![]() |
|
Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezainin film çəkilişlərinə mane olan qonşusunu döydüyü və hədələdiyi idda edilib. Bundan sonra o, saxlanılıb.
Oxu.az xəbər verir ki, Halil Sezai və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyiblər. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç buna razı olmayıb. Bu səbəbdən onların arasında aprel ayından bəri mübahisə davam edir.
Sonda Halil Sezai yanında iki nəfərlə Hüseyn Meriçin evinə gedib. İddiaya görə, Halil Sezai və yanındakılar Meriçi döyüb və hədələyib. Bundan sonra Meriç polisə şikayət edib.
Hadisə ilə bağlı istintaqa başlanılıb. Şikayətdən sonra saxlanılan Halil Sezai və yanındakı şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Türkiyənin məşhur müğənnisi Halil Sezai İstanbul Polis Şöbəsinə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin Tuzla ərazisindəki evində film çəkdiyi üçün qonşusu ilə mübahisə etməsi olub.
Bildirilib ki, məhəllə sakini çəkilişlərə etiraz edib. Buna əsəbiləşən Halilin sözügedən şəxsə hücum edərək onu döydüyü iddia olunub.
Sənətçi hadisədən sonra bölməyə çağırılaraq ifadəsi alınıb.
Ötən gün Xalq artisti Brilliant Dadaşova doğum gününü qeyd edib. “Qafqazinfo” xəbər verir ki, məşhur sənətçi 61 yaşını ailə üzvləri ilə birlikdə keçirib.
Ad günündən görüntüləri Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə paylaşıb. O, anasına tortla sürpriz edib.
Videoda sənətçinin həyat yoldaşı, Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev də yer alıb.
"Ölkə.Az" axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "10-da görüşək" proqramında deyib. Aktrisa uzun müddətdir efirlərdən uzaq qalmasının səbəblərini açıqlayıb:
"Aktyor rejissordan asılıdır. Rejissor isə sırf baş prodüserdən asılı olur ki, ona təklif gəlsin. Prodüser anlamı bizdə yox dərəcəsindədir. Bizdə bunu köməkçi bilirlər. Yaxşı təşkilatçı olmalıdır. Aktyoru, rejissoru, maliyyəni təşkil etməlidir. Məni işgörmək maraqlandırır. Yoruldum boş-boş verilişlərə qonaq kimi təklif almaqdan, lazımsız yerdə işləməkdən. Nəticədə anladım ki, xalqı aldadıram, özümü görmədiyim yerdə olmaq istəmirəm.
Azərbaycan seriallarının ən əsas problemi maliyyədir. Pul olanda hər şey yerində olur, hamının işi bölünür: prodüser, köməkçi, təşkilatçı... Aktyor bilir ki, gedir çəkilişə. Düşünməli deyil ki, nə geyinəcəm, harada bəzənəcəm. Hər şey hazır olandan sonra rahat çəkiliş məkanına gedirəmsə, oynanamaq şansım yoxdur. İstədiyim qonorarı verəndə isə, onların haqqı var istədiklərini etməyəndə pulumu kəssinlər".
Türk və Azərbaycan seriallarını müqayisə edən V.Zeynalova bunları deyib:
"Bizdə rejissor və aktyorlar türklərdəkindən daha güclüdür. Onlarda hər şey hamı üçün o qədər rahatdır ki... Onlar nazla, kaprizlə gəlib qısa iş görürlər, hansısa obrazı canlandırır və onu elə təqdim edirlər ki... Montaj, musiqi üst-üstə gəlir və möhtəşəm olur.
Tamaşaçını aldadan görüntüdür. Bizdə biznesmenin ailəsini, varlı evi və kasıb evi verir. Aktyor oyunu yaddan çıxır: baxırıq evə, geyimə, aksesuarlara. Bizim aktyorlar özlərini öldürür, fikir vermirik. Kasıb, ağlayan, bədbəxt qız verir, uzun, şellaklı dırnaq. Düzgün təqdim etmək lazımdır".
Demokrat.az xəbər verir ki, videonu Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında yayımlayıb.
Babək videounu paylaşaraq: "Respublikanın xalq artisti,mənim ustadım, Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə,şagird,hər zaman ona əziyyət çəkən müəllim və müəllimələrini unutmamalıdır. Allah şəfa versin korifey sənətkarımıza. Amin" sözlərini yazıb.
Xatırladaq ki, C.Əkbərov iyulda oğlunu itirib. Onun övladı xərçəngdən əziyyət çəkirdi. Oğlunu itirən xanəndənin bu görüntüləri izləyiciləri şok edib. Onlar Canəli Əkbərovun dərddən qocaldığını qeyd ediblər.
Onlar Nüsrət Gökçənin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub.
Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.
Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. Ailə üzvlərindən “Qafqazinfo”ya verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.
“Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.
Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Covid19-a görə özünütəcrid edib.
Axşam.az xəbər verir ki, opera ifaçısı bu haqda İnstaqramında məlumat yayıb. O bildirib ki, buna səbəb "Don Karlos" operasındakı həmkarı, müğənni İldar Abdrazakovda koronavirus aşkarlanıb.
Annanın testlərinin cavabı neqativ olsa da, o, özünütəcridə üstünlük verib. Netrobko bunu yaxınlarının təhlükəsizliyini qorumaq üçün etdiyini vurğulayıb.
Müğənni həmçinin “Yevgeni Onegin” tamaşasındakı çıxışını dekabra keçirdiyini söyləyib.
“Ölkə.Az” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Xalq artisti uşaqlara ibtidai sinifdən klassik musiqi anlayışını öyrətməyi təklif edib.
“Son müsahibəmdən sonra, pandemiya və ümumi karantinlə əlaqəli olaraq məni çoxdan narahat edən ümumi musiqi təhsili və mədəniyyət problemini həll etmək haqqında bir fikir yarandı. Keçmiş zamanlara baxsanız görərsiniz ki, həqiqətən də konsert salonlarını və operanı anlayan tamaşaçını itirmişik.
Bunun bir çox səbəbləri var, ancaq indi bu əsas məsələ deyil. Məktəbdə ibtidai siniflərindən başlayaraq, musiqi dünyası ilə ilk tanışlıq musiqi dərslərindən başlayır. Təklif edirəm ki, bu dərslər notların öyrənilməsi ilə tamamlansın. Birincisi, bunun nəticəsində dünyanı daha geniş dərk edən yeni nəsil yetişəcək. İkincisi, uşaqlıqda bunları öyrənən insanlar gələcəkdə Altsheymer və Parkinson kimi xəstəliklərdən daha az əziyyət çəkirlər. Bu mənim fantaziyam deyil, bu görkəmli elm adamlarının gəldikləri qənaətdir.
Bir vaxtlar gələcək həyat yoldaşına aşiq olan, lakin ona bunu necə etiraf edəcəyini bilməyən məşhur dirijor və bəstəkar Qustav Mahler “Adagio”nu bəstələyib poçtla ona göndərir. Bir müddətdən sonra isə o, qızdan təkcə "Gəlin" sözündən ibarət məktub alır. Qız peşəkar musiqiçi olmasa da, bəstəkarı bürüyən bütün hissləri partiturada oxuya bilmişdir.
Bu sualın bir tərəfidir, digər tərəfdən insan bir peşəni sınamadan, ona aid olub olmadığını hiss edə bilməz. Bununla bağlı hətta belə bir zarafat var. Birindən “Skripka da ifa edə bilirsən?”soruşulur. O, isə cavabında “Bilmirəm, sınamamışam”,- deyə cavab verir.
Əvvəllər Bakıdan gələn musiqiçilərə SSRİ-nin bütün musiqi kollektivlərində, o cümlədən Böyük Teatrın Orkestralarında, Moskva və Leninqrad simfonik orkestrlərində, xüsusən nəfəsli alətlərdə böyük tələbat var idi. Buradan belə bir sual doğurş Niyə? Çünki əvvəllər şəhərin hər bölgəsində mədəniyyət evləri var idi. Küçələrdə gəzən bekar oğlan uşaqlarını bura toplayıb, onlara ən çox nəfəs alətlərində ifa etməyi öyrədirdilər. Belə bir çox xırda kollektivlər yaradılmışdı. Əksər hallarda onların çoxusu musiqiçi olmurdular, lakin onlarda musiqi mədəniyyəti formalaşırdı. Ən son belə nəfəs alətlərindən ibarət orkestr Y. Qarayusifli yaratmışdı, çox təəssüf ki, hazırda onlardan xəbərim yoxdur.
Əvvəllər klassik repertuarın ən yaxşı vokalçılarının, nadir istisnalar olmaqla bizdə olmadığına inanılırdı. Lakin zaman hər şeyi öz yerinə qoydu, düzgün tədrislə indi vokalistlərimiz dünyanın ən yaxşı konsert salonlarında və opera səhnələrində çıxış edirlər.
Mən bununla musiqi və incəsənətin bu və digər problemləri ilə maraqlanan hər kəsin diqqətini çəkmək istəmirəm, amma bunu bir giriş hesab etdiyimi söyləmək istəyirəm. Hər hansı bir musiqi sahəsində problemi olan hər kəsə əlimdən gələn köməyi və yaxud dostlarıma müraciət etməyi məsləhət görüb, daha sonra hansı addımları atmağı söyləməyə hazıram.
Gəlin birlikdə övladlarımızın gələcəyini düşünək və Allah bizə kömək olsun!”
Qeyd edək ki, hazırda dirijor fəaliyyətini Türkiyə Respublikasında davam etdirir.