![]() |
|
Bakıda eyni anda iki yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumatına görə, hadisə Moskva prospekti, "20 Yanvar" dairəsi istiqamətində qeydə alınıb. Hazırda sözügedən istiqamətdə sıxlıq müşahidə olunur.
İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, Binəqədi rayonunda “Gloriya İstirahət Mərkəzi”ndə, “Kafe Həkəri”də, “Eyforiya İstirahət Mərkəzi”ndə, “Bulaq Restoranı”nda, “Xan Dönər”də, Qaradağ rayonunda “Seymur Market”də, “Elit Çay Evi”ndə, “Kainat Kafesi”ndə, “ABU Petrol” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində, “G.E.Petrol” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində, Xətai rayonunda "Ferruni Mebel Mağazası”nda, “R and F Studio” xidmət obyektində, “Elegant Pərdə-Tül Mərkəzi”ndə, “Tatlı Kafe”də, “Tural Kafe”də, “Faxralı Kafe”də, “Napoli Restoran”da, Səbail rayonunda “Starmart Ərzaq” mağazasında, “Kafe 2”də, “Kafe Addio”da, “Qoç Ət Fast Food”da, “Pizza İNN Kafe”də, “Novikov Restoranı”nda, “Araz Kafe”də, “Namlı kabab”da, “Ciz Bizz Kafe”də, “E Dental Klinika”da, Suraxanı rayonunda “Xəzər Market”də, “Tamerlan Market”də, “RN İnşaat” mağazasında, “Hövsan Ticarət Mərkəzi”ndə, “Al Market”də, Sabunçu rayonunda “Mehri Shop”da, “Bolnisi Kafesi”ndə, “Parkda Kafe”də, “Qafqaz Kafe”də, Nəsimi rayonunda “Ukrayna Məhsulları” mağazasında, “Şeyla Market”də, “Böyük Fırat” restoranında, “Başkənt Restoran”da, “Künəfə Restoran”da, “Lokma Kafesi”ndə, Nərimanov rayonunda “Elit Market”də, “GOMAŞ Avto Ehtiyat Hissələri Mağazası”nda, “ESPA Tikinti Mağazası”nda, “Akustika Musiqi Alətləri” pərakəndə ticarət obyektində, “Bakı Restoranı”nda, “Orman Restoranı”nda, Yasamal rayonunda “Zəka Məktəb Ləvazimatları Satışı Mağazası”nda, “Fatima Aptek”də, “The Lodge Kafe”də, Nizami rayonunda Firdovsi Abdullayevə, Əsmiyyə Əliyevaya, Yasin Xəlilova, Vilayət Yaqubova, Xəlil Əsgərova, Murat Seymenə məxsus mağazalarda, Xəzər rayonunda “Emil Market”də, “Buta Geyim Mağazası”nda, “Qəbələ Kafesi”ndə, “Kafe "Zeytun"da, “Şuşa Restoranı”nda, “Meduza Restoranı”nda, “Karaella Restoranı”nda, Gəncə şəhərində "Qala İnşaat” İnşaat Materialları Mağazası"nda, “Rusif İnşaat” mağazasında, “İstanbul Shopping” ticarət obyektində, Faiq Qurbanova, İsmayıl Quliyevə məxsus mağazalarda, “Mersin Tantuni Şaurma”da, Sumqayıt şəhərində “Sumqayıt Şəhəri Elmar Market”də, "Dalğa Kafesi"ndə, “Restoran Diana”da, Fazil Rüstəmova məxsus mağazada, Mingəçevirdə Anar Abdullayevə məxsus mağazada, Cahangir Abdullayevə məxsus “Çayxana”da, Ruslan Cabbarova məxsus kafedə, Abşeron rayonunda “Həyat Su” mağazasında, Ceyhun Novruzova, Nuranə Yusifovaya məxsus mağazalarda, Xaçmaz rayonunda “Xudat Restoranı”nda, Elçin Süleymanova, Cəmilə Bayramovaya məxsus mağazalarda, Yevlax rayonunda Əfsəl Bəxtiyarova, Hüseyn Əhmədova, Nəsimi Niyazova məxsus mağazalarda, İsa Bədəlova məxsus “Çayxana”da, Anar Rəşidzadəyə məxsus mağazada, Bərdə rayonunda “Jalə Market”də, Sənan Seyidova məxsus kafedə, Vüqar Novruzova, Valeh Musayevə məxsus mağazalarda, Masallı rayonunda Fərrux Əşrəfzadəyə, Rahman Rəhmətova məxsus mağazalarda, Cəlilabad rayonunda Xəzər İsayevə, Miryusif İsayevə məxsus mağazalarda, Salyan rayonunda Səid Cavadova, Həzrət Salmanova məxsus pərakəndə ticarət obyektlərində, Goranboy rayonunda “Goranboy Elektroniks” mağazasında, Göygöl rayonunda Hidayət Kazımova məxsus ictimai iaşə obyektində, Mübariz Salahova məxsus mağazada, ümumilikdə, monitorinq aparılmış 6652 obyektin 542-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Qeyd edilib ki, nöqsanlara yol vermiş subyektlər barədə İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.
“Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların dezinfeksiyasını davam etdirir.
Bu ilin əvvəllərindən dünyada yayılmış kəskin respirator virusla (COVID-19) əlaqədar qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb və həftəsonu - ictimai nəqliyyatın işləmədiyi günlərdə bütün avtobuslar ixtisaslaşmış və müvafiq lisenziyalı şirkət olan “GM Prophylactic Disinfection” tərəfindən dezinfeksiya olunur. Dezinfeksiya prosesində sərnişinlərin təmas etdiyi bütün hissələr, eləcə də tutucaqlar, oturacaqlar, qapılar və sürücü kabinaları xüsusi maddə və məhlullar vasitəsilə təmizlənir.
Beləliklə hər həftənin şənbə-bazar günləri ərzində şirkət tərəfindən ümumilikdə 250 avtobusun dezinfeksiyası qaraj şəraitində təmin edilir.
Qeyd edək ki, pandemiyanın başladığı ilk günlərdən şirkət tərəfindən mobil qruplar da yaradılıb. Qrup üzvləri kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında sonuncu dayanacaqlarda avtobusların əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə silirlər.
Bütün proses Azərbaycan Respublikasının “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” qanunvericiliyinə, “İctimai nəqliyyatda koronavirus infeksiyasinin (covid-19) profilaktikasina dair metodiki göstərişə” uyğun olaraq təşkil edilir.
Bununla bərabər həmin dönəmdə virusun olmadığını israr edən kütlə də var idi. Yoluxma sayı çoxaldıqca, ailə üzvləri koronavirusa yoluxduqca bu düşüncədə olan adamların da sayı azalmağa başladı. Yəni bu gün insanlar həm xəstəliyin təhlükəsini, həm də ondan qorunmağın yollarını mənimsəyiblər.
Qeyd edək ki, artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib. Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən qadağalar aradan qaldırılacaqmı?
Millət vəkili Fazil Mustafa hesab edir ki, sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır: “Rayonlara gediş-gəlişi bərpa etmək də vacibdir, yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. Məsuliyyətli insanlar yenə də qorunacaqlar. Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı".
F.Mustafa futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib: “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır. Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.
İnfeksionist Nəzrin Mustafayeva bildirib ki, karantin qaydalarının tamamilə aradan qaldırılması bu gün üçün real deyil: “Çünki həm dünya statistikasına nəzər salsaq, həm ölkədəki gedişatı analiz etsək görərik ki, bugünədək rəqəmlərimizi bu formada saxlamağımızın səbəbi məhz karantin qaydalarına riayət olunma ilə bağlıdır. Əhalinin 70 faizi qaydalara normal riayət etsə - maska taxsa, sosial məsafəni saxlasa, gigiyena qaydalarına riayət etsə, karantin rejimi də aradan qaldırıla bilər. Amma müşahidə edirik ki, ən sərt karantin rejimində belə bu qaydaları pozanlar var idi. Bütün cərimələrə baxmayaraq insanlar öz sağlamlığını düşünmədən ictimai nəqliyyatda və digər sıxlıq olan məkanlarda adi bir maskadan istifadə etmədilər. Biz bu şərtlərlə karantin rejimini necə ləğv edə bilərik?!
Təbii ki, bunun başqa bir tərəfləri də var. Əlbəttə, bu fikirləri həkim kimi insanların sağlamlığı baxımından deyirəm. Amma sosial, iqtisadi problemlər var ki, mən bu sahələrə toxunmaq istəmirəm. Ümumiyyətlə isə bu sahələrdə yaranan problemlərə görə müəyyən yumşaldılmalar tətbiq edilir. Təbii ki, ömür boyu karantin rejimi də davam edə bilməz. Bu balansı qorumaq şərtilə bir tərəfdən əhalini maarifləndirməklə, onlara vəziyyəti düzgün çatdırmaqla yumşalmalar ola bilər”.
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, ölkədə yoluxma sayı sıfıra endiriləndən sonra karantin rejiminin ləğvindən danışmaq olar: “Bu haqda dəqiq proqnoz vermək mümkün deyil. Yoluxma sayı ilə bağlı rəqəmlər gah artır, gah azalır, təhlükə hələ də var. Ona görə də biz arxayın olmalı deyilik. Birmənalı şəkildə insanların çox toplaşdığı, qapalı yerlərdə, avtobuslarda, hətta dayanacaqlarda tibbi maskalardan istifadə olunmalıdır. Sosial məsafə qorunmalıdır. İnsanlar da vacib olan gigiyenik qaydalara riayət etməlidirlər. Bu şərtlərə o vaxta qədər əməl etməliyik ki, Azərbaycanda koronavirus yoxa çıxsın”.
F.Ağamalı onu da əlavə edib ki, qaydalara əməl edilməklə bəzi qadağalar aradan götürülə bilər: “Kütləvi tədbirlər - yas mərasimləri tibbi maskalardan istifadə etməklə, məhdud sayda insanların iştirakı ilə keçirilə bilər. Toylarla bağlı qaydalar işlənməlidir, 300-400 nəfər iştirak etməyə bilər. Ancaq məsafə gözlənilməklə az sayda insanın iştirakı ilə toy mərasimləri bərpa oluna bilər. Lakin bərpa olunandan sonra toy sahibləri hökmən şadlıq saraylarının rəhbəri, heyəti ilə karantin qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Amma məktəblərdə onlayn sistem tətbiq olunmalıdır. Körpələri maska ilə də təmin edə bilərik, gigiyena qaydalarına da əməl oluna bilər, amma məktəblərdə sosial məsafəni saxlamaq mümkün deyil. Bu ali məktəblərə də aiddir. Əgər istəyiriksə ki, az itki verməklə bu mübarizədən uğurla çıxaq, xalqımızın sağlamlığını təmin edək, hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti başa düşüb ona əməl etməlidir. Sadəcə anlamaq lazımdır ki, böyük bir müharibənin, bəlanın içərisindəyik".//“Yeni Müsavat”
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, mərhələli şəkildə açılmalara gedilir, növbəti məqama keçidlə bağlı qərarlar qəbul edilir: “Vətəndaşların ictimai fəallıq və qaydalara nəzarət etməsindən asılı olaraq növbəti vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.
Dəyişikliklə "Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödəniləcək.
Bəs, mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?
Millət vəkili Razi Nurullayev bağlı Redaktor.az-a bildirib ki, rayonlara gediş-gəliş bərpa olunmalıdır:
“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Artıq demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Amma düşünürəm ki, bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.
Deputat qeyd edib ki, insanların psixoloji durumu çox ağırdır, hər kəs gərginlik içindədir:
“Qərar veriləndə, bu da nəzərə almalıdır. Fikrimcə, hazırkı durumda rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı durum bizdən çox ağırdır, amma orada artıq məktəblər açılıb.
Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”.
“Digər tərəfdən dövlətin qərarlarını da anlayışla qarşılamaq lazımdır. Onlar üçün də önəmli olan insanların sağlamlığıdır”-deyə, millət vəkili fikirlərinə əlavə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən 24 nömrəli marşrutun metronun “Nəriman Nərimanov” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz - Ağa Nemətulla - Yusif Vəzir Çəmənzəminli - Əziz Əliyev küçələri ilə təşkil olunub.