|
Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Report məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyənin İstanbul şəhərində baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.
Bəzən olur ki, pul köçürmək lazım olduqda içində vəsait olmayan kartı heç nədən ehtiyat etmədən kiməsə göndəririk. Düşünürük ki, boş olan kartın göndərilməsi heç bir problem yaratmayacaq. İT mütəxəssiləri isə əksini deyir. Dələduzlar boş kart vasitəsilə də insanların pul olan hesablarına çıxış əldə edə bilirlər. Odur ki, diqqətli olun.
İT mütəxəssisi Fərid Pərdəşünas "Xəzər Xəbər"ə bildirib ki, şəxsi kart kodlarınızı heç kimə verməyin.
Mütəxəssis qeyd edib ki, əsasən bu hal elan saytlarında baş verir. Bildirilir ki, kartınıza pul göndərmək istəyirik, amma bilmək istəyirik real insansız, yoxsa yox. İnsanı belə aldadaraq şəxsiyyət vəsiqəsini əldə etməyə çalışırlar.
Fərid Pərdəşünas vurğulayıb ki, lazımsız hesab edilən kartın məlumatlarını da paylaşmaq eyni dərəcədə təhlükəlidir.
Beləliklə, şəxsi kart kodlarınızı heç kimə verməyərək bank kartlarını dələduzlardan qorumaq mümkündür.
Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Laçın rayonu sakinlərindən biri yaşadığı evin divarında 30 il öncə asılmış fotosunu tapıb.
Dövlət qurumlarından birinin əmək Nicat Əlibəyli məlumat paylaşıb.
Bildirib ki, həmin ev dayısı Telman bəyin qayınatası Muzeyib müəllimə məxsusdur. Divardan asılan fotodakı xanım isə onun dayısının həyat yoldaşıdır.
N.Əlibəyli qeyd edib ki, şəkildəki xanım sağdır.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Baş Prokurorluğu meşə yanğınları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuta Xidmətindən daxil olan xəbərdarlıqda deyilir:
“Meşə yanğınlarını dayandıraq! Meşə ərazisinə atılan plastik və şüşə materialdan olan butulkalar yanğınlara səbəb ola bilər. Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Meşələr dünyanın ağ ciyəridir!”
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən və onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən mütəşəkkil dəstənin daha 29 nəfər üzvü saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Surxay Mikayılov Astara rayonu, Urfan Məsmalıyev Gəncə şəhəri, Talehə Paşayeva və Cabir Məmmədov isə paytaxt ərazisində tutulublar.
Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 29 kiloqram heroin, 12 kiloqram tiryək, 13 kiloqram metamfetamin, 49 kiloqram marixuana, 7000 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib.
Adları çəkilən şəxslər paytaxt Bakı, həmçinin cənub və qərb bölgələri üzrə narkotiklərin əsas tədarükçülərindən biri olublar. Adları çəkilən 4 nəfərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 25 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 17 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, “ağ ölüm”lə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq", - məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda polis əməkdaşlarının üzərinə bıçaq çıxarılması iddiası ilə bağlı açıqlama verib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov oxu.az-a bildirib ki, dünən bir sıra xəbər saytlarında İsmayıllı rayonunda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən sürücünün yol polisi əməkdaşları tərəfindən saxlanılarkən onun polis əməkdaşlarını guya bıçaqla hədələyərək hadisə yerindən yayınması barədə reallığı əks etdirməyən xəbər paylaşılıb.
“Aydınlıq üçün bildirim ki, avqustun 30-da İsmayıllı RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları gecə saat 2 radələrində rayon ərazisində xidmətdə olarkən dövlət qeydiyyat nişanları olmayan VAZ-21011 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsünə “saxla” əmri versələr də, sürücü tabesizlik göstərərək hadisə yerindən yayınıb.
Görülmüş tədbirlərlə həmin şəxsin əvvəllər iki dəfə məhkum olunmuş, rayon sakini Elşən Qurbanov olması müəyyən edilib və o, saxlanılaraq polis şöbəsinə gətirilib”, - deyə DİN rəsmisi bildirib.
E.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 25 sutka inzibati qaydada həbs edilib.
Sabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red) üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.
Report xəbər verir ki, rayonun Sarxanbəyli kəndi ərazisindəki ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib. Üç aşırımlı, 9 dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə 6 metrdir. Körpüdən o taylı - bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.
Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.
Pambıq sahələri kollektorun digər hissəsində olduğundan təsərrüfat işləri ilə məşğul olan sakinlər öz sahələrinə gedib-gəlməkdə çətinlik çəkir. Kənd təsərrüfatı texnikalarını çayın digər sahilinə keçirmək mümkün olmur. Bu gün sabah kütləvi pambıq yığımına start veriləcəyi təqdirdə təsərrüfat sahibləri nə edəcəyini bilmirlər. Problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, nəticəsiz qalıb.
Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlandırılıb.
Cəmiyətin mütəxəssisləri idarənin mütəxəssisləri ilə birlikdə körpüyə baxış keçiriblər. Qəzalı olduğuğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.
Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.