![]() |
|
Ermənistana səfəri səs-küy doğuran türkiyəli bloger Alper Rende Azərbaycana səfər edib.
" Şuşaya da baş çəkən bloger səfəri ilə bağlı bunları bildirib:
Qeyd edək ki, türkiyəli bloger Alper Rende dostları ilə birlikdə İrəvanda olarkən erməni qadınla mübahisə etmişdi. Bu mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Alper Rende səfər zamanı irqçiliklə üzləşdiyini bildirmişdi.(Bakupost.az)
Müğənni Doğuş haqda qalmaqallı açıqlamalar verən Türkiyənin “Show” telekanalının aparıcısı Didem Arslan Yılmaz bütün dedilərini təkzib edib.
Azxeber.com xəbər verir ki, günlərdir efirdə səslənən fikirlərin yanlış olduğunu isbatlayan aparıcı, şikayətçi qismində gələn Esra adlı xanıma məlumatları verərək, onu inandırmağa çalışıb. Bu zaman aparıcı bildirib:
“Efirdə səsləndirdiyiniz adların heç birinin Doğuşla əlaqəsi yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç biri Doğuşla işlər”.
Daha sonra Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızıdan üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlayıb:
“Bir qadın olaraq dəyərli həmkarımın üzülməyinə səbəb olduğum üçün üzr istəyirəm, hörmətli Xoşqədəm Hidayətqızı. Boşanacaqları haqda çıxan xəbərlər də yalandır”, - deyə aparıcı sonda qeyd edib.
Meyxanaçı Ağakərim (Kərim Novruzov) uzun müddətdir yataq xəstəsidir.
İfaçının oğlu Kamil Kərimoğlu Axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, müalicə evdə davam edir:
"Vəziyyəti stabildir. Heç bir irəliləyiş yoxdur. Həkimlər gəlib evdə müayinə edir, lazım olan dərmanı yazırlar. Nə yaxşıdır, nə də pis. Elə bir xəstəlikdir ki, əvvəlində sağalma ehtimalı bir az var idisə, indi heç ümid yoxdur.
Özünə qapanıb, sual verəndə cavablandırır. Az danışır. Deyirik, necəsən? Cavab verir ki, yaxşıyam, acam, ya da nəsə istəyir. Ailəmizdə hamını tanıyır, amma kimsə ziyarətə gələndə tanımır. İzah edirik ki, filankəsdi, onda yadına düşür".
Kərim meyxanaçıların tez-tez zəng vurub atasının durumu ilə maraqlandığını da bildirib.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Dünya miqyasında izlənmə rekordları qıran “Barbie” filmi Livanda qadağan olunub.
Xarici KİV xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Məhəmməd Mortada açıqlama verib. O, filminin homoseksuallığı təbliğ etdiyi və dini dəyərlərə zidd olduğu üçün kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb.
Nazir bəyanatında filmin homoseksuallığı və cinsi transformasiyanı təbliğ etdiyini, ailə birliyinin əhəmiyyətini azalaraq inanc və əxlaq dəyərləri ilə ziddiyət təşkil etdiyini bildirib.
Qeyd edək ki, Marqot Robbi və Ryan Qoslinqin rol aldığı “Barbie” filmi iyulun 21-də ekranlara çıxdıqdan sonra dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edib
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
***
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev müdafiə çıxışı edib.
Daha sonra R.Dağlı son söz deyib.
“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.
Sonra məhkəmə müşavirəyə gedib.
Qeyd edək ki, prokuror Orxan Səmədov Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər verdiyimiz kimi, ötən gün tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.
Onun sonuncu dəfə instaqram hesabında etdiyi həssas paylaşımı diqqət çəkib.
Həmin paylaşımı təqdim edirik:
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Natavan Babayeva dünən vəfat edib. Aparıcı bu gün Salyanda dəfn olunacaq.
Türkiyəli məşhur aşpaz CZN Burak (Burak Özdemir) atası ilə qalmaqal yaşayır.
“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, atası tərəfindən ad haqlarının satıldığını öyrənən CZN Burak məhkəməyə üz tutub.
Çağlayan Ədliyyəsində baş tutacaq ilk iclas sentyabr ayına təyin olunub.
Aldadıldığını iddia edən Burak öz ad və fotosonun məkanlardan çıxarılmasını tələb edir.
O, instaqramda bildirib ki, İstanbulda Vadi İstanbuldan başqa bir şöbəsi yoxdur: “Xahiş edirəm, adımdan, şəklimdən istifadə edən oğrulara etibar etməyin”.
Bir neçə gün öncə Şəmkirdə toyda qonaq olan türkiyəli müğənni Ebru Gündeş və onun timsalında son dövrlər tez-tez Azərbaycanda şənlik və toy məclislərində iştirak edən xarici müğənnilərin qonorarları və onların vergi öhdəliyi müzakirə olunur.
Məlumdur ki, həmin müğənnilər ölkəmizdə toyda iştirak etmək üçün çox yüksək məbləğdə qonorar alırlar. İddia olunur ki, onların əksəriyyəti vergi ödəməkdən boyun qaçırırlar.
Ölkəmizə toya və digər məclislərə gələn xarici sənət adamlarının vergi öhdəliyi Vergi Məcəlləsində necə əks olunub? Onlar aldıqları qonorarın hansı hissəsini vergiyə ödəməlidirlər?
Mövzu ilə bağlı news24.az-a danışan hüquqşünas Babək Qocayev bildirib ki, verginin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir.
Onun sözlərinə görə, müğənniyə ödəniş edən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa və vergi ödəyicisi deyilsə, öhdəlik daşımır: "Vergini müəyyən vəsait qarşılığında dəvət alan müğənni ödəməlidir. Sözügedən xarici rezidentlər öz ölkəsinin qanunvericiliyinə əsasən gəlir bəyannəməsi verib və vergisini ödəyib".
B.Qocayevin sözlərinə görə, ifaçı vergi ödəyərkən onun yerli və ya xarici olması nəzərə alınır: "Müğənnini şənliyə, toya dəvət edəndə yerli və xarici rezident olmasından asılı olaraq fərqli nüanslar ortaya çıxır. Bu zaman üçtərəfli müqavilə tərtib olunur: sifarişçi, təşkilatçı-icraçı və benefisiar arasında. Yerli ifaçını toya dəvət edəndə restoran sahibi ilə müqavilə bağlanılır. Müğənni özü gəlirin 20 faizini vergi ödəyir. Xarici ifaçı dəvət edildikdə isə onu gətirən şəxs vergi ödəyicisi olmadığı halda sadəcə restorana ödəniş edir. Restoran isə təyin olunan ödəmə məbləğindən 10 faiz vergi tutur və büdcəyə ödəyir. Restoran ƏDV ödəyicisidirsə, həmin məbləğin 18 faizini büdcəyə ödəyir. Daha sonra isə pulu geri alır. Vergi məsələsi bu cür tənzimlənir. Belə olmasının səbəbi əcnəbi ifaçıların burada vergi uçotunda olmadıqları üçündür".
Vergi öhdəliyindən boyun qaçırma halı olarsa, bu məsələ necə tənzimlənir?
Hüquqşünas qeyd edib ki, vergidən yayınma halları baş verdikdə, sənətçi məsuliyyətə cəlb olunur. O əlavə edib ki, bu sahədə boyun qaçırma hallarına rast gəlinir. "Lakin xarici müğənnilər Azərbaycana toya hansı məbləğ qarşılığında gəldiyini bəyan edərək vergisini ödəyib, deklarasiya verib", - deyə hüquqşünas yekunlaşdırıb.
Aparıcı Zaur Baxşəliyevin yeni mahnısını əməliyyat zamanı səsləndirməsi tənqid olunub.
Metbuat.az xəbər verir ki, aparıcı Afşin Azəri ilə birgə oxuduğu "Dəli oldu getdi" adlı mahnısını həkimin burun əməliyyat prosesi zamanı səsləndirməsi tənqid olunub.
İzləyicilər və həkimlər bunun düzgün olmadığını, xəstənin həyatı üçün riskli olduğunu qeyd ediblər.Türkiyəli məşhur şoumen Beyazıt Öztürkün uzun illər aparıcısı olduğu “Bəyaz şou” yenidən ekranlara qayıdır.
Bu barədə B.Öztürk qonaq olduğu verilişlərdən birində danışıb.
İzləyicilərinə sevindirici xəbəri verən aparıcı verilişin hansı kanalda yayımlanacağını hələlik açıqlamayıb.
“Bu il başlayırıq. Həm “Bəyaz şou”, həm də yarışma proqramı olacaq”,-deyə o söyləyib.
Qeyd edək ki, “Bəyaz şou”1996-2000 və 2001-2018-ci illərdə Kanal D-də, 2000-2001-ci illərdə Star TV-də yayımlanıb.