Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

 

 

 

"Onlar bütün cəbhə boyu təxribata cəhd göstərdilər. Onlar hər yerdən atırdılar. 12-si axşam vaxtı təxribat törətdilər".

Bu sözləri ARB-yə sentyabrın 12-də və 13-nə keçən gecə Azərbaycana qarşı son təxribat zamanı yaralanan hərbçimiz Nəriman Adışlı bildirib.

Onun sözlərinə görə, ermənilər ilk olaraq Azərbaycan mövqelərinə artilleriya zərbələri endirib: "Biz Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını aldıq. Onların xeyli sayda canlı qüvvəsi, silah-sursat və texnikası məhv edildi".

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.

Hadisə nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Şirvanda Vətən Müharibəsi iştirakçısı özünü yandırmaq istəyib.

Bu barədə Yol-xeber.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib.

Lakin saat 20 radələrində E.Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hal-hazırda müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə  Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

"Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib", - Əlahiddə Ümumqoşun Ordudan qeyd olunub.

 

 

 

Livandakı Azərbaycan səfirliyinə hücum olub.

ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərib.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Sosial şəbəkələrdə çox söz yaza bilərlər. İran Ermənistana 30 ildə heç bir silah, texnika və ya muzdlu göndərməyib.

Bu barədə İranın Bakıdakı səfirliyi axar.az-ın sorğusuna cavab olaraq bildirib.

Sosial şəbəkələrdə 12-13 sentyabrda Ordumuzun İran PUA-ları ilə vurulması barədə yayılan məlumatı şərh edən səfirlik rəsmisi bildirib:

“Qonşu ölkələrdə müharibə olmasını biz də istəməzdik. Allah şəhidlərimizə rəhmət etsin”.

12 sentyabr axşam saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı yeni rəqəm səsləndirilib.

Axar.az bildirir ki, bu barədə "Qovorit Yerevan" erməni kanalı məlumat yayıb.

"Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünün təsdiqləndiyini, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunublar. 

 V. Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi yaşadıqları Binəqədi rayonunda torpağa tapşırılıb. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var. 

Xəbər lenti