![]() |
|
Bu sözləri müğənni Rüfət Axundov "Hüseynova bacıları" verilişində deyib. Sənətçi sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən bəhs edib:
"Maşında, qolumda saat şəkil qoyuram. Nə gəldi yazırlar. 25 ildir sənətdəyəm, mənası nədir o sözləri yazmağın? Kostyumum var, geyinmişəm, kimin nəyi var sağlığına qismət. Özümdən narahat deyiləm. Hər kəsin anası, ailəsi var. Ən çox anama təsir edir, pis olur. Məndən xoşunuz gəlmirsə, baxmayın, keçin getsin. Anam oturub məni güdür, şəkil qoyanda yazır, nəzik geyinmə, onu etmə. Anama çox pis təsir edir".axşam.az
Bu sözləri müğənni Günel Ələkbərova (“Pişik” Günel) özünün “Instagram” hesabında yazıb:
“Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.
Üç gündür bilmirəm COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Biraz vicdanlı olun”.
Sosial şəbəkədə qalmaqallı seks videosu yayılıb. Videoda 2 qadın və bir kişi cinsi əlaqədə olur. İddia olunur ki, yayılan videodakı qadınlardan biri məşhur prodüser Təranə Səmədovadır.
“ClubHouse”a qoşulan prodüser gecə ikən açıqlama verib.
“O qadın mən deyiləm. Adımı yalandan hallandırırlar. Telefonum dayanmır. Bayaqdan bütün dostlarım zəng edirlər. İnananlar da var. Düzdür, az-maz mənə oxşarlığı var. Amma diqqətlə baxan görür ki, o, mən deyiləm”. (shownews.az)
Aparıcı hazırda evdə müalicə alır. O bildirib ki, səhhəti getdikcə ağırlaşır:
"Üç gündür təngənəfəsəm. Hərarətim də 37-37,5 olur. Test verdim, bu gün cavab pozitiv oldu. Belə getsə, xəstəxanaya gedəcəm. Üç övladım var, onlar üçün ayaqüstə qalmalıyam. Çalışıram özümü pozitivə kökləyim. Həkim nə dərman yazsa, onları edirəm. Hiss edirəm ki, ağırlaşmağa doğru gedirəm. Maddi imkanım çərçivəsində çalışacam xəstəxanaya gedim".(axşam.az)
Oxu.az-ın xəbərinə görə, istirahət üçün Hind okeanına üz tutan müğənni “Instagram” hesabında tətildən videolar paylaşıb.
Videolarda diqqət çəkən məqamlardan biri də Aynişanın ekzotik adada tək istirahət etməsi olub. Burada o, kruiz səfərindən və getdiyi restoranlardan fərqli paylaşımlar edib. Həmçinin okean sahilində tənhalığa çəkilən məşhur izləyicilərinə “Sizin üçün nə çəkim?”, - deyə müraciət də edib.
Tanınmış aktyor, aparıcı və prdüser Ramiz Hüseynzadənin ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, Hüseynzadə ölümündən 2-3 gün öncə rəhbəri olduğu "Arı" prodakşnın əməkdaşları ilə yeni televiziya layihəsinin müzakirəsi zamanı bərk əsəbləşib. Bir neçə saat sonra isə özünü pis hiss etdiyini deyən aktyor Sumqayıt şəhərində yerləşən 10 nömrəli xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olan Ramiz Hüseynzadə ötən gün beyinə qan sızması nəticəsində 42 yaşında vəfat edib.
O, Günel Ələkbərovanın ona olan dəstəyindən danışdı:
“Həyat çox mənasız keçir. Ona görə də heç bir oğlan məni pul ilə təəccübləndirə bilməz. Amma elə bir hərəkəti, elə bir jesti ilə rəğbətimi qazanar, bütün hər şeyimi əlimdən alar. Güneli mən niyə sevdim?
Umduğum bir yer var idi, bir də gördüm ki, Günel mənim haqqımda çıxış edir. Məni məhv etdi, əritdi. Hər şeyimi yaxşı mənada əlimdən aldı”.
Bu barədə “Haber Global” məlumat yayıb.
Kamal Sunalın qızı Ezo Sunalın bu yaxınlarda övladı dünyaya gəlib. Doğumdan qısa zaman sonra Ezo Sunal koronavirusa yoluxub.
Ezo Sunaldan sonra isə Kamal Sunalın oğlu Ali Sunalın da koronavirus testi müsbət nəticə verib.(Oxu.az)
Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnının təqdimat tarixi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni Samirə Əfəndinin ifası və klipinin premyerası martın 15-də baş tutacaq.
Bundan əvvəl isə sənətçinin yer aldığı ekran işinin anons görüntüləri müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb. Layihəyə maraq böyük olub, bir neçə saata 100 mindən çox insan tərəfindən izlənilib.
Həmçinin, Samirənin ifa edəcəyi mahnının adı da müəyyənləşib. Belə ki, bəstə “Game of desire” (Nəfs oyunu) adlanır. Ehtimal olunur ki, təqdim olunan 6 mahnı arasında əslən Hindistandan olan rəqqasə, alman casus Mata Haridən (Marqareta Qertruda Zelle) bəhs edən musiqi parçası seçilib.
Mədəniyyət Nazirliyi Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuriyev daim dövlətin və nazirliyin diqqət mərkəzində olub.
"Yaşar Nuriyev nazirliyin təqdimatı ilə 1981-ci ildə Respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Y.Nuriyev Prezident təqaüdçüsü idi. Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib. 2016-cı ildə noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artistinin 65 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Sənətkarın 65 illik yubileyi münasibəti ilə nazirliyin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb",- nazirlikdən bildirilib.
Qeyd edək ki, R.Nuriyeva “Report”a açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:
“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".
Mədəniyyət naziri Anar Kərimov isə “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirmişidi.