə mesaj göndərə bilmədiklərini açıqlayıblar.
“YouTube”a gəldikdə, 61 faiz istifadəçi videoya baxarkən, 34 faizi veb saytın yüklənməsində problemlərdən, dörd faizi isə videohosting səhifələrinə daxil ola bilməməkdən şikayətlənib.
Bu barədə qurumun açıqlamasında bildirilir.
"Məlumat nazirliyin loqosuna oxşar, ancaq ona məxsus olmayan loqo ilə, rayonların siyahısı əlavə olunmaqla yayılıb və həqiqəti əks etdirmir", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və kiberinsidentlərin qarşısını almaq məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.
"Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və yaxud metodiki dəstəyə ehtiyac olduqda, www.cert.az saytı və yaxud reports@cert.az e-poçtu vasitəsilə nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər", - qurum bəyan edib.