![]() |
|
Ötən gecə vəfat edən meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlanıb.
Bu barədə Axşam.az məlumat yayıb.
Bildirilib ki, Xəyyam bu gün günorta saatlarında Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Xəyyamın ürəyində problem var idi. Onun qarnına su yığıldığı üçün ürəyini yenidən əməliyyat etmək mümkün deyildi. Meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi. Bu günlərdə isə meyxanaçılar həmin məbləği toplamaq üçün kampaniyaya başlamışdı.
Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər.
Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır: "Elə bunun sübutu kimi bir müddət əvvəl Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla, bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb".
Azərbaycan qanunlarına əsasən:
32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır;
32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
32.7. Keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.
Ekspertlər qeyd edirlər ki, bu kimi fəaliyyətlərin cəmiyyət üzərində təsiri təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan dağıdıcıdır. Xüsusilə gənc nəsil bu oyunların asılılığına düşərək, həm vaxtını, həm də pulunu itirir, ailə münasibətlərində və şəxsi həyatında problemlər yaşayır. Buna görə də qanunsuz mərc və qumar oyunlarının təbliğatına qatılan məşhur şəxslərin məsuliyyəti daha da artır. Cəmiyyət onlardan nümunəvi davranış gözləyir və belə fəaliyyətlərin əleyhinə çıxmalarını tələb edir.
Hüquq-mühafizə orqanları isə bu məsələyə qarşı daha sərt tədbirlər görməyi, həm qanunsuz platformaların fəaliyyətini dayandırmağı, həm də onların təbliğatçılarını məsuliyyətə cəlb etməyi planlaşdırır. Qanunsuz mərc və şans oyunları ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə hərəkəti vacibdir.
Xatırladaq ki, bir neçə il əvvəl də bir sıra məşhurların mərc oyunlarını təbliğ, reklam etdiyi barədə məlumatlar yayılmışdı. Onların arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə və digərlərinin adları çəkilirdi. Şikayətlər var idi ki, bu məşhurlarla bağlı niyə tədbirlər görülmür? Bəs indi hüquq-mühafizə orqanları adları hallanan məşhurlardan kimləri araşdırır?
Ölkə.az xəbər verir ki, adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanan müğənni Damlanın prodüseri Şamil İbrahimov iddialara cavab olaraq "Yeni Müsavat"a açıqlamasında bildirib: "İndi yayılan məlumat yanlışdır. Bu məsələ 4 il əvvəl olub. Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır".
Adı hallanan aktyor Azər Aydəmir Bizim.media-ya açıqlamasında heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib: "Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər".
Türkiyəli məşhur aparıcı Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç barəsində araşdırmalara başlanılıb.
NTV xəbər verir ki, adı çəkilən şəxslər barəsində "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə istintaq başladılıb.
İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində aralarnda məşhur şəxslərin və sosial şəbəkə fenomenlərinin də olduğu 20 nəfərin kimliyi müəyyən edilib.
Məlumata görə, artıq M.A.Ərbil, o cümlədən 15 məşhur şəxs saxlanılıb, S.Ortaç isə axtarışa verilib.
Digər şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Müğənnilərin toy qiymətləri yenə müzakirə olunur. Xüsusən də Məhərrəmlikdən sonra toylara dəvət ediləcək müğənnilərin qiyməti maraqlı olur
"Cebheinfo.az" şou biznes ulduzlarının son toy qiymətlərini araşdırıb.
Bəlli olub ki, toy bazarında istənilən qiymətə oxuyan müğənnilər var. 50-100 manatdan başlayaraq 10, hətta 20 minə toy idarə edən müğənnilər var. Mügənnilərin qiyməti adətən onun reytinqinə və statusuna görə dəyişir.
Əsasən yarım saatda 4-5 mahnı ifa edən müğənnilərə qiymət daha əlçatan olduğu üçün müraciət edilir. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də əlavə edir və bu, daha baha başa gəlir.
Müğənni Nadir Qafarzadə açıqlamasında deyib ki, o, bütün toyu idarə etmək üçün 10 min manat istəyir:
"Ortaq qiymətə razılığa gəlirəm. Şadlıq evində toy başlayandan bitənə qədər məclisi peşəkarcasına idarə edirəm. Mənim idarə elədiyim toyda bayağı musiqilərdən söhbət gedə bilməz. Bəzən qonaqlar mənim ifamı, üslübumu birmənalı qarşılamırlar ki, niyə bu mahnını ifa etmirsiniz? Amma mən hər dəfə onlara demişəm ki, yalnız öz üslubuma uyğun olaraq ifa edirəm".
Başqa bir mügənni - Luna Əliyeva adı ilə tanınan Aygün Səfərliyevanın prodüseri bildirib ki, o, toylara razılaşma yolu ilə gedir:
"Luna xanım daha çox bölgələrdə toylara dəvət olunur. Qiymət isə razılaşma yolu ilə müəyyən olunur. Normal halda bölgələrdə toy şənlikləri olduqda qiymət 2000-3000 arası dəyişir. Amma Bakıya yaxın ərazilərdə olduqda daha münasib qiymətə razılaşmaq olur".
Digər məşhur mügənnilərin yarım saatlıq, həm də bütöv toy qiymətləri təxminən 1000-20 min arası dəyişir:
Vasif Məhərrəmli - 2500 - 10 000 AZN
Sevda Yəhyayeva - 3000 - 9000 AZN
Manaf Ağayev - 3000 - 6000 AZN
Brilliant Dadaşova - 7000 - 20 000 AZN
Tünzalə Ağayeva - 4000 - 15 000 AZN
Zamiq - 3500 AZN - 4000 - 10 000 AZN
Aygün Kazımova - 5000 - 10 000 AZN
Zülfiyyə Xanbabayeva - 4500 - 5000 AZN
Xumar Qədimova - 4000 - 5000 AZN
Elton Hüseynəliyev - 3500 - 4000 AZN
Miri Yusif - 8000 - 10 000 AZN
Nigar Camal - 3500 - 4000 AZN
Günay İbrahimli - 3500 AZN.
Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.
Xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakültəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında Muğam fakültəsində müəllim kimi çalışırdı.
Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı. O, Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.
Ötən gündən bəri Bakıda yağıntılı hava müşahidə olunur.
Müğənni Nadir Qafarzadənin evini də su basıb. O, mənzilindən görüntüləri sosial media hesabında paylaşaraq yazıb:
"Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur... Bina evində yaşayırıq. Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardı da... Sizə nə deyim? Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə... Əski, vedrə, ləyən..."
Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov və ailəsi "Sea Breeze" şəhərciyindəki mənzilini qəbul edib.
Emin Ağalarov şəxsən mənzili Qarabağ qazisinə və onun ailəsinə təqdim edib. Bu zaman təsirli anlar yaşanıb. O, sözügedən anları sosial şəbəkə hesabında paylaşaraq ailəni bir daha təbrik edib.
Qeyd edək ki, bu lotereya iştirakçılara kurortun lüks mənzillərindən birini qazanmaq şansı verirdi və Qasımov ailəsi təsadüfi seçmə nəticəsində qalib olub.
“O afişalar nazirliyin email ünvanına göndərildi, bundan sonra ABŞ səfirliyi vizamı ləğv etdi, bunu edən axı nə qazanır?”
“Bu sözləri müğənni Damla “ARB”də yayımlanan “Günə bax” verilişində deyib.
O, Amerikada təhsil alan oğlu İbrahimi bu səbəbdən 10 aydır ki, görə bilmədiyini deyib: “Amerikada yaşayan həmyerlilərimiz qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Vizamı aldım, ancaq onlara dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar və biletləri satışa çıxartdılar. Halbuki mən onlarla razılaşmamışdım”.
Müğənni bildirib ki, vizası olduğu halda, onu yenidən səfirlikdən çağırıblar: “Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs, siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. O afişaları nazirliyə göndərənin qazandığı sadəcə bir ananın ahıdır...
O, qeyd edib ki, bu hadisələrdən sonra viza üçün ikinci dəfə də müraciət etsə də, yenə eyni halla qarşılaşıb: “Səfirlikdə xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. İmtina sənədinə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün darıxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləğv edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər, övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü sizin yanınıza gəlsin. Dərsləri üçün gələ bilmədiyini desəm də, söylədi ki, tətildə gələr”.
Daha ətraflı videomaterialda:
Aktyor və “Survivor” tarixinin məşhur iştirakçılarından olan rəqqas Hasan Yalnızoğlu vəfat edib.
50 yaşlı Yalnızoğlu ötən gün Bakırköy Dövlət Xəstəxanasında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.
Qeyd edək ki, mərhum "Anadolu Ateşi" rəqs qrupunun baş rəqqası idi.
Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib.
Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir.
Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib:
"Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam.
Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib.
İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər.
Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər".
Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq:
"COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır.
Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur".
Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək:
"Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq.
Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm".