![]() |
|
"Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt görmürəm. Düşünürəm ki, sülh üçün ilkin şərtlər var, amma vaxt haqqında heç nə deyə bilmərəm".
Bunu erməni deputat Ovik Ağazaryan deyib.
Yaranmış mövcud durumu şərh edən deputat deyib: “Birincisi, bir-birimizlə ikitərəfli dialoqa başlamağımızdır. İkincisi, müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir.
Bu mənada indi elə bir vəziyyət yaranıb ki, istəsək də, istəməsək də sülh şəraitində yaşamalıyıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm, bu, illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. Və bu sənəd olmadan dünyada hər şey ola bilər və Bakı hansısa bəhanə ilə Türkiyə ilə birlikdə indi həlli mümkün olmayan məsələni həll etməyə cəhd edə bilər”, - Ağazaryan deyib
ABŞ Hərbi Hava Qüvvələri Yəməndə husilərin 60 hədəfinə 100 raketlə zərbələr endirib
Ötən gecə ABŞ Hərbi Hava Qüvvələri nəzarət mərkəzləri, sursat anbarları, buraxılış məntəqələri, istehsalat obyektləri və hava hücumundan müdafiə radar sistemləri də daxil olmaqla, İranın dəstəklədiyi 16 Husi hərbi obyektinə 60-dan çox hədəfə zərbələr endirib.
Qeyd olunur ki, zərbələr zamanı “müxtəlif tipli 100-dən çox dəqiq idarə olunan hərbi sursat” istifadə edilib.
Dekabrın 18-də ABŞ-nin müdafiə naziri Ostin husilərin ticarət gəmilərinə hücumları fonunda Qırmızı dəniz və Ədən körfəzində təhlükəsizliyi təmin etmək üçün 20-dən çox ölkənin iştirak etdiyi “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.
Yəməndəki husilərin "Ənsar Allah" təşkilatı ABŞ və müttəfiqlərinin husilərin hərbi hədəflərinə hücumlarına cavab olaraq Yəməndən Amerika gəmilərinə atılan ballistik raketlərin görüntülərini paylaşıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani ABŞ və müttəfiqlərinin Yəməndəki husi hərbi obyektlərinə birgə zərbələr endirməsi ilə bağlı deyib: "ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hücumlarını qətiyyətlə pisləyirik və bunu özbaşına hərəkət və Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması hesab edirik".
Aya eniş ABŞ kosmik sənayesinin ən böyük nailiyyətidir. NASA hələ də heç kimə unutdurmur ki, bu sirli peyki ilk fəth edən amerikalılar olub. İndi Ay Yerdən başqa insanın ayaq basdığı yeganə kosmik cisimdir. Lakin NASA-nın son qərarları tədqiqatçıları peykin fəth edilməsinin böyük bir yalan olduğuna inanmağa vadar edir.
"İnsanın Aya enişindən keçən 50 il ərzində mətbuatda hər cür sui-qəsd nəzəriyyələri ortaya çıxdı. Uzun müddət çoxları peykdəki astronavtların çəkilişlərinin məşhur rejissor Stenli Kubrikin işi olduğuna inanırdı. Bununla belə, uzun müddət heç kim amerikalıların nailiyyətlərini açıq şəkildə şübhə altına almadı. NASA-nın son mübahisəli qərarı olmasaydı, hər şey eyni ruhda davam edərdi.
ABŞ bu il Aya qayıtmağı planlaşdırırdı. Ekipaj artıq təlim keçib. Lakin NASA uçuşu təxirə salmaq qərarına gəlib. İndi şirkətin planlarına görə, insan Aya yalnız 2026-cı ildə qayıdacaq. Bəzi ufoloqların fikrincə, bu, keçmişdə Ayın fəth edilməsi ilə bağlı saxtakarlığın birbaşa sübutudur.
Alimlər məntiqli sual verirlər: "Əgər amerikalılar hələ 1969-cu ildə Aya enə bilirdilərsə, niyə indi problemlər yaradırlar?"
Eyni zamanda, NASA qərarını təhlükəsizlik mülahizələri ilə izah edir. Qəribədir ki, indi Amerikanın inkişaf etmiş kosmik sektoru təkrar uğurlu eniş üçün şərait yarada bilmir.
Sosial media istifadəçiləri artıq bu qərarı şərh ediblər: "Görünür, onlar bunu ilk dəfə necə bacardıqlarını başa düşə bilmirlər".
"Ay fırıldaqçılığı" ilə bağlı bir vaxtlar çılğın sui-qəsd nəzəriyyələrini təsdiqləmək üçün "Daily Mail" amerikalı tədqiqatçı Bill Kayzinqin "Biz heç vaxt Aya getməmişik" kitabına istinad edir.
"Mənim fikrim belədir: Əgər mühərrik təxminən on illik inkişafdan sonra etibarlılığa nail ola bilmədisə, daha böyük, daha güclü raket mühərriki necə uğurlu ola bilərdi?"
Aya ilk enişlə bağlı bütün sənədləri tədqiq edən alimin sözlərinə görə, o zaman bəşəriyyətdə sadəcə olaraq lazımi avadanlıq yox idi. NASA-nın hərəkətlərinə görə, hələ də mövcud deyil.(Publika.az)
London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
Bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi deyib.
“Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, bu hücumlar cavabsız qalmayacaq. London və Vaşinqton bunun ağır bədəlini ödəməyə hazır olmalıdırlar”, - Livanın “Al Mayadeen” telekanalı onun sözlərini sitat gətirib.
Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı hərbi əməliyyat başlayıb.
Xarici mediayası xəbər verir ki, ABŞ və Böyük Britaniyanın hədəfi hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.
ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bəyanatında bildirilib ki, Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.
“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.
Ölkə.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərlə əlaqəli hədəflərə endirdiyi hava zərbələri işığında təmkinli olmağa və “eskalasiyadan çəkinməyə” çağırıb.
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ evin qarşısında, həmçinin Nyu-Yorkda Tayms meydanında onlarla aktivist ABŞ-nin və Böyük Britaniyanın Yəməndəki hərbi əməliyyatlarının əleyhinə aksiya keçirir. Onların fikrincə, bu addım Qəzzadakı savaşın genişlənməsinə yol aça bilər.
Tayms meydanındakı fəallar “Yaxın Şərqdən əl çək”, “Yəməndən əl çək”, “Qəzzadan əl çək” şüarları səsləndirirlər. Fələstin bayrağı dalğalandıran Ağ evdəki nümayişçilər isə “Azad Fələstin” və “Yəməni bombalamağa son qoyun” şüarları ilə çıxış edirlər.
BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 12-də Yaxın Şərq məsələlərinə dair – Qəzza zolağındakı vəziyyət, habelə ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri – iki iclas keçirəcək.
İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.
"Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, ələ keçirilən gəmilər ABŞ ilə əlaqəlidir.
Bundan əvvəl Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi “St Nikolas” tankerinin ələ keçirildiyini bildirmişdi. Məlumata görə, ölkənin “Empire Navigation” şirkəti ilə əlaqəli olan gəminin heyətində yunanıstanlı kapitan və 18 filippinli dənizçi var.
Yunanıstanın “Efimerida ton Syntakton” qəzeti tankerin əvvəllər beynəlxalq sanksiyalar altında olan İran neftinin daşınması üçün istifadə edildiyini, sonralar ABŞ tərəfindən cərimələndiyini və müsadirə edildiyini yazıb.
Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci olub.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizi hər tərəfdən boğur, əzirlər, amma bütövlükdə iqtisadiyyatın həcminə görə Avropada birinciyik. Almaniyanı üstələdik və dünyada beşinci yeri tutduq: Çin, ABŞ, Hindistan, Yaponiya, Rusiya. Avropada isə bir nömrəyik. Alıcılıq qabiliyyəti paritetinə görə biz bütün Avropanı ötmüşük, lakin adambaşına düşən məbləğdə hələ də cəhd etməliyik. Buna görə də işləməliyik”, - Putin bildirib.
Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb.
Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.
Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyətcə azərbaycanlıdır.
2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb.
BMqT-nin dəstəyi ilə Gürcüstana qayıdan şəxslərə, kiçik fermer təsərrüfatı, xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmaq üçün nağd və qeyri-nağd şəkildə ödənişlər edilib.