![]() |
|
Ağ çörəkdən və ya ələnmiş ağ undan istifadə qanda şəkərin səviyyəsini kəskin artıra bilər.
“Report” xəbər verir ki, belə xəbərdarlıqla Rusiyanın tanınmış dietoloqu Mixail Qinzburq “Svezda” telekanalına müsahibəsində çıxış edib.
Mütəxəssisin sözlərinə görə, ağ çörəkdə az qida lifi var. Buna görə nişasta tez parçalanır, qlükoza isə tez hopur. Bundan sonra "metabolik dalğa" yaranır.
"Çoxlu şəkər, çoxlu insulin tez düşür və yenidən yemək istəyirsən. Qanda şəkər tez düşür, deməli, o, toxumalarda çox qalır, amma bu, zəhərli təsirdir”, - o telekanala bildirib.
Qinzburq qeyd edib ki, tez qocalma, "yaş xəstəlikləri"nin yaranması və diabet bu dalğa ilə əlaqələndirilir. Bununla əlaqədar olaraq çovdar buğda və çovdar çörəyi daha faydalıdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.
Məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.
"Ölkə.Az" avtosfer.az-a istinadən fotonu təqdim edir:
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. İclasda Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.
Oxu.az xəbər verir ki, sədr 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.
V.Gülməmmədov 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb. 1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub.
2007-2009-cu illərdə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri, 2009-2013-cü illərdə isə İnvestisiyalara nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.
22 Noyabr 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında məsələyə baxıb.
Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişi məlumat verib.
Komitə sədri Hesablama Palatası sədrliyinə Vüqar Gülməmmədovun namizədliyini irəli sürüb.
Məsələ səsə qoyularaq qəbul edilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bu etimada görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.
Milli Məclis “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələyə baxıb.
Ölkə.az xəbər verir ki, məsələni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.
Komitə sədri bildirib ki, Azərbaycan öz ərazilərinin azad edilməsi üçün apardığı müharibə nəticəsində torpaqlarımız işğaldan azad edilib və 28 ildən sonra ərazi bütövlüyümüz təmin edilib.
Z.Əsgərov əlavə edib ki, məsələ onun sədr olduğu komitədə də müzakirə edilib və “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” prezident fərmanının ciddi əsasları olduğu qənaətinə gəlinib.
Komitə sədri deputatları bu məsələni dəstəkləməyə çağırıb.
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Ölkə.az xəbər verir ki, iclasda 12 qanun layihəsi müzakirə edilir.
Spiker Sahibə Qafarova ötən gün Azadlıq Meydanında keçirilən Zəfər hərbi paradı haqqında danışaraq Azərbaycanın bu müharibədə qalib gəldiyini elan edib.
O, qələbə paradı münasibəti ilə hər kəsi təbrik edib.
Mürtəza Bünyadlı
Xəbər verdiyimiz kimi, Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiya nümayiş olunub.
"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, instalyasiya sosial şəbəkələrdə maraqla qarşılanıb və günün ən çox paylaşılan şəkli olub.
Məlumat üçün bildirək ki, bu, Heydər Əliyev Fondunun ideyası olub. Fondun sosial şəbəkə hesablarında qeyd olunub:
"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhfəsi. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan "Qarabağ Azərbaycandır!" şüarı ilə bir daha bəyan edilir".
Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.
44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb.
Report xəbərinə görə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.
Onun sözlərinə. görə, KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər: "Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub".
M.Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər: "27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda vəziyyətləri normaldır. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi- ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub. Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir Şəhid olan həmkarlarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!".
O deyib ki, cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.
"Əgər sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl olunsa, 2 həftəyə yoluxma sayında azalma müşahidə edilə bilər".
Bu sözləri redaktor.az-a həkim-radioloq Aydın Əliyev xüsusi karantin rejimi ilə bağlı danışarkən deyib. O, vətəndaşları qaydalara əməl etməyə çağırıb:
"Çox təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargah məcbur qalaraq, ölkə ərazisində sərt karantin rejiminin tətbiqinə qərar verib. Çünki yoluxma sayının qarşısını almaq üçün başqa variant yoxdur. Düşünürəm ki, sərtləşdirilimiş karantin rejiminin yoluxma sayının azalmasında müəyyən qədər xeyri olacaq. Lakin yaxın bir neçə gün ərzində azalma gözləmək olmaz. Yoluxma sayında azalmanın olması üçün minimum 2 həftə vaxt lazımdır. Amma təbii ki, xüsusi karantin rejiminin effekt verməsi üçün birinci növbədə karantinin şərtlərinə əməl etmək lazımdır. Əgər şərtlərə əməl olunmasa, hansısa müsbət nəticə gözləmək olmaz".
Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.
Xəbərdarlıqda deyilir:
“Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.
Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.