![]() |
|
"Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var. Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın".
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Vahid Əhmədov bu gün parlamentin iclasında deyib.
O bildirib ki, banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər: "Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 700-dən çox şəxsi növbədənkənar özünüməşğulluq proqramına cəlb edib.
"Qafqazinfo" xəbər verir ki, onlardan 450-ni şəhidlərin, 180-ni yaralanmış hərbçilərin ailə üzvləri, 35-ni müharibə iştirakçıları və b. təşkil edir.
Proqrama cəlb edilən şəxslərdən artıq 330 nəfərinə mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılıb. Qalanlarının da aktivlərlə təminatı, habelə bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi işləri davam edir.
Həmçinin erməni terroru nəticəsində evləri dağılmış 25 şəxs üçün də son günlərdə özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələr yaradılıb.
Eyni zamanda, Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 100 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib.
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bağlı daha bir açıqlama yayıb.
"Qafqazinfo" həmin məlumatı təqdim edir:
Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.
Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.
İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.
“Qafqazinfo” sözügedən videoreportajı təqdim edir:
Müdafiə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Sarıcallı kəndindən görüntülər yayıb.
“Qafqazinfo” sözügedən videoreportajı təqdim edir:
“Oğlumla danışmasam da, onun Bakıda olduğu barədə məlumatım var”.
Bunu oxu.az-a açıqlamasında Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov bildirib.
Onun sözlərinə görə, B.Kərimovun Bakıya gətirilməsi barədə onlara rəsmi qurumlardan kimsə məlumat verməyib:
“Əsirlərlə bağlı xəbəri gördükdən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladıq və bildirildi ki, oğlum artıq Bakıdadır. Hələ biz danışmamışıq. Oğlumla birlikdə əsir düşən Amin Musayev ailəsi ilə danışan zaman onlara deyib ki, Bayram mənimlə birlikdə Bakıdadır. Aminin ailəsi zəng etdi və məlumatı mənə çatdırdı”.
Y.Kərimov qeyd edib ki, hazırda oğlu ilə bağlı xəbər gözləyir.
Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşüblər.
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov açıqlamasında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında əsirlərin mübadiləsi həyata keçirilib.
Onun şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndinin Günəşli kəndi adlandırılması barədə layihəyə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, təklif edilir ki, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilsin. Layihə səsə qoyularaq qəbul edilib.
Təhsil naziri Emin Əmrullayev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunan onlayn konfransda iştirak edib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.
Nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. report
Dekabr ayının 15-də “Qaz İxrac” İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12,3-cü km-də təmir işləri aparılacaq.
Bunu "Ölkə.Az"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
O bildirib ki, 08.12.2020-ci il tarixində yük maşını tərəfindən zədələnmiş kəmərin 6 metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb:
"Bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli durum yaşana bilər. Buna görə də 15.12.2020-ci il tarixində səhər saat 09:00-dan işlər başa çatanadək bir neçə Qaz Paylayıcı Stansiyadan (QPS) qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir. Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibi Heybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin qaz təminatında qısa fasilələr olacaq".
COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq.
Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir: “Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri bitdikdən sonra növbəti mərhələ kütləvi istehsalın başlanılması və ölkələrə paylanılmasıdır. Vaksinlərin paylanması, hansı ölkəyə nə zaman çatacağı - bütün bunlar uzun bir prosesi əhatə edir".
N.Mustafayeva bildirib ki, Azərbaycanın ölkəyə gətirdiyi peyvəndlər qrip əleyhinədir:
“Bu vaksinasiya insanlar koronavirusa yoluxarkən əlavə olaraq qripə də yoluxmasın deyə edilir ki, bununla da səhiyyənin yükü azaldılır. Bu təhlükənin qarşısının alınması üçün ölkəyə kütləvi şəkildə belə peyvəndlər gətirildi. Yaş faktoru nəzərə alınmaqla hər kəs, xüsusilə xroniki xəstəliyi olanlar sahə poliklinikalarına müraciət edərək peyvənd oluna bilər".
N.Mustafayeva əlavə edib ki, hazırda vaksin olmadığı üçün insanlar tibbi maskadan düzgün istifadə etməlidirlər. Əgər maskadan düzgün istifadə edilərsə, o, insanı virusdan qoruya bilər:
"Biz hər zaman maskanın üst səthini infeksiyalaşmış kimi qəbul etməliyik. Biz maska istifadə etdikdə onun xarici səthi infeksiyalaşır. Hər kəs müşahidə edir ki, maskanın çantada, cibdə gəzdirilməsi halları olur. Bu kimi hallar infeksiyanın maskaya, oradan isə ələ, gözə keçməsinə səbəb olur”.
N.Mustafayeva qeyd edib ki, maska istifadəsi ilə yanaşı əl gigiyenasına, respirator gigiyenaya da əməl edilməlidir.
Pandemiyadan qorunmaq üçün son vaxtlar daha çox istifadə edilən parça maskalar qoruyuculuq keyfiyyəti baxımından bir sıra suallar doğurur.
Mütəxəssislər deyirlər ki, belə maskaların hazırlandığı şərait və ya tikilərkən istifadə olunan materialın qoruyuculuq xüsusiyyəti hər hansı bir sertifikatla təsdiqlənmədiyi üçün insanlar diqqətli olmalıdırlar.
Xezerxeber.az məlumatına görə, həkim-infeksionist Hicran Xıdırova deyib ki, parça maskalardan istifadə zamanı önəmli olan onların düzgün taxılması və istifadə müddətidir. Çünki bəzi vətəndaşlar parça maskalardan günlərlə istifadə edirlər. Halbuki heç bir maskanı uzunmüddətli istifadə etmək olmaz.
Hicran Xıdırova onu da əlavə edib ki, əgər vətəndaş özünün tikdiyi maskanı yuyub istifadə edirsə, bu zaman müəyyən dezinfeksiya qaydalarına əməl etməlidir.
Qeyd edək ki, sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər də səsləndirilib. Bu fikirlər əhali arasında narahatlıq yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sözügedən iddiaların əsassız olduğunu deyib.
Qurum rəsmisi bildirib ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.