![]() |
|
Axşam.az saytında sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Ariflə əlaqə saxlayıb.
“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.
O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:
“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.
İfaçının anası vəfat edib. Bu barədə Xalq artisti “İnstagram” səhifəsində paylaşım edib. O, mərhum anasının fotosunu paylaşaraq bu sözləri qeyd edib:<ins'>
“Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu etsin, İnşallah, Amin”.
Qeyd edək ki, Xalq artistinin anası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Metbuat.az xəbər verir ki, Mehman hazırda İsveçrədə müalicə alır.
Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov açıqlamasında bildirib ki, həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər:<ins'>
"Ən kiçik qardaşım Mehman Hüseynov ağır xəstədir. Bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimləri nəhayət xərçəngə təklifli şiş diaqnozu qoymuşdular. Xoşbəxtlikdən həkimlər Mehmana təyin olunan müalicə kursunu ən qısa müddətdə başlaya biləcəyi təqdirdə bu xəstəliklə mübarizə şansının olduğunu söylədi. Müalicə mərhələlərlə aparılacaqdır. Birinci mərhələyə 30.000 CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) başa gələcək 5-6 həftəlik radioterapiya kursu daxildir.
İkinci mərhələ şüanın cərrahi yolla çıxarılmasıdır ki, bbu əməliyyat 12 000 CHF-ə başa gələcəkdir. Əməliyyatın dəyəri 44.000 CHF-ə yüksələ bilər. Ümumiyyətlə, qardaşımın xəstəxanaya yerləşdirilməsi, müalicəsi və əməliyyatı üçün cəmi 74 min CHF lazımdır".
"Ölkə.Az"-ın əldə etdiyi xəbərə görə, sənətkar paytaxtdakı özəl klininkaların birinə çatdırılıb. Tağıyev bağırsağından əməliyyat edilib. Xalq artisti müalicəsini evdə davam etdirir.
Qumral instaqram hesabında həyat yoldaşı ilə birlikdə görüntüləndiyi video paylaşıb. Videoda həyat yoldaşının Qumralın başına vedrə ilə su tökməsi diqqətə səbəb olub.
Onların görüntüləri gülüşə səbəb olsa da izləyicilər arasında Qumral tənqid edənlər də olub. big.az
Uzun müddətdir gizli sevgi yaşayan cütlük, bir müddət əvvəl yaşadıqları münasibəti açıq şəkildə elan ediblər. Daha sonra tez-tez mediada görünən sevgililər, birlikdə restoran açmaq qərarına gəliblər.
Cem Yılmaz restoran üçün artıq torpaq sahəsi də alıb. O, sevgilisi Sarıkaya ilə birlikdə əraziyə baxmağa getdiyi zaman çəkilən fotosunu “İnstagram” səhifəsində yayımlayaraq, bu sözləri qeyd edib:
"Şəhərin səs-küyündən uzaqda, təbiətin bizə bəxş etdikləri... Satıb başladıq, bir "xeyirli olsun" sözünüzü alaq".
Xəzər TV xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub
Daha bir aktyor koronavirusa yoluxub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.
Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da amma onlardan alınan testin cavabı neqativ çıxıb.
Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.
O, bu barədə özü ARB-də yayımlanan “Ona qalsa” verilişində telefon bağlantısı zamanı açıqlayıb.
O, açıqlamasında ailəsi və vətənindən ayrı qaldığı üçün çox darıxdığını deyib.
“Moskvada həmvətənlərimizin otelində qalırdıq, vəziyyətimiz normal idi, amma hamıdan uzaq qaldığıma görə, çox sıxılırdım. Rəqsanə xanım bizə çox qayğı göstərdi, sağ olsun, evində bir gün qaldıq”,- deyə o, bildirib.
Daha sonra o, hazırda Bakı şəhərində karantində olduğunu qeyd edib.
“Hazırda Bakıda özəl otellərin birində karantin müddətini keçirəm, özümü yaxşı hiss edirəm. İnşallah, bu müddət tezliklə keçib gedər və mən də ailəmə, sevənlərimə qovuşaram”.
Qeyd edək ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya getmişdi.
O, bu barədə “Xəzər” televiziyasında “5də5” verilişində qonaq olarkən danışıb.
“Deyirlər, pis günün ömrü az olar, ancaq mənim pis günlərim bir az çox uzun çəkdi. Beşinci dəfə insult keçirdim. Bilmirəm niyə oldu, heç əsəb də keçirməmişdim. Heç kəsin münasibəti mənim səhhətimə təsir etməz . 79 yaşın içindəyəm, yəqin, ondandır",- deyə o, bildirib.
Big.az xəbər verir ki, Kamil evinə gələrkən anası Sahilə xanım və qayınanası qarşılayıb.
Görüntüləri video çəkib instaqram hesabında paylaşan Kamil hər kəsi kövrəldib. Qısa zaman ərzində paylaşıma çoxsaylı bəyənmə və rəy gəlib.
Sözügedən videonu təqdim edirik: