![]() |
|
Tanınmış meyxanaçı Kərim Novruzovun vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Yol-xeber.az xəbər verir ki, bu barədə baku.ws-ə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
"Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik", - deyə Rüstəm Cənnətov əlavə edib.
Sənət aləminin bir çox tanınmış siması dəfələrlə bıçaq altına yatıblar. Bəziləri səhhətinə, bəziləri isə gözəlliyinə görə əməliyyat etdirib. Bəzisi isə uğursuz əməliyyatın qurbanı olub.
Yol-xeber.az xəbər verir ki, həkim qurbanı olan məşhurları təqdim edir:
Müğənni Rəqsanə İsmayılova üzündə etdirdiyi dəyişikliklərə görə illərlə problem yaşayıb. O, dəfələrlə bununla bağlı həkimə müraciət etsə də qüsuru aradan qaldıra bilməyib. Rəqsanə açıqlamalarından birində bildirib ki, üzünə vurulan silikonlar onun dərisində bu problemləri yaradıb.
Müğənni Sevda Əliqızı bir müddət əvvəl ayağında yaşadığı problemə görə bıçaq altına uzanıb. Bir neçə dəfə əməliyyat olunan ifaçı sağalmayıb. O, çarəni Türkiyəyə getməkdə görüb. Sevda ötən gün Azərbaycanda həkimlərin səhvi ucbatından səhhətində ciddi problem yarandığını açıqlayıb. Hazırda o İstanbulda müalicə aldığını, yaxşılaşdığını bildirib.
Xalq artisti Röya Ayxan bir neçə dəfə burun əməliyyatı etdirib. O, ilk əməliyyatlarının uğursuz alındığını bildirib. Hətta bir neçə il əvvəl Röya liposaksiya ilə, qarın hissəsindəki artıq piyləri götürüb, "paxlava" qoydurmuşdu. Amma ifaçının əməliyyatı uğursuz olduğu üçün, o, yenidən eyni əməliyyatı başqa bir həkimə etdirib.
Xalq artisti Aygün Kazımova dəfələrlə gözəllik uğruna bıçaq altına yatıb. Müğənni açıqlamalarından birində deyib ki, Türkiyədə plastik əməliyyat etdirib. Həmin an onun səhhəti pisləşib. Bir neçə ay problemlər yaşayan Kazımova Bakıda yenidən bıçaq altına yatıb.
Prodüser Sayqa Cahid də həkim qurbanı olanlardandır. Böyrəyindən əməliyyat olunan prodüserin səhhəti ağırlaşıb. Bir neçə gün əvvəl o, ağır vəziyyətdə Türkiyəyə aparılıb. sayqa yaxşılaşdığını deyib.
Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl mədəkiçiltmə əməliyyatı etdirmişdi. O, həkimlərin onu aldadaraq, mədəsinin az bir hissəsini kəsdiyindən gileylənmişdi.
"Toppuş bacı" ləqəbli aktrisa daha sonra mədəsini bütöv kəsdirərək, xeyli çəki atıb. Bu isə onun səhhətində ciddi problemlər yaradıb.
Rəqqasə Fatimə Fətəliyeva da arıqlamaq üçün liposaksiya etdirmişdi. Daha sonra sənətçi əməliyyatını bəyənmədiyini deyib, yenidən bıçaq altına yatmışdı.
Əməkdar artist Zöhrə Abdullayeva ömrünün son aylarında yataq xəstəsi olmuşdu. Müğənni açıqlamalarından birində deyib ki, həkimlərin yazdığı yanlış müalicə onu bu hala salıb. Revmotizmadan əziyyət çəkdiyi deyilən mərhum ifaçı ona yazılan dərmanların iştahsızlıq yaratdığını söyləmişdi.
Müğənni Xatun Əliyeva isə burun əməliyyatından gileylənib. O, verilişlərdən birində burun quruluşunu bəyənmədiini söyləmişdi.
Müğənni Xatirə İslam da bədənşəkilləndirmə əməliyyatı etdirib. Amma bir müddət sonra sənətçi daha da çox çəki alıb.
(Axsam.az)
Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil.
Yol-xeber.az xəbər verir ki, bu barədə meyxanaçının oğlu məlumat verib:
“Atam yataq vəziyyətindədir. Kimsə danışdırmasa, danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Yol-xeber.az" xəbər verir ki, Flora Kərimova modern.az-a bildirib ki, qazi və şəhid ailələrinə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Xalq artisi onu bu addımına görə qınayanların da olduğunu söyləyib: "Bu, qərar yox, borcdur. İnsanların mənə olan münasibətinin, ehtiramının zərrə qədərini qazilərə qaytardım. Bilmirəm necə alındı. Bu addımıma görə məni qınayırlar, bilmirəm onlara nə deyim, söz tapmıram. Mən heç kimə mədəniyyət öyrədə bilmərəm. Yaxşı ilə pisin arasında fərq qoya bilmirlərsə, o insanların fikri mənim üçün önəmli deyil".
Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova universitetə qəbul olub.
Yol-xeber.az xəbər verir ki, bu barədə Əzizə Həsənova sosial şəbəkədə paylaşım edib.
"Oxumaq heç zaman gec deyildir. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram”.
Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.
Axşam.az xəbər verir ki, bu haqda o, açıqlamasında bildirib ki, bir neçə kanaldan təklif alıb:
“Altı il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.
Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.
Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.
Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qurumdan da təklif gəldi. Düşünürəm, hələ qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəyəm. Harada olsam da, yenə reytinqli layihə aparacağam”.
Uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Yol-xeber.az xəbər verir kİ, bu haqda Axşam.az-a açıqlamasında aktrisa özü məlumat verib.
O bildirib ki, bədənində yenidən şiş aşkarlanıb:
“Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyəvi terapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunun da öhdəsindən gələcəm”.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir.
Axşam.az xəbər verir ki, yeni mövsümdə yarışmanın münsif kürsüsündə Hadisə yer almayacaq.
Buna səbəb isə, Hadisə ilə Ebru Gündeş arasında yaşanan münaqişə olub.
Xatırladaq ki, Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia olunmuşdu.
Hazırda Hadisə Acunun yeni platforması olan "Exxen"də yayımlanan "O ses Türkiye rap" proqramında münsiflik edir.