Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Siyəzən rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Siyəzən və  Xızı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

 

YOLUNUZ AÇIQ OLSUN...

Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO


 
Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.
Qeyd edildi ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq
Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq
Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq


 
Yol-xeber.az" xəbər verir ki,  İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-­Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dö­vlət sərhədi avtomob­il yolunun 27-ci km-­də Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası yekunlaşıb.
Uzunluğu 66, eni 14.5 metr olan iki aşır­ımlı yeni körpü artıq istifadəyə verilib­.
Avtomobil körpüsündə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə piyada səkiləri inşa edilib, kənarlarına məhəccərlər quraşdırılıb.
Körpünün istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomob­il Yolları Dövlət Ag­entliyinin İdarə Hey­əti sədrinin müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyə­ti başçısının müavinləri Anar Oruclu və Bəxtiyar Osmanov, eləcə də Azərbaycan Avtomob­il Yolları Dövlət Ag­entliyinin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak edibl­ər.
Qeyd edək ki, yolda hərəkətin intensivli­yi nəzərə alınaraq tikinti işləri fasilə verilmədən yüksək keyfiyyətlə icra olunub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və tikinti işləri cəmi 3 ay ərzində yekunlaşdırılıb.
YOLUNUZ AÇIQ OLSUN...
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib
Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib


Yol-xeber.az" xəbər verir ki,  "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, İdarə heyətinin sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov həmçinin Agentliyin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbir zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun mühafizə zolağında 3000 ədəd eldar şamı, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı1000 ədəd qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.

Agacəkmə aksiyası eyni zamanda digər respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, cari il ərzində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarında 85 000 ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.

Beləliklə, cari ilin əvvəlindən indiyə qədər Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarına 100 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Əkilən ağacların böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2021-2022-ci illərdə 278 658 ədəd, 2023-cü ildə isə 100 000 ədəd, ümumilikdə 631 hektar ərazidə 378 658 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 19.92 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 123 863 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

YOLUNUZ AÇIQ OLSUN...

“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO
“Heydər Əliyev İli” çərçivəsində 100 min ağac əkilib VİDEO/FOTO


Yol-xeber.az" xəbər verir ki,  Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib
AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib


Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyuraq, ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.

Bütün həyatını ölkəmizin tərəqqisi, xalqımızın işıqlı gələcəyi və xoşbəxtliyinə həsr edən Ümummilli lider Heydər Əliyevin xatirəsi milyonların qəlbində daim yaşayacaq!

AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib


Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 6-da və 7-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Quba rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

37 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 133 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

DIN_5682

DIN_5690

DIN_5680

DIN_5685

DIN_5770

DIN_5793

DIN_5811



Yol-xeber.az" xəbər verir ki,  Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir. 

Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdirilir. 

Həyata keçirilən layihələrdə nəzərə alınan əsas məsələlərdən biri də yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsidir 

Bu istiqamətdə Türkiyənin “ASELSAN” şirkəti ilə birgə  “Nəqliyyat Vasitəsi Aşkarlama və Yüksək Sürətli Tərəzi Ölçü Sistem Layihəsi” çərçivəsində Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib.
 
Elektron tərəzilərin vahid monitorinq mərkəzinin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-nin direktoru Azər Nemətli və “ASELSAN” şirkətinin nümayəndələri iştirak edib.

Ağıllı nəqliyyat həlləri ilə həyata keçirilən layihədə avtomobil yollarında nəqliyyat vasitəsinin dayanmadan və sürəti azaltmadan ağırlığının ölçülməsilə hərəkət sıxlığının azaldılması və daha səmərəli nəqliyyat axınının təmin edilməsi hədəflənir.

Qeyd edək ki, ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin yollarda quraşdırılması işləri 2 mərhələ üzrə aparılır. 

Sözügedən layihə çərçivəsində  Avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, I mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. II mərhələdə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması planlaşdırılır.  Bu çərçivədə artıq  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45 və 129-cu kilometrliyində üç  tərəzinin quraşdırılması həyata keçirilib.

Qurulan stansiyalar vasitəsilə hərəkətdə olan nəqliyyat vasitələrini dayandırmadan, nəqliyyat axınını pozmadan və ümumi hərəkət işinə təsir etmədən nəqliyyat vasitələrinin çəkisi, ölçüləri, dövlət qeydiyyat nişanı, sinifi və sürəti barədə məlumatlar əldə etmək mümkündür. Aşkar edilmiş avtomobil haqqında məlumat  Elektron tərəzilərin vahid monitorinq mərkəzi vasitəsilə canlı və ya retrospektiv şəkildə izlənilə bilər. 

Ağıllı nəqliyyat sistemlərinin imkanları çərçivəsində qurulan yüksək sürətli tərəzi ölçü sistemi nəqliyyat vasitələrinin nəqliyyatda yarada biləcəyi riskləri minimuma endirərək magistral yol təhlükəsizliyini təmin edir. Bu sistem magistral yollar, körpülər, tunellər və digər infrastrukturlar üçün təhlükəsiz keçidlər yaradır. Bundan əlavə, bu layihə hava çirkliliyi və istixana qazı emissiyalarının da azaldılmasına xidmət edir.

Qeyd edək ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər görülməkdədir.

Gələcəktə zəruri olan və yeni tikilən avtomobil yollarında da sözügedən tərəzilərin quraşdırılması nəzərdə tutulur. 


YOLUNUZ AÇIQ OLSUN...

Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO
Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib VİDEO/FOTO



Bakıdan Zəngəzura...

- 158 km yol, 22 tunel, 23 körpü necə inşa olunur? 
- "Murovdağ" dünyanın ən uzun tunellər sırasına necə düşdü?
- 3260 metr hündürlükdəki dağ zirvəsinin altından 23,4 km-lik ikihissəli tunel gecə-gündüz necə qazılır?

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun şah əsəri olan Murovdağ tunelinə axşam çatdıq… 
24 saatlıq fasiləsiz iş prosesində gecə növbəsi yeni başlayıb…
Azərbaycanlılardan və türklərdən ibarət işçi heyətinin bir qismi şaxtadan daldalanmaq üçün tikilən keçidlə dağların qoynuna - yataqxanaya qalxır, yeni gələnlər isə xüsusi təhlükəsizlik tədbirləri altında çalışmağa başlayırlar. 
Nəhəng xüsusi təyinatlı maşınlar, ekskavatorlar, tunel hündürlüyündə iri texniki avadanlıqlar, dərinlikdə qazıntı üçün törədilən partlayışların sədası gecənin səssizliyini  pozur…
Dünyanın ən uzun tunelləri sırasında olan Murovdağ tunelində gərgin iş günü davam edir… 

 Sürət, keyfiyyət, təhlükəsizlik…

 "Proyapı" şirkətinin əməkdaşı, layihənin texniki nəzarət üzrə rəhbəri Sezgin Çakırla həmsöhbət oluruq. 32 illik yol, tunel, körpü inşaatı təcrübəsinə sahib olan Sezgin bəy Türkiyədə, İraqda, Kamerunda və digər ölkələrdə çalışıb. 6 ildir Azərbaycanda fəaliyyət göstərən həmsöhbətimiz 2021-ci ilin yanvarından Qarabağ və Şərqi Zəngəzur bölgəsindədir. Şuşaya Zəfər yolunun çəkilişinin ilk günlərindən fəaliyyətə başlayan müsahibimiz son 6 aydır Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsində çalışır.
Sezgin bəy məlumat verir ki, sol və sağ hissələrinin (sol hissəsi 11713,1 metr, sağ hissəsi isə 11691,9 metr) ümumi uzunluğu 23405 metr olacaq Murovdağ tuneli 3250 metr hündürlüyə malik Murovdağ zirvəsinin altı ilə keçir. Tunel iki istiqamətdən - giriş və çıxış nöqtələrindən paralel qazılır və tam ortada qazıntı işləri birləşərək, kəsişmə nöqtəsində başa çatacaq. Murovdağ tunelinin hər iki hərəkət istiqaməti üzrə qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb, sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib.

Tunel Azərbaycan və azərbaycanlılar üçün bir yenilikdir. Xarici ölkələrdə olarkən həsədlə baxdığımız bu nəqliyyat infrastrukturu artıq məmləkətimizdə də yaradılır və özü də dünyanın ən uzun analoqları sırasına girir. Bu baxımdan əlbəttə ki, sadə vətəndaşın sadə sualları da yaranır ki, yol inşaatçıları, adətən, onları gülümsəyərək cavablandırırlar.

"Toğanalıdan Zəngəzur sərhədlərinədək yolları tunelsiz tikmək olmazdımı? Bu qədər əziyyətə dəyərdimi" sualımıza da elə təbəssümlə cavab verir Sezgin Çakır: "Bu tunellər hər bir yolun vacib prioriteti olan əsas məsələlərə - sürət, keyfiyyət və təhlükəsizlik tələblərinə tam cavab verir. Yəni tunellər olmasa, bu tələblər də ödənməyəcək. Sürətin yüksəkliyi zamana qənaəti, keyfiyyətli yol rahatlığı təmin edəcək, təhlükəsizlik isə insanların həyatını qoruyacaq. Bu bölgənin çox çətin relyefi var. Yolların əksəriyyəti sərt aşırımlar, dolanbac keçidlər, təhlükəli sürüşmə zonalarından ibarətdir. Prezident İlham Əliyev bu layihəyə qərar verərkən, çox böyük müdriklik edib, ən əsası Azərbaycanın sabahını düşünüb".

Etiraf edək ki, Azərbaycanda dağları dəlməklə tunel tikintisi təcrübəsi yoxdur. Yeganə istisna 1958-1960-cı illərdə Laçında inşa olunan 200 metrlik kiçik tuneldir. Növbəti sualımız da elə tunel təhlükəsizliyi ilə bağlıdır: "Bəs 3.250 metr hündürlükdə dağ silsiləsinin yüz minlərlə ton ağırlıqlı kütləsini 24 km-lik tunel onilliklər boyu saxlaya biləcəkmi?" 

Bu prosesin peşəkar izahını verən Əyyub Hüseynov tunel tikintisində istifadə olunan yeni metodlar, yüklülüyü paylamaqla azaltmaq təcrübəsi, müasir qazma üsulları, armaturlanma, yamacların bərkidilməsi, püskürdülmə, betonlama və bu prosesin zəruri mərhələləri barədə geniş məlumat verir. Əsas anladığımız odur ki, bu tunellər onilliklərə yox, əsrlərə davam gətirəcək. Zəfərimiz kimi əbədi olacaq!


Tunellər ekstremal situasiyalara hazır olacaqmı?

Necə ki dövlət olaraq tunel inşaatı təcrübəsini hələ yeni qazanırıq, vətəndaş olaraq da tuneldən istifadə təcrübəmiz yoxdur. 12 km yolu dağın altı ilə gün işığı görmədən getmək, yalnız psixoloji narahatlıq yaratmaz, həm də qəza, təhlükə mənbəyi ola bilər. Bu ehtimal isə növbəti sualımızdır…

Cavab konkretdir: hər tunelin girişində mükəmməl texnoloji təchizatlı idarəetmə mərkəzi yaradılacaq. Yüksək elektronik məlumatlandırma sistemi isə tunelə daxil olarkən dərhal avtomobillərin radiosuna qoşulacaq. Hər hansı ekstremal şəraitdə, qəza vəziyyətində durum ani nəzarətə götürüləcək, problem aradan qaldırılacaq. Təxliyənin sürətli və təhlükəsiz həyata keçirilməsi üçün də hər cür şərait yaradılacaq. 

Cavabı qənaətbəxş və rahatladıcı saymaq olar….

Əyyub Hüseynovun, Sezgin Çakırın müşayiəti ilə işçi heyətinin, fəhlələrin yataqxanasına gedirik. Həm türk, həm də azərbaycanlılardan olan heyət mehribanlıqla süfrə arxasında oturub şam edirdi. Çöldə qar yağıntısına baxmayaraq içəridə hərarət yüksək idi. Sosial-məişət şəraitindən, yeməyin keyfiyyətindən, maaşlarından razılıq edən işçilər hər cür təminatları olduğunu söylədilər. Gördüklərimiz də bunu təsdiq edirdi…

Sezgin Çakır Azərbaycanın taleyüklü bu möhtəşəm layihələrində iştirakını həyatının unudulmaz məqamlarından sayır: "Qarabağda qazanılan Zəfər bütün türk dünyasının, xüsusən də Türkiyənin qələbəsidir. Bu qələbənin nəticəsi olan yol tikintilərində iştirak fürsəti isə Allahın bizlərə böyük lütfüdür. Biz burada Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm tarixinin növbəti şərəfli səhifələrini yazırıq. Dünyanın ən böyük tunellərindən birinin inşasında iştirak etməksə mənim iş həyatımın böyük uğurudur".

Layihəyə texniki nəzarəti həyata keçirən Sezgin Çakır komandası ilə tunellərin, yolların layihəyə və standartlara uyğunluqlarını yoxlayır. Proses həm sahədə, həm də laboratoriya şəraitində aparılır. Laboratoriya isə həqiqətən də mükəmməl səviyyədə təmin və təchiz olunub. İşçi heyətinin də əksəriyyəti azərbaycanlı kadrlardır.

Prezidentlərə verilən söz

Sübh tezdən Murovdağ tunelinin çıxışına - Kəlbəcərin Yanşaq kəndinə üz tuturuq. Qeyd etdiyimiz kimi, buradan tunel paralel olaraq girişə doğru qazılır. 
Bizi "CENGİZ İnşaat Sənaye və Ticarət" şirkətinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzrə layihə rəhbəri Əkrəm Tütünçü qarşılayır. Türkiyədəki tunel inşaatından başlayan fəaliyyəti Sloveniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya və digər ölkələrdən keçib. Trabzonlu Əkrəm bəy tam bir Azərbaycan sevdalısıdır… 
Böyük Zəfərdən üç gün sonra, Xorvatiyada mühüm layihə həyata keçirdiyi vaxt ona şirkətinin rəhbərliyi tərəfindən zəng gəlir və təcili Azərbaycana getməsi tapşırılır. Bir neçə gün sonra o, artıq Azərbaycanda iş başında, layihə icrasında, yol çəkilişində idi…

Qardaş torpağında deyil, öz vətənində çalışdığını söyləyən və bu işi həyatının ən şərəfli mərhələsi kimi qəbul edən Əkrəm Tütünçü Zəfər yolunun ilk cığırdaşlarındandır. O, Şuşadan Kəlbəcərədək fəaliyyətinin çətin anlarını, əslində, xatırlamaq istəmir. Deyir ki, zəfərimiz də çətin oldu, demək onun yollarını çəkmək də asan olmamalıdır: "Azərbaycan Ordusunun əsgərlərinin ayaq izləri ilə Şuşaya yol çəkirdik. Yəni orada yol olmamışdı. Saleh Məmmədov və onun əməkdaşları ilə birgə gecəli-gündüzlü, şaxtada-qarda dağlarda gəzir, yeni yol üçün istiqamət müəyyənləşdirirdik. Avtomobillərdə gecələyirdik... İnanın, yatmağa yerimiz, bəzən yeməyə xörəyimiz olmurdu. O məsuliyyətli və şərəfli işdə bunları düşünmək belə günah sayılardı bizə... Adi cığırda yol çəkmək nə qədər çətindirsə, ora texnikanı, avadanlığı gətirmək ondan da böyük problemdir. Ancaq Azərbaycan Prezidenti, onun kadrları bunu bacardılar və qısa müddətdə keyfiyyətli Zəfər yolu inşa olundu". 

Qara dəniz bölgəsinə xas dərin emosionallıq və yüksək səmimiyyətlə, böyük coşqu ilə, həyəcanla danışır Əkrəm Tütünçü: "Sizin, bizim zəfər yoxdur, böyük türk dünyasının zəfəri var və bu zəfərin nəticələrini, hədəflərini gerçəyə çevirmək, - necə ki yollar, tunellər də bura aiddir, -  bizim namus borcumuzdur, şərəf məsələmizdir. Başqa cür ola da bilməz! Prezident İlham Əliyev Murovdağ tunelinin təməlini qoyanda tunelin girişlərində iki liderimizin şəkilləri ilə yanaşı çox böyük "Azərbaycan-Türkiyə bir candır" şüarı asılmışdı. "CENGİZ İnşaat" məhz bu sözün ruhuna uyğun sədaqətlə işini qurur. Hər iki Prezidentə söz vermişik. Biz burada hər addımda Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm abidələrini yaradırıq". 

Həqiqətən də görülən hər bir iş möhtəşəmdir, şanlı abidədir…

Tuneldə çalışan işçi heyətlə söhbətləşirik. Briqadir Etibar Əliyev Zəfərin ilk günlərindən "CENGİZ İnşaat"la birgədir. Artıq üç ildir şirkətin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələrdə fəaliyyət göstərir. Öncə Şuşa, Daşaltı istiqamətində inşa edilən körpü-tunel tikintisində usta kimi çalışıb. Dediyinə görə, bütün göstəriş və tapşırıqları vaxtında, uğurla həyata keçirdiyi, məsuliyyətli çalışdığı üçün "formen" - briqadir vəzifəsinə təyin edilib. Bir müddətdir Kəlbəcərdəki layihələrdə iştirak edir. Sərt iqlimə, relyefin çətinliyinə baxmayaraq, heç nədən narahat deyil. Hər cür qayğı və diqqətlə əhatə olunduqları üçün Etibar böyük həvəslə, coşqu ilə çalışmağa özünü borclu sayır… 

Qeyd edək ki, layihə üzrə ümumi uzunluğu 2968 metr olan 6 qovşaq, 5600 metrlik 38 bağlantı yolu, 22 avtomobil dayanacaq cibi də tikiləcək. Nəzərə alaq ki, layihə yalnız yol və tuneldən ibarət deyil. Məsələn, layihə çərçivəsində 164 dairəvi və  118 düzbucaqlı borunun, 18 suötürücü qurğunun, 2433 m trapez kanalın, 64534 kvadratmetr Geoerme divarın, 5363 m istinad divarının, 36346 m daş divarın tikintisi nəzərdə tutulub. Bütün avadanlıqlar ən müasir - son nəsil texnoloji üstünlüyə malikdir. Tikinti materialları əsasən yerli istehsaldır, qismən Türkiyədən gətirilir. 

Layihənin icrasında bölgənin ekoloji mühitinə zərər vurulmayıb. Torpağın münbit qatına, çay yataqlarına, ekosistemə toxunulmayıb. Prezidentin "Kəlbəcərin ekosistemi, faunası, florası toxunulmaz qalmalıdır" tapşırığı birmənalı icra olunur. 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 4 və 5-ci tunelləri müvafiq olaraq 480 m və 947,90 m uzunluğundadır. Hazırda Murovdağ tunelindən başqa digər 4 tuneldə qazma işləri başa çatıb, tamamlanma işləri aparılır. Ümumiyyətlə, bu avtomobil yolunun gələn ilin sonunda tam istifadəyə verilməsi planlaşdırılır. Sonrakı mərhələdə hədəf isə Kəlbəcərin daxili yolları və Ağdərədən keçən Tərtər-Kəlbəcər yoludur.

Kəlbəcərdən Laçına 17 tunel, 23 körpü…

Kəlbəcərin Qamışlı kəndindən Laçına doğru yeni bir layihə - 75,8 km-lik Kəlbəcər-Laçın avtomobil yolu başlayır. Mövcud yoldan 32 kilometr qısa olacaq yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası davam edən Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
I və II texniki dərəcəli iki, üç və dördzolaqlı olmaqla inşa edilən yeni yolun üzərində 17 tunel nəzərdə tutulur. Kəlbəcər kimi Laçın yollarının da sərt aşırımlı, dolanbaclı olması burada da tunel tikintisini zəruri edir. Yolun təhlükəsiz istismarı üçün dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4180 metr olan 23 körpü, uzunluğu 1076 metr təşkil edəcək 2 qovşaq inşa olunacaq. 

Laçında aparılan işlərin yol inşaatçıları üçün əlahiddə əhəmiyyəti, mənəvi dəyəri var. Çünki ənənə məhz buradan başlayır. Azərbaycanda ilk şose yolu o vaxt Abdalyar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında 1850-ci ildə inşa edilib. İrsə, keçmişə sədaqətlə Laçında 173 il sonra yeni intibah nümunəsi yaradılır…
Rəqəmlərlə oxucuları yormaq istəməzdik. Amma Kəlbəcər-Laçın yolunda inşa olunan 17 tunelin uzunluğuna statistika, quru rəqəm kimi yox, milli qürur və bacarığımızın təntənəsi kimi yanaşaq və fərəhlənək: 205,6 m, 370,9 m, 1808 m, 469,95 m, 633,15 m, 491,1 m (2397,63 və 2393,47 metrlik ikihissəli), 269,86 m, 743,98 m, 210,5 m,  336 m,  394 m, 674 m, 459 m, 714 m, 524 m, 234 m, 464 m…
205 metrdən 4.791 metrədək uzanan 17 tunel...
Bir rayon ərazisində 17 tunel...

Ümumiyyətlə isə Kəlbəcər və Laçında 158 km-lik yeni yol üzərində 22 tunel, 23 körpü inşa olunur. Həmçinin sərhədboyu hərbi təyinatlı bütün məntəqələrə təminat yolları çəkilib. Amma proses bununla kifayətlənmir… 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2361,1 km uzunluğunda 21 avtomobil yolu layihəsi icra olunur. 66 km uzunluqda 39 avtomobil tuneli, 12 kilometrlik 100-dən artıq körpü, viaduq və yol ötürücüsü də inşa edilir. Xankəndidən Kəlbəcərə, Ağdamdan Laçına, Füzulidən Xocalıya, Zəngilandan Ağdərəyə, Xudafərindən Sərsəngə məsafə qısalır…

Zəfər insanları da, bölgələri də bir-birinə yaxınlaşdırır və qovuşdurur…
Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol-nəqliyyat infrastrukturu yaradılır…
3 il öncəyədək işğal altında inləyən bölgələr indi qlobal "hab"a - mühüm beynəlxalq nəqliyyat-logistik qovşağa çevrilir... 
Bunlar xəyal deyil, Zəfərin, "Dəmir yumruğ"un reallıqlarıdır…
Minilliklər boyudur yolu müqəddəs sanmışıq...
İndi müqəddəs ünvanlara, müqəddəs hədəflərə doğru bu müqəddəs yollarla gedirik...
Demək, Bakıdan Zəngəzura və o taya yolumuz açıq olacaq!..

 

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan",
Bakı-Kəlbəcər-Laçın-Bakı

Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə
Bakıdan Zəngəzura... II hissə

Bakıdan Zəngəzura...

- 158 km yol, 22 tunel, 23 körpü necə inşa olunur?
- "Murovdağ" dünyanın ən uzun tunelləri sırasına necə düşdü?
- 3260 metr hündürlükdəki dağ zirvəsinin altından 23,4 km-lik ikihissəli tunel gecə-gündüz necə qazılır?

Qarın, şaxtanın məmləkətdə ən tez düşdüyü Murovun sərt keçidli aşırımı ilə dağ silsiləsinin  zirvəsinə doğru qalxırıq...

Yolsuzluqdan avtomobil kəskin boranlı, küləkli havanın müqavimətini çətinliklə dəf edir. Buz bağlamış dolanbacların təhlükəsi hər addımbaşı özünü göstərir...
Bura Ömər aşırımıdır...

Savaş tariximizin ən faciəli olaylarında adının qara xətlə keçdiyi "ölüm aşırımı..."
30 il öncə minlərlə kəlbəcərlinin həm xilas yolu, həm də onların xeylisini Murov uçqunlarına izsiz-tozsuz sürükləyən aşırım...
İlin demək olar bütün fəsillərində ağappaq örpəyə bürünən bu aşırımın hər qarışındakı qara zülmət izləri Azərbaycan boyda bir ürəyin 27 illik yarası oldu...
27 il dəhşətlə anılan bu matəm yolu artıq 3 ildir quruculuğunun miqyası ilə düşməni dəhşətə salır, düşmənin arzularının matəm yoluna çevrilir... 
Bura Ömər aşırımıdır - artıq bizi təşvişə, kədərə bürüyən yox, sevindirən, qürurlandıran, Zəfərin əsl mahiyyətini anladan bir yol...

Azərbaycanın yenidən dirilişi

İlham Əliyev Zəfər Komandanıdır, qüdrətli Liderdir. Ancaq həm də hərbdən siyasətə, iqtisadiyyatdan mədəniyyətə bütün sahələrdə mənəvi rəmzlərə, psixoloji məqamlara böyük önəm verən, həm də onu yaradan dahidir...
Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevin şəxsi təşəbbüsü ilə həm işğalın, həm də Zəfərin real simvolları qurulur. İşğal muzeylərinin yanında olacaq Zəfər muzeyləri, əslində, genişmiqyaslı quruculuq və tikintilərin kiçik modelləridir. 
Hər kənddə, hər şəhərdə Zəfərin möhtəşəm izləri yaradılır. Bunlar, əlbəttə ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın inkişaf, quruculuq dinamikasının adekvat təsirləridir. Ancaq həm də, - bəlkə daha çox, - məhz İlham Əliyevin dünyaya verdiyi Zəfərin mənəvi-psixoloji mesajıdır!..

16.460 kv.km-lik ərazi - Qarabağ və Şərqi Zəngəzur bölgəsi Qafqazın ən böyük tikinti meydanına çevrilib, burada dünyanın "ən", "ilk" kateqoriyalı infrastrukturları qurulur. Bunlar Azərbaycan insanı naminədir - rahat, firavan yaşaması üçün...
Bu həm də millətin, Azərbaycanın yenidən Dirilişidir... 

Düşmənin adi göz müşahidəsi ilə gördüyü Laçın şəhərində, Zabuxda cəmi 5-6 aya ərsəyə gətirilən yüzlərlə mənzil, infrastruktur, hər həftə buraya onlarca ailənin köçü sadəcə Qayıdış demək deyil...
Dünya İlham Əliyevin "Biz burdayıq, biz öz yurdumuzdayıq, biz əbədi burada olacağıq!" çağırışını aydın eşidir...

Öz xalqı isə İlham Əliyevdən "Biz bunu bacardıq, biz hələ daha böyük Zəfərləri, qayıdışları gerçəkləşdirəcəyik!" mesajını altlı-üstlü bütün mətləbləri ilə dəqiq alır...
Və ayağını Azərbaycan torpağına daha bərk basır!..

O torpağa ki onun vüsalı ilə 30 il məşəqqətlər yaşadıq, uğrunda minlərlə gəncimiz canını fəda etdi...

O torpağa ki əsrlərboyu ovcunda sıxsan, daim müqəddəs şəhid qanı damacaq...

Müasir Fərhadlar

Görüşünə getdiyimiz Kəlbəcər və Laçında da İlham Əliyev belə möhtəşəm quruculuq işlərinə müəlliflik edir...

...Ömər aşırımının buz bağlamış sərt dolayları nə qədər narahatçılıq, çətinlik yaratsa da, əsla təhlükəli saymırıq. Çünki ətrafımızda həyat və iş qaynayır... Ömər aşırımınadək və ondan sonra bütün yolboyu şaxtanın ayazına baxmadan, dayanmadan çalışan minlərlə işçi heyəti, nərilti ilə gedən yüzlərlə ağırtonnajlı yük maşınları insanı fərəhləndirən canlanma yaradır. 

Burada əksər dövlət qurumlarının təmsilçiləri fəaliyyətdədir. Energetiklər, suçəkənlər, ekoloqlar, kartoqraflar, tibb, rabitə və digər sahələrin mütəxəssisləri, ən əsası isə Müdafiə və Daxili İşlər nazirliklərinin, Sərhəd Xidmətinin əməkdaşları xidmət çəkirlər. Hər birinin işi digərinin əməyini birbaşa tamamlayır, yüngülləşdirir, səmərəli edir. Burada vahid komanda sistemi ilə mütəşəkkil fəaliyyət yaradılıb.

Bu nailiyyət üç il öncə Prezident sərəncamı ilə təsis olunan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının effektiv fəaliyyətinin real nəticəsidir...

Səfərboyu ünsiyyətdə olduğumuz müxtəlif peşə sahiblərinin isə hamısı bir rəydə həmrəy idi: əgər bu ərazilərdə ilkin yollar təmir olunmasa, yeniləri çəkilməsəydi, fəaliyyət istənilən səviyyədə olmazdı. Hər biri böyük qədirbilənlik və minnətdarlıqla, dost təəssübkeşliyi və səmimi zarafatları ilə yol işçilərinə ehtiramlarını bildirirdilər. Bütün əziyyəti unutduran münasibət idi bu... 

Kəlbəcər və Laçın dağlarını dələn müasir fərhadların külüngü, əlbəttə ki, indi innovativ və yüksək texnoloji əsaslıdır, amma əsas odur ki, fədakarlıqları, zəhmətləri, hədəfə nail olma əzmləri əsatirdəkilərdən də güclü, daha inadlıdır...

Bələdçimiz Əyyub Hüseynov Kəlbəcərdəndir, I Qarabağ savaşının veteranıdır. Beynəlxalq layihələrdə 20 illik təcrübəsi ilə ixtisaslaşıb, peşəkar yol inşaatçısı olaraq, xeyli nəqliyyat infrastrukturlarında kamil mütəxəssis imzasını qoyub. Zəfərdən dərhal sonra Şuşaya çəkilən Zəfər yolundan başlayaraq, Zəngəzur dəhlizi istiqamətindəki çoxşaxəli yollarda, həmçinin Bərdədən Ağdama, Xocavəndə, Füzuliyə uzanan, Toğanalıdan Laçınadək gedən yeni qələbə yollarında keyfiyyətə texniki nəzarəti həyata keçirir.
Kəlbəcərə, Laçına salınan yolun maraqlı tarixçəsi var. 

10 noyabr üçtərəfli Bəyanatından sonra artıq bu rayonların ermənilər tərəfindən boşaldılması aydın idi. Qələbədən cəmi bir həftə keçmiş Şuşaya Zəfər yolunun təməlini atan Prezident Avtomobil Yolları Dövlət Agentliyinə bütün istiqamətlər üzrə, o cümlədən Kəlbəcər və Laçına yeni yolların çəkilməsinə başlamaq göstərişi verir. İlham Əliyev tapşırığının mahiyyəti də hamıya məlumdur: qısa müddətdə layihələndirilmə aparılmalı, tez zamanda yol çəkilişinə başlanılmalı, məsuliyyətli icraçılıqla keyfiyyətli iş təcili yekunlaşdırılmalıdır.

Əyyub Hüseynov xatırlayır ki, 2020-ci ilin noyabrından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini Qarabağa və Şərqi Zəngəzura səfərbər edir: "Prezident tapşırığı təcili icra olunmalı idi. Zəfər yolu ilə paralel digər istiqamətlər üzrə layihələndirmə başlamışdı. Kəlbəcərin azadlığa çıxdığı gün - 25 noyabrda artıq "Azəravtoyol" Ömər aşırımında idi və elə həmin gündən də işə başlanıldı. Aşırımın bərpası qısa müddətdə həyata keçirildi. Dekabrda isə artıq Kəlbəcərə layihələndirmə işçi heyəti gəldi. 2021-ci ilin ilk aylarından etibarən Toğanalıdan Kəlbəcərə, oradan da Laçına uzanacaq yol şəbəkəsinin qurulması ilə bağlı işlərə start verildi. Saleh Məmmədovun rəhbərliyi ilə heyətimiz səhər Şuşada, günorta Kəlbəcərdə, axşam Zəngilanda olurdu və bu rejim hər gün təkrarlanırdı. Gecələmək üçün nəinki daldalanacaq, heç elektrik, su yox idi, uzaqdan gətirilən yeməyi sədr, mühəndislər, fəhlələr birgə yeyirdik. Necə ki savaş anında zabit də, əsgər də eynidir, hamısı döyüşçüdür, bizim "döyüşümüzdə" də rəhbər və fəhlə söhbəti, ayrılığı yox idi, elə indi də yoxdur! Bunlar bizə zərrə qədər də çətinlik, problem kimi gəlmirdi, bu işin məsuliyyətinin şərəfi bizə yetərli idi. İndiyədək mövcud olmayan istiqamətdə yol, özü də Zəfər yolu çəkirdik - bu, nəyə desən dəyərdi..."

Zəfər yollarında  İlham Əliyev imzası

Kəlbəcərə, Laçına çəkilən yol, salınan tunellər barədə Azərbaycanda hamı məlumatlıdır. Dünyanın ən yaxşıları sırasına indidən möhürünü vuran bu layihələr haqlı olaraq qürur mənbəyimizdir. Ancaq etiraf edək ki, bu nəhəng infrastruktur barədə bilgilərimiz yetərincə deyil. Elə isə Bakıdan Kəlbəcərə, oradan isə Laçına gedən, Zəngəzuradək uzanan yollar və tunellər barədə detallara varaq...

Göygöldən Zəngəzur sərhədlərinədək uzanan 158 km-lik yol şəbəkəsi 22 tunel, 23 körpüdən ibarətdir və iki hissədən - Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarından təşkil olunur. 
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinə 23 iyul 2021-ci ildə başlanılıb. Magistral yolun üzərində yerləşən nəhəng Murovdağ tunelinin təməli isə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulub. Həmin gün Kəlbəcər-Laçın avtomobil yolundakı ilk tunelin inşasına da start verilib. 

Xatırladaq ki, əraziyə Ömər aşırımı ilə gələn Prezident "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq" söyləmişdi. 

"Biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq" mesajı ilə  bütün dünyaya səslənən İlham Əliyev yeni layihənin və tunellərin əhəmiyyətini də çox düzgün dəyərləndirmişdi: "Bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - eyni zamanda Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Bu tunel çox rahat və təhlükəsiz bir yol olacaq".

Ümumiyyətlə, yol infrastrukturu Prezidentin Qarabağ və Şərqi Zəngəzurun quruculuq strategiyasında əsas prioritetlərdəndir. İlham Əliyevin göstərişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hələ Vətən Savaşının ilk günlərində - 2020-ci ilin oktyabr ayında yenidənqurulmasına başlanılan və uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu cəmi bir il sonra - 2021-ci il oktyabrın 3-də istismara verildi. 

Bu silsilədə ən əlahiddə hadisə isə Zəfər yolu idi.  2020-ci il noyabrın 16-da İlham Əliyev tərəfindən təməli qoyulan və uzunluğu 101,5 km olan Zəfər yolu cəmi bir il sonra - 2021-ci il noyabrın 7-də istifadəyə verildi. 

İndiyədək bu bölgələrdə icra olunan 21 layihədən ümumi uzunluğu 186.3 km təşkil edən 5 avtomobil yolu layihəsi uğurla yekunlaşıb. 

Yol inşaatçılarının şah əsəri - Murovdağ 

Bir məqamı da xatırladaq ki, Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolları layihələri Prezidentin daim diqqət mərkəzindədir. Özü mütəmadi olaraq layihələrin durumu ilə maraqlanır, həm tunel, həm də yol infrastrukturu ilə bağlı tapşırıqlarının icrasını şəxsən yoxlayır. Ötən il iki dəfə - iyunun 26-da və sentyabrın 21-də, həmçinin cari ildə də iki dəfə - mayın 27-də və avqustun 25-də bu avtomobil yollarında, tunellər tikintisində görülən işlərlə tanış olub.

Qardaş Türkiyənin dünyaca məşhur "CENGİZ İnşaat Sənaye və Ticarət" şirkəti tərəfindən subpodratçı olaraq inşa olunan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Rayonun əksər yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edən yol 82 km uzunluğa malikdir və 2, 3, 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. 
Yolun uzunluğu Toğanalı-Kəlbəcər istiqamətində 56 km, Kəlbəcər-İstisu üzrə 26 km təşkil edir. Yolda mövcud olacaq 5 tunelin ümumi uzunluğu isə 25,9 kilometrdir. 

İlk tunelə daxil oluruq. Füsunkar təbiət qoynundan 561,2 metr uzunluğunda modern nəqliyyat qurğusuna girərkən insan heyran qalmaya bilmir. 626,9 metrlik ikinci tuneldən sonra isə bu infrastrukturun şah əsəri - Murovdağ tuneli başlayır.

...Murovdağ tunelinə axşam saatlarında çatdıq. Girişdə ilk andan gərgin iş prosesi diqqəti cəlb edirdi. Məlumat verildi ki, burada, ümumiyyətlə, inşa olunan bütün tunellərdə fasiləsiz - 24 saatlıq iş prosesi tətbiq olunub. Növbəli qaydada işçi heyəti tuneldə çalışırdı. 
Tunel qazıntısının canlı şahidi olmaq, çoxşaxəli inşa prosesinin fərqli yönümlərini görmək, irəlidə qazıntı üçün törədilən partlayışların səsini eşitmək, dünyanın ən yaxşılarından sayılacaq tunelin tikintisini prosesin içindən müşahidə etmək insanda duyğusal ovqat yaradırdı... 

(Ardı var)

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan",
Bakı-Kəlbəcər-Laçın-Bakı

Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...
Bakıdan Zəngəzura...

Xəbər lenti