![]() |
|
Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.
"Ölkə.Az"ın xəbərinə görə, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.
Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistikaya (16 dekabr) görə ümumilikdə ölkədə virusa yoluxanların sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb. Hazırda 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər isə dünyasını dəyişib. Ötən gün 4 077 nəfər də virusa yeni yoluxan kimi qeydiyyata alınıb. Virus başlayandan bu günə kimi Azərbaycanda 1 998 577 müayinə aparılıb.
Bu il Yeni il ərəfəsində imzalanması gözlənilən əfv və ya amnistiya pandemiya səbəbindən gecikə bilər.
"Qafqazinfo" xəbər verir ki, Əfv Məsələləri Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əfv üçün iclasların keçirilməsi mütləqdir:
“Faktiki olaraq, Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də Komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi isə qanunvericiliyə ziddir. 2020-ci ildə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamı pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxsi əhatə edirdi”.
İclasların onlayn keçirilməsinə gəlincə qeyd olunub ki, bu, məlumatların kənara sızma ehtimalına görə nəzərdə tutulmur:
“Daxil olan çox sayda müraciətin Yeni ilədək araşdırılması çətindir. Bu səbəbdən də əfv sərəncamının, yaxud amnistiyanın növbəti ilin Novruz bayramında verilməsi gözlənilir. Amma təbii ki, bütün hallarda Əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 493-56-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflərə dekabrın 22-də, saat 12:00-a qeyd olunan ünvanda baxılacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azər könüllü yollandığı döyüşlərdə qəhrəmanlıq göstərib, düşmənlə igidliklə mübarizə aparıb.
Buna görə də o, “Vətən uğrunda” medalına layiq görülüb.
Şəhidimizin ailəsindən hazırlanmış reportajla aşağıdakı videoda tanış ola bilərsiniz:
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu barədə populyar internet şəbəkələrinin işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Mesencerlərin işi ilə bağlı ən çox şikayət İspaniya, Fransa, İtaliya, Almaniya, Belçika və Böyük Britaniyadan gəlib. Problemlər bir sıra Latın Amerikası ölkələrində də qeydə alınıb.
“WhatsApp” istifadəçilərinin təxminən 96 faizi serverə qoşula bilmədiklərini qeyd ediblər, üç faizi isə mesencerin veb versiyasında nasazlıqları bildirib.
“Telegram”da xidmətə qoşulma problemi 86 faizi narahat edib, daha 13 faiz istifadəçi isə mesaj göndərə bilmədiklərini açıqlayıblar.
“YouTube”a gəldikdə, 61 faiz istifadəçi videoya baxarkən, 34 faizi veb saytın yüklənməsində problemlərdən, dörd faizi isə videohosting səhifələrinə daxil ola bilməməkdən şikayətlənib.
Bu barədə qurumun açıqlamasında bildirilir.
"Məlumat nazirliyin loqosuna oxşar, ancaq ona məxsus olmayan loqo ilə, rayonların siyahısı əlavə olunmaqla yayılıb və həqiqəti əks etdirmir", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və kiberinsidentlərin qarşısını almaq məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.
"Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və yaxud metodiki dəstəyə ehtiyac olduqda, www.cert.az saytı və yaxud reports@cert.az e-poçtu vasitəsilə nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər", - qurum bəyan edib.
Report xəbər verir ki, dəyişikliklə Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.
Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Məcəllənin hazırkı variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Bu bardə “Ölkə.Az”a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.
“Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər”, - deyə Rəşad Mahmudov bildirib.
Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R. Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan şəxsin ikinci dəfə yoluxma ehtimalı var: “Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir”.
"Bu günə Ümumdünya Səhiyyə Təşkilatının təsdiqindən keçən peyvənd yoxdur. Çünki virus çox yenidir".
Report xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi qeyd edib ki, bəzi vaksinlər üçün bir çox ölkələr artıq lisenziya almağa başlayıb:
“Təşkilatımız da bu işləri yaxından izləyir. Çox yaxında təcili vəziyyət üçün vaksinlərin alınması və istifadə üçün tövsiyələrimizi açıqlayacağıq. Bu günə qədər istifadə olunan vaksinlərdən razıyıq, çünki nəticələri çox yaxşıdır. Lakin izləməni bundan sonra da edəcəyik. Hansı vaksinin Azərbaycana gətirilməsindən asılı olmayaraq onun faydalı olacağını düşünürük. Zamanı gəldiyində də lazımi açıqlama da veriləcək”.
H.Harmancı hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyasının hazırlandığını xatırladıb:
“Biz də texniki dəstəyimizi veririk. ÜST-nin eksperti yaxın zamanda Azərbaycana gəlib öz dəstəyini verəcək. Strategiya tam hazır olduqdan sonra nə qədər vaksinin alınması məlum olacaq”.