![]() |
|
"Bizimləsən" verlişi xəbər verir ki, Əməkdar artist Tünzalə Əliyeva yenidən "Xərçəng" xəstəliyinə tutulduğunu bildirib.
"Təəssüf ki, yenidən xərçəng xəstəliyinə yoluxmuşam. Bu dəfə böyrək damarlarımda Xərçəng törəmələri çıxıb. Yenədə ayaq üstəyəm. Çalışıram ki, yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Yenə həkimin məsləhəti ilə kimya terapiya alacam. Məcburam. Artıq orqanizmim bu müalicələrə tab gətirə bilmir. Qanım da aşağıdır. 1 ay içində 150 iynə vuruldu. O qədər ağır hallar keçirirəm ki, orqanizmim tab gətirmir. Hall hazırda vəziyyətim yaxşı deyil", - deyə əməkdar artist bildirib.
AZAL-dan demokrat.az-a verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
Məlumata görə, Bakıya gətirilən Azərbaycan vətəndaşları arasında Türkiyənin tanınmış müğənnisi Doğuş da olub.
Doğuş ölkəyə gələn digər sərnişinlər kimi mütləq qaydada karantinə yerləşdirilib.
Piriyev şeirdə V.Hacıyevin Samux və Göygöl rayonlarındakı fəaliyyətinə toxunub və onun hər iki rayonu zövqlə qurduğunu nəzmə çəkib. Növbəti bəndlərdə isə icra başçısının İmişlidə abadlıq-quruculuq işləri gördüyünə eyham edilir. Sözügedən şeirin bir neçə bəndini diqqətinizə çatdırırıq.
Qeyd edək ki, İvtixar Piriyev ötən gün siyahısı açıqlanan Prezident mükafatçılarından biridir.
Xatırladaq ki, V.Hacıyev DTX-nın 5 may tarixində keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
"Ölkə.Az"ın məlumatına görə, müğənni instaqram hesabında izləyicilərinə kobud sözlər söyləyib, hətta qarğış da edib:
“Allah sizə heç rəhm etməsin…Bədbəxtsiniz siz! İstəməzdim bu Ramazanda belə danışım. Amma məcbur oldum. Allahın yazıq bəndəcikləri. Allahın yadından çıxmısız siz. Oturun instaqramda onun- bunun qazancını güdün. Kim hara getdi, kim nə qədər qazandı. Oturun ancaq qiybət qırın!”.
Nadirin bu kobud ifadələri işlətdiyi video qısa zamanda sosial şəbəkədə paylaşılıb. Videonu izləyənlər Nadiri dediklərinə görə tənqid ediblər. /konkret.az
Bu barədə “kulis.az”a sənətkarın yaxınları məlumat verib. 60-80-ci illərdə estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.
Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.
Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində 67 yaşlı Əməkdar artist Ədilə Əflaki deyib.
Bundan başqa o, mənzil şəraitinin çox pis vəziyyətdə olduğunu da deyib.
“Mənzil şəraitim çox pis vəziyyətdədir. Fiziki qüsurlu oğlumla 16 kvadrat metr sahəsi olan qəzalı mənzildə yaşayıram. Oğlumun 36 yaşı var, müavinət alır. 130 manat əlillik təqaüdü aldığı üçün ona da heç bir sosial yardım vermədilər”,- deyə Ə.Əflaki qeyd edib.
Əməkdaşımızın “Sənət dostlarınız bu günlərdə bir çox insana əl tutdular, yardım etdilər. Onlardan kimsə sizə yardım etdimi?” sualına Ədilə Əflaki belə cavab verib:
“Mən Bakı milyonçusu, dahi şəxsiyyət, xeyriyyəçi Ələkbər bəy Nəzərlinin nəvəsiyəm. Mənim babam o vaxtlar Bakının 60 faizinə yardım edirdi. Onları geyim və qida ilə təmin edirdi. Uzun illər Opera və Balet teatrında çalışıb. Onun adı milli ensiklopediyada və muğam ensiklopediyasında işıqlandırılıb. Mən sənət dostlarımdan heç bir yardım qəbul etmək istəmirəm. Özümü tərifləmək kimi çıxmasın, mən onlardan çox yüksəkdəyəm. O cür dahi bir şəxsiyyətin nəvəsiyəm”.
Əməkdar artist karantin zamanı ona yardım edənlərdən də söz açıb.
“Bu yaxınlarda millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və teleaparıcı Hacı Nuran Hüseynov mənə baş çəkməyə gəlmişdiər. Sağ olsunlar, mənə yardım gətirmişdilər. Onlar da mənim bu çətin yaşayış şəraitimi gördülər. Qənirə xanım, mənə söz verdi ki, əlindən gələn yardımı, köməkliyi mənə göstərəcək. Mən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ilə müraciət etmişəm. Sağ olsunlar, məktub ünvanına çatan kimi Prezident Administrasiyasından və Mədəniyyət Nazirliyindən zəng etdilər, maraqlandılar. İnşallah, hər şeyin gözəl olacağına inanıram”,- deyə, o, bildirib.
Müsahibəsinin sonunda Əməkdar artist incəsənətdə iz qoyan sənətkarları unutmayanlara da öz minnətdarlığını bildirib.
“Məni unutmadığınız üçün, sizə təşəkkür edirəm. Hazırda çoxlarının yadına düşmürük. Mənim fikrimcə, insan heç vaxt keçmişini unutmamalıdır”,- deyə Ədilə Əflaki fikrini tamamlayıb.
O, Arb televiziyasında yayımlanan ''Ona qalsa'' verilişinin qonağı olub. İfaçı atasının itkisinin onun üçün çox ağır olduğunu bildirib.
''Mən hələ də atamın ölümünə inana bilmirəm. Mənə elə gəlir ki, sanki o, bizi tərk edib, çox uzaqlarda yaşayır. Ancaq heç bir cavab da yoxdur. Axı, necə inana bilərəm? O, mənim ölməz atamdır. Onsuz mənə həqiqətən də çox çətindir. Mənim yanımda yoldaşım, ailəm olmasına baxmayaraq, yenə də atamın yanımda olmasını, mənə hər zamankı kimi dəstək olmasını istəyərdim'',- deyə, o, bildirib.
Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov 17 martda ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən vəfat edib.
“Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil”.
Bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O, həm tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirdiyini, həm də mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladığını qeyd edib:
“100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?”
Millət vəkilinin sözlərinə görə, eyni şey musiqi məktəbləri ilə də bağlıdır. O, Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbinin olduğunu, onun da yerləşdiyi binanın hər an uça biləcəyini qeyd edib:
“Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal musiqi təhsil ala biləcəyi məktəblə təmin edək?”. /BakuPost.az/
“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, o, AzTV-də “Çıxışa doğru” verilişinə qonaq qismində dəvət olunub. Aparıcı çəkilişlərdə iştirak etmək üçün kanala gedib. Bu da Baxşəliyevin orada işə başıaması barədə şayiələrin yaranmasına səbəb olub.
Qeyd edək ki, aparıcı sosial şəbəkədə AzTV-də çəkilən fotosunu yayımlayıb. Baxşəliyev fotoya "Mənə bir AzTV verin" şərhini yazıb. İzləyicilər onun AzTV-yə keçdiyini düşünərək, təbrik ediblər.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqram səhifəsində yazıb. Müğənni sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini paylaşıb "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni tənqid edib:
"Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...
Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".