![]() |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən 24 nömrəli marşrutun metronun “Nəriman Nərimanov” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz - Ağa Nemətulla - Yusif Vəzir Çəmənzəminli - Əziz Əliyev küçələri ilə təşkil olunub.
Əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb
Goranboyda gecə yarısı başlayan yağış səhər saatlarında güclü selə səbəb olub. https: “Baku” TV bildirir ki, təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb.
Təbiət hadisəsi zamanı Bakı – Qazax avtomagistralının Goranboy rayonu ərazisində yerləşən körpünün ətrafı sel suları ilə dolub. Avtomobillərin hərəkətində çətinlik yaranıb.
Rayonun Goran qəsəbəsi ərazisidən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş – gəlişində çətinlik yaradıb.
Güclü yağış nəticəsində yaranan sel Goranboyun Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil,qatının altında qalıb.
Təbiət hadisəsi zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyatı qurumlar yolda təmizlik işləri aparıb.
Gecə saatlarında başlayan yağış nəticəsində Goranboyun Boluslu və bir neçə kəndində elektrik enerjisinin verilişi də dayanıb.
Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalıb.
Bu gün hər kəsi düşündürən məsələ dərslərin hansı formada keçiriləcəyidir. Qeyd edək ki, bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Ənənəvi və qarışıq. Yəni Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Sentyabrın 15-dən dərslərin hansı formada keçirilməsi nəzərdə tutulur? Yeni tədris ili ilə bağlı hansı qaydalar hazırlanır?
Konkret.az-ın bununla bağlı sualını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verəcək:
“Bizim tərəfimizdən yalnız lazım olan sənədlər hazırlana bilər. Brifinqdə səsləndirildiyi kimi bu və digər məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. Bütün təkliflər barəsində araşdırılır. İstənilən halda qərarları gözləmək lazımdır”.
"Ölkə.Az" xəbər verir ki, Oxu.Az-ın müxbiri pandemiya dövründə hotellərin hansı qaydalarla fəaliyyəti və qadağların tətbiqi ilə maraqlanıb.
“Baku” hotelin icraçı direktoru Ülviyyə Süleymanovanın sözlərinə görə, hoteldə Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı tətbiq etdiyi karantin qaydalarına tam əməl olunur:
“Bu dövrdə “Baku” hoteli fəaliyyətini mehmanxanalar üçün xüsusi metodiki göstərişlərə əsasən təşkil edib. Hotelə daxil olan qonaqların, eyni zamanda, işçilərin hərarəti yoxlanılır. Hotelin restoranında masalar arasındakı ara məsafə iki metr müəyyən edilib.
Ailəvi gələn qonaqlar istisna olmaqla, hər stolda iki nəfərdən artıq müştərinin oturmasına icazə verilmir. Həmçinin, hoteldə sosial məsafənin qorunmasına da diqqət yetirilir”.
Ü.Süleymanova əlavə edib ki, hoteldə qonaqlayan şəxslər səhər yeməyi zamanı özünə xidmətdən istifadə etmir:
“Əməkdaşlarımız tərəfindən qonaqlara xidmət göstərilir. Bu, müştərilərin orada olan qablara toxunmaması üçün alınmış qərardır. Beləcə, təmas da az olur. Hər bir əməkdaşımız maska, əlcəklə təmin olunub. Karantin qaydalarına əməl edilir”.
İcraçı direktor bildirib ki, pandemiya dövründə zərərçəkən hotellər siyahısında olmayıblar:
“Həmin müddətdə hotelimiz fəaliyyətə başlamamışdı. Yeni fəaliyyətə başladığımız üçün bu şəraitə əsasən iş strukturu qurulub, o struktur üzərində fəaliyyət göstərməyə çalışırıq. Bunun üçün maliyyə itkisi yaşamadıq, əsas itkimiz vaxt oldu. Yumşaldılma qərarlarından sonra hotelimiz fəaliyyətə başladı.
Qeyd etdiyim kimi, hazırkı vəziyyəti nəzərə alaraq, müvafiq qaydalar çərçivəsində fəaliyyət göstərməyə çalışırıq”.
“Gabala Hospitality Group”un Group PR və Marketing meneceri Ceyhun Yəhyayevin sözlərinə görə, koronavirus pandemiyası dövründə hotellər şəbəkəsi fəaliyyətini mehmanxanalar üçün xüsusi metodiki göstərişlərə əsasən bərpa edib:
“Hotellərin əsas girişində qonaqların qarşılanması zamanı onların temperaturu ölçülür, sosial məsafə ilə bağlı döşəmələrdə xüsusi nişanlar vurulub. Qeydiyyat şöbəsinə yaxınlaşanlar ödənişsiz şəkildə maskalarla təmin edilir”.
C.Yəhyayev bildirib ki, hotellərdə səhər yeməyi zamanı qonaqların özlərinə xidmət etməsinə şərait yaradılmır:
“Əməkdaşlarımız qonaqlara xidmət göstərirlər. Qonaqlarımız orada yerləşən qablara toxunmurlar. Bunu əməkdaşlarımız əlcəklər vasitəsilə yerinə yetirirlər. Masalararası məsafə iki metr, stolda əyləşən insanlar arasındakı məsafə isə bir metr müəyyən olunub. Bu qaydalara daim riayət edilir”.
“Hər gün əməkdaşlarımızın temperaturu ölçülür, hərarəti yüksək olanlar hotel ərazisinə buraxılmırlar. Biz otaq təmizliyində də dezinfeksiya məhlullarından istifadə edirik. Gün ərzində mütəmadi olaraq ictimai ərazilər dezinfeksiya edilir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, pandemiya ilə bağlı sərt karantin rejiminin yumşaldılması regionda yerləşən hotellər üçün dəyişikliyə səbəb olmayıb:
“Bildiyiniz kimi, “Qafqaz” hotellər şəbəkəsi yalnız Qəbələ regionunda fəaliyyət göstərir və sərt karantin rejimində son yumşaldılmalar bir çox sahəni əhatə etsə də, Bakı və regionlararası gediş-gəliş bərpa olunmadığı üçün bu, bizim biznesimizə təsir etməyib. Şəhərlərarası gediş-gəliş açılarsa, canlanmadan danışa bilərik”.
C.Yəhyayev əlavə edib ki, pandemiya dövründə “Qafqaz” hotellər qrupu gəlirlərdə 90 faiz itki ilə üzləşib:
“Sahibkarlara verilən yardımlar zərərin dörd faizini qarşılayıb”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda karantin tətbiq olunan gündən ölkədə yerləşən mehmanxanaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb:
“Amma hotellər qonaq olmaması səbəbindən fəaliyyəti dayandırmışdılar. Eyni zamanda, sərt karantin rejimi tətbiq olunan rayonlardan hotellərin sahibləri bizə şikayət ünvanlayırdı ki, Daxili İşlər Nazirliyinin əməkdaşları, icra hakimiyyətinin nümayəndələri hotellərin fəaliyyət göstərməsinə icazə verməyiblər.
Əsasən, Xaçmaz, Nabran, Xudat tərəfdən bizə müraciətlər daxil olub. Yəqin ki, səbəb epidemioloji vəziyyətlə bağlı olub, amma qanuni səviyyədə belə bir qadağa tətbiq edilməyib”.
S.Dübəndi qeyd edib ki, hotellərin işləməməsinin səbəblərindən biri də hər zaman qonaqların daha çox xaricilər olmasıdır:
“Əksər hotellər istiqamətlərini turistlər üzrə götürmüşdülər. Sərhədlər bağlıdır, beynəlxalq uçuşlar yoxdur və Azərbaycana turist gəlmədiyi üçün işləyə bilmirlər. Çünki həmin dövrdə onlar fəaliyyətlərini davam etdirsəydilər, işçilərə məvacib və əlavə xərclər ortaya çıxırdı”.
Ekspert hazırda ölkədə fəaliyyət göstərən restoranların vəziyyəti ilə bağlı da danışıb:
“Bu biznes artıq məhv olmaq üzrədir. Restoranlarla bağlı vəziyyət çətindir. Ər-arvad restoranda yanbayan otururlar və cərimələnirlər. Bu, düzgün deyil. Bu məsələ barədə yeni həll yolu olmalıdır”.
Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 8-də “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərar imzalayıb.
Sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də avtomobilin yürüş məsafəsinin azaldılmasıdır. Alverçilər bu yolla avtomobilin daha "təzə" olduğunu göstərməklə qiyməti bahalaşdırır. Həmişə sual yaranır ki, görəsən bunu necə edirlər. Sosial şəbəkələrdə yayılmış video avtomobilin yürüyüşünün necə çəkildiyini göstərir. Təbii ki, bu müxtəlif variantlardan sadəcə biridir. Bununla bağlı kompüter texnologiyaları da istifadə olunur. Lakin diqqətli sürücülər bunu aşkar edə bilər. Odur ki, avtomobil alan zaman rəsmi servisdə dəqiq diaqnostika etmək məsləhətdir. Avtosfer.az videonu təqdim edir:
Avqustun 24-də fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulur.
Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Bu gündən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti bərpa olunur.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılıb.
Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.
Azərbaycanda müşahidə olunan hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri sabit keçəcəyi ,şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Daxili İşlər Nazirliyi AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qafqazinfo-ya məlumat verilib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:
“Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər.
O ki, qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda tərəfimizdən araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.