![]() |
|
Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə biləcəklər.
Bununla bağlı Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu protokol imzalayıb.
Yaxın zamanda ölkələr arasında gediş-gəliş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq.
Bakıda və Abşeron yarımadasında dekabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dekabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçiriləcək Zəfər Paradı ilə bağlı video paylaşıb.
O, “Twitter” hesabından etdiyi paylaşımında qeyd edib ki, “Zəfər Paradı tezliklə başlayacaq”.
H.Hacıyev eyni zamanda, bugünkü şanlı tarixi də paylaşımına əlavə edib.
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.
Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.
Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.
Azərbaycan ordusunun düşmən üzərində qazandığı tarixi qələbənin nümayişi olan Zəfər paradı dünyanın diqqət mərkəzindədir.
Türkiyənin nüfuzlu “Haber Global” telekanalı parada həsr olunmuş xüsusi buraxılış yayımlayıb:
Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün parlamentdəki çıxışında Cənubi Qafqazdakı vəziyyətə və Dağlıq Qarabağda atəşkəs rejiminin izlənilməsinə dair razılaşmalardan danışıb.
Akar Türkiyə və Rusiya ortaq atəşkəsə nəzarət Birgə Mərkəzinin tikintisinin davam etdiyini bildirib.
“Atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir”,- deyə nazir vurğulayıb.
Akar qeyd edib ki, Türkiyə və Rusiya Prezidentləri atəşkəs şərtlərini müzakirə edərək Dağlıq Qarabağda atəşkəsin effektivliyinin təmin olunmasına öz töhfələrini veriblər.
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhramanı" adı verildi, bir qrup hərbi qulluqçu isə "Zəfər" və "Qarabağ" ordeni ilə təltif olundu.
Trend xəbər verir ki, təltif olunmalar bununla yekunlaşmır. Bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular təltif olunacaqlar.
Qələbəyə görə veriləcək medalları təqdim edirik:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı:
“YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumat əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən və mobil tətbiqindən istifadə etməklə Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilib.