![]() |
|
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi qeyd edib ki, oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır:
“Lakın son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür, 4 min civarında gündəlik yoluxma qeydə alınır. Bu, yaxşı xəbərdir. Karantin rejimi insanları yoluxdurmaqdan qorumaq üçündür. Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır. Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatım olmazsa ölə bilər. Bunu azatlmaq üçün tək yol insanların çox sayda bir yerə gəlməsinə mane olmaqdır”.
Bakı Ali Neft Məktəbinin Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsi Prezident İlham Əliyevə məktub ünvanlayaraq, Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması münasibətilə Ali Baş Komandana təşəkkürlərini bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, minnətdarlıq məktubunda 30 il davam edən işğala son qoyulmasında Ali Baş Komandanın yüksək idarəçiliyi və böyük sərkərdəlik məharəti ilə idarə olunan Silahlı Qüvvələrin doğma torpaqlar uğrunda böyük fədakarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdiyi vurğulanıb:
“44 gün davam edən müharibədə beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” sözləriniz xalqımızın haqq, ədalət uğrunda savaşının simvolu olaraq milli birliyimizi, bütövlüyümüzü və həmrəyliyimizi daha da gücləndirdi. Ali Baş Komandan kimi Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız”.
Tələbələr məktubda Prezident təqaüdünə layiq görülmələri ilə bağlı da Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar:
“Biz Vətən Müharibəsinin davam etdiyi günlərdə Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclər olaraq Sizin intellektual əsgərlərinizik”.
Tələbələr intellektual əsgərlər kimi Ali Baş Komandanın əmrini gözlədiklərini və onun bütün tapşırıqlarını canla-başla icra etməyə hazır olduqlarını bildiriblər.
Könüllü olaraq cəbhəyə yollanan igidlərimizdən biri də İsmayılov Sabirdir.
Trend məlumatına görə, Sabirabaddan olan Sabir döyüşlərdə iştirak etmək üçün çağırış məntəqəsinə 5 dəfə müraciət edib. Yaxınlarının sözlərinə görə, Sabir İsmayılov uşaq yaşlarından daim hərbçi olmaq və vətənə qulluq etmək arzusunda olub.
Atası Ədalət İsmayılov qeyd edir ki, oğlu iyul hadisələrində Polad Həşimov şəhid olan zaman könüllü adını hərbiyə yazdırmışdı. Vətən müharibəsi başlayanda da müharibədə iştrak etmək istəyən ilklərdən olub.
Anası Təranə İsmayılova bildirir ki, oğlu döyüşlərə getməmişdən qabaq ona deyib ki, vətən bizimdir və biz döyüşməliyik.
Bununla bağlı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb”, - o bildirib.
Nazir qeyd edib ki, erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Onun sözlərinə görə, bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq.
44 günlük Vətən Müharibəsi müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Bu savaşda igid oğullarımız gözünü qırpmadan ölümə meydan oxudu. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız öz canları-qanları ilə şanlı tariximizi yazdılar. Bu qəhrəmanlardan biri də Şamaxı şəhər sakini, 18 yaşlı şəhid əsgər Ziyad Zərbalıyevdir.
Baku TV xəbər verir ki, oxuduğu kolleci bitirsə də, hələ diplomunu almayan qəhrəmanımız üç ay idi hərbi xidmətə yollanmışdı.
Anası Pakizə Zərbalıyeva bildirir ki, Z.Zərbalıyev gərgin döyüşlərə qatılıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub:
“Hələ Ziyad hərbi xidmətə getməzdən öncə şəhidlik məqamından danışırdı. Övladlarımı halal zəhmətimlə, çətinliklə böyütmüşəm. Mənim üçün balam yaşayır, hələ balamın həyata keçməyən arzuları var idi, Vətən sağ olsun, Ziyad başımızı uca edib”.
Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Şamaxı şəhər Şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
“Qardaşım tək mənə qardaş olmayıb. Məndən bir yaş balaca idi . O mənə ata, dost, sirdaş olub. Atam avtomobil qəzası nəticəsində yaddaşını itirib, II qrup əlildir. Mən atamın bu cür xəstə olmasını qardaşım sağ ikən hiss etməmişdim. İndi görürəm ki, atam nə vəziyyətdədir".
Bu sözləri "Qafqazinfo" ya açıqlamasında 44 günlük Vətən müharibəsinin daha bir şəhid qəhrəmanı Oktay Səfərovun bacısı Günel Rəsulova deyir.
Şəhid bacısı qardaşının qayğıkeşliyindən ağız dolusuyla danışır. Onu mələyə bənzədərək elə mələk kimi də dünyadan köçdüyünü vurğulayır.
Qəhrəmanımız Vətən müharibəsinin ilk günlərindən sona kimi ön cəbhədə döyüşüb. 27 yaşlı Oktay Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək 32 döyüş yoldaşıyla birgə şəhidlik məqamına yüksəlib. Sonuncu dəfə ailəsiylə noyabrın 2-də danışıb. 16 gündən sonra ailəsi övladının nəşinə qovuşub. O, anadan olduğu Saatlı rayonunun Qaralar kəndində torpağa tapşırılıb.
G. Rəsulova bildirir ki, həm müharibədən qabaq, həm də döyüşlər vaxtı hər zaman qardaşıyla əlaqə saxlayıb: " Deyirdim "ay qaqam, deyirdi "can ay ürəyim". O heç vaxt mənim adımı çəkməyib. Təsəvvür edirsinizmi, belə bir qardaş idi. Heç vaxt valideynlərimin, mənim xətrimə dəyməyib. Sanki mələk idi, gəldi bu dünyaya və getdi. O ailəmizi necə sevirdisə, Vətəni də elə sevirdi. Məncə, o bizi belə kimsəsiz qoyub getmək istəməzdi. Mən sağlığında da onunla fəxr edirdim, indi də fəxr edirəm. Vətən sağ olsun. Amma kaş o da sağ olaydı. Hər birimizin dayağı o idi. Bundan sonrakı həyatımızı düşünmək çox çətindir. O bizim yanımızdadır, mən onu görürəm. Hər zaman da qəlbimizdə yaşayacaq. Arzumuz odur ki, onun xatirəsi daim yaşasın. Hamı onu tanısın".
G.Rəsulova qardaşı üçün nişan hazırlıqlarına başladıqlarını da diqqətə çatdırıb: "Sevdiyi bir qız var idi. 6 il idi ki bir- birlərini sevirdilər. Virusa görə nişan məsələsini təxirə salmışdıq. 6 illik sevdiyi insanı Allah ona qismət etmədi. Hər dəfə nişan məsələsi gündəmə gələndə kimsə rəhmətə gedirdi, ya da başqa problemlər çıxırdı. Sonuncu dəfə Türkiyədən qayıdanda sevdiyi qızın anası rəhmətə getdi. Elə bir ağır durumdan sevdiyini çıxartdı. Həmin qızın atası da rəhmətə getmişdi. O da bizim ailəmizin bir üzvüdür. Hər gün bir-birimizlə maraqlanmışıq. Doğma bacım kimidir. Qardaşım ailə qursaydı, çox xoşbəxt olacaqdı. Mənim övladlarıma elə bir dayıdır ki, təsəvvür edə bilmirəm ki, onun öz uşaqları olsaydı, o necə bir ata olardı.
Mən ailə quranda qardaşımın 20 yaşı olardı. O mənə atalıq etdi, 2 il dayanmadan işləyib bütün cehizlərimin kreditini ödədi. Mən onun mənə etdiklərinin bir faizini də olsa qaytara bilmədim.
Tovuz hadislərində, aprel döyüşlərində şəhid olanların hamısına bir- bir ağlamışdım. Sanki mən də bunu yaşayacaqmışammış kimi. Allaha yalvarırdm ki, bizə bunu yaşatmasın. Amma indi necə dözürük anlaya bilmirəm. Yəqin ki həyatda qalan ailəmizə görə ayaqda dururuq".
Şəhid anası Zülfiyə Səfərova da övladı barədə danışmağın çətin olduğunu vurğulayır:
"Sentyabrın 21-də təlim adıyla apardılar. Noyabrın 7-də Şuşa istiqamətində döyüşlərdə 32 nəfər döyüş yoldaşı eyni anda şəhid olub. Komandirləri də onlarla bərabər şəhid olub. Rayonumuzun uşaqlarından da yanında heç kim olmayıb. Ona görə də biz onun qəhrəmanlıqları haqqında kimdənsə hələ nəsə öyrənə bilməmişik. Səfərbərlikdən dedilər ki, Şuşada xüsusi təyinatlılarla birgə onlar da döyüşürmüş. Zəngilan, Qubadlı, Füzuli, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. Baş atıcı olduğuna görə həmişə ön cəbhədə olub. Sonuncu zəngimiz noyabrın 2-də olub. Ona kimi hər gün demək olar ki danışmışıq. Çətinlikləri barədə bizə deməzdi. Bir sonuncu zəngdə bizə dedi ki, döyüşə girdik, yaralananlar oldu. Ayın 2-dən 18- nə kimi məlumat ala bilməmişik.Elə uşaq idi ki heç cür məni xəbərsiz qoymazdı. Artıq ayın 11-dən mən narahat oldum. Hər yerdə onu axtardım. Noyabrın 18-də nəşini Füzuli rayon Diaqnostika Mərkəzində tapdıq. Ayın 19-da kənddə dəfn etmişik.
Bacılarının ikisi də ailəlidir. Oktay çox mehriban, qayğıkeş, ağıllı bir balaydı. Savadlı idi, ancaq ali məktəbə daxil olmaq ona qismət olmadı. 11-ci sinfi bitirəndə 5 balı universitetə girməyə çatmadı. Daha sonra Şirvanda Araz kurslarına qoyduq. Orada sınaq imtahanlarında 500-dən yuxarı bal yığdı. 9 ay hazırlaşdı, ancaq hərbi komissarlıq əsgərliyə görə möhlət hüququ vermədi. Ona görə hərbi xidmətə getdi. Planlamışdı ki, yanvarda gəlib yenidən hazırlaşacaq. Əsgərlikdən gəlməyinə 4 ay qalmış atası qəzaya düşdü. Qabırğası sındı, yaddaşı itdi. Bütün ailənin yükü onun çiyinlərinə düşdü, ona görə təhsil ala bilmədi. 1 il yol idarəsində işlədi, sonra Bakıda tikintidə, 3 il də Türkiyədə yaşayıb işlədi. 2019- cu ilin dekabrında evləndirmək məqsədiylə gətirdim. O da virus ortaya düşdü. 6 illik sevgisi, bir çox şeyi yarımçıq qaldı. Onun nişan hazırlıqlarının hamısını etmişdik".
Günel Türksoy
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.
Bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirib, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb:
“Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər keçirilir.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Faəliyyət Planına uyğun olaraq keçirilən onlayn dərslərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dərslərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumatlar verilir.
Xalqımızın Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin nəzərinə çatdırılır. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanır.
Dərslərdə II Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Gəncə və Bərdədə dinc əhaliyə qarşı törədilən terror aktlarından da bəhs edilir.
Düşmən üzərində qalibiyyət qazanan Azərbaycan ordusunun igid əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyi bildirilir. Vətən üçün döyüşən qəhrəmanların bəzilərinin şəhidlik zirvəsinə ucaldığı, bəzilərinin isə müxtəlif xəsarətlər aldığı haqda şagirdlərə məlumatlar verilir.
Onlayn dərslərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyir, şəhidlərə həsr olunmuş mahnılar ifa edirlər. Həmçinin, şagirdlərin əl işlərindən və rəsmlərdən ibarət onlayn sərgilər təşkil olunur.
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.
Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
“Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.
Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər”, - deyə qurum bəyan edib.