Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən Beynəlxalq Yol Federasiyasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. 

50-dən çox ölkədən 1000 nəfərlik nümayəndə heyətinin qatıldığı tədbirdə Beynəlxalq Yol Federasiyasının bu günə qədər əldə etdiyi nailiyyətlər haqqında danışılıb. Eyni zamanda dünyanın sahə üzrə aparıcı mütəxəssislərinin və yenilikçi şəxslərin çıxışları dinlənilib. 

Tədbirdə sənaye ekspertləri və yol nəqliyyatı sektorunun peşəkarları arasında məhsuldar dialoqlar, təcrübə-bilik mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri barədə danışılıb və yol sektorunun ilə bağlı bir sıra məsələlərə toxunulub.

Tədbir çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey ilə görüşüb. 

Görüş zamanı İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, Agentlik tərəfindən icrası həyata keçirilmiş və davam etdirilən mühüm layihələr barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyəti baxımından dünya ölkələri arasında yuxarı pillələrdə qərarlaşmasını yüksək qiymətləndirib.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisi də keçirilib. Konfransın məqsədi sahə üzrə qlobal təcrübələri bölüşmək, yenilikləri araşdırmaq və maraqlı tərəfləri bir araya gətirərək bir platforma təqdim etmək olmuşdur və konfransda təqdim olunan fikirlərin sektorun mümkün inkişafı üçün vacib bir təməl olacağı əsas hədəflər sırasındadır.

Sahə üzrə əməkdaşlıq üçün ideal platforma hesab olunan və dünyanın hər yerindən yol ekspertləri, sənaye liderləri və maraqlı tərəflərin iştirak etdiyi tədbirdə yol təhlükəsizliyi, əlaqəli mobillik, kənd yolları, rəqəmsallaşdırma, inklüzivlik, yeni texnologiyalar, enerji və resurs səmərəliliyi, işçi qüvvəsi və s. mövzularda da müzakirələr aparılıb
AAYDA-nin İdarə Heyətinin sədri ABŞ-da işgüzar səfərdə olub
AAYDA-nin İdarə Heyətinin sədri ABŞ-da işgüzar səfərdə olub
AAYDA-nin İdarə Heyətinin sədri ABŞ-da işgüzar səfərdə olub
AAYDA-nin İdarə Heyətinin sədri ABŞ-da işgüzar səfərdə olub

Yol-xeber.az" xəbər verir ki,   Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

DIN_5113



Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib. 

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

 

YOLUNUZ AÇIQ OLSUN...


Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 14-də və 15-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl, Naftalan və digər rayonlardan qəbula gələn 120 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. 
Hərbi hissənin qərargahında komandir heyəti ilə keçirilən əməliyyat müşavirəsində nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Bundan sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45-i Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
image_20231115153416.jpg

DIN_4576

DIN_4512

DIN_4517

DIN_4509

DIN_4663

DIN_4649

DIN_4610

Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyində Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları, polis əməkdaşları, veteranlar, həmçinin Nazirliyin əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Dövlət Himni səsləndikdən sonra çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına laiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu qeyd edib.
Nazir müavini Azərbaycanın apardığı Vətən müharibəsinin bir çox parametrləri – yüksək tempi, müasir texnikanın döyüş meydanında tətbiqi, əməliyyatların məharətlə idarə olunması, zabit və əsgərlərin döyüşkənliyi baxımından dünya hərb tarixinə 21-ci əsrin müharibəsi kimi yazıldığını vurğulayıb. İ.Əliyev Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayının 19-da baş tutan lokal xarakterli antiterror əməliyyatları zamanı da Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş polkovnik Şahin Bəylərov, “Şuşanın azad olunması”, “Füzulinin azad olunması”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunmuş, polis polkovniki Tural Novruzov, “İgidliyə görə”, “Şücaətə görə”  medalları ilə təltif edilmiş baş çavuş Surət Babayev ölkə başçısının xüsusi qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı daim doğrultmağa çalışacaqlarını qeyd ediblər. 
Tədbirin sonunda Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunan “Zəfər meydanı” sənədli filmi nümayiş etdirilib. 

IMG_4259

IMG_4260

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Ağcabədi Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Ağcabədi şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Ağdam, Bərdə, Laçın, Zərdab və Ağcabədi şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Ağcabədidə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və kazarma-məişət şəraiti ilə maraqlanıb.
Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Sonda general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 42-si Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 202 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

DIN_4080

DIN_4051

DIN_4055

DIN_4063

DIN_4094

DIN_4155



Yol-xeber.az" xəbər verir ki, Oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.  

Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

General-polkovnik V.Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi.
Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində  xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı. 

Nazir daha sonra bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. Ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb. 
Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.                    
Qəsdən sağlamlığa ağır zərər vurmaların, xuliqanlıqların, quldurluqların, dələduzluqların, hədə-qorxu ilə tələb etmələrin, soyğunçuluqların və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. 
Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması faktlarının sayı azalıb. 
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.

Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6.344 nəfər məhkəmə məsuliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla təhsil müəssisələrində 1.028 maarifləndirmə tədbiri keçirilib.
Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsədilə davam etdirilən tədbirlərlə respublika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki vаsitələrlə аşkаrlаnıb. 
Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərə çevik reaksiya verilməsi sahəsində görülən işlər ötən 9 ayda da gündəlik nəzarətdə qalmaqla daxil olmuş 75.146 müraciətə baxılıb, habelə bu mühüm işə paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 şəhər və rayonunda 3.000-ə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan 2.500-dən çox minnətdarlıq məktubları alınıb. 

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin və bir sıra ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə ediblər.
İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini vurğulayıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunmuş  müsbət nəticələri yüksək qiymətləndirən Nazir bu istiqamətdə fəaliyyətin daha böyük əzm və qətiyyətlə həyata keçirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmçinin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən bloggerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına təşəkkürlərini bildirib.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan Nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. 

Vətəndaş məmnunluğunun təmin edilməsində, dövlətə inam və etimadın güclənməsində böyük əhəmiyyət kəsb edən müraciətlərə baxılması işinə xüsusi diqqət çəkən nazir V.Eyvazov şikayətlərə çevik reaksiya verilməsi işinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün əlavə tapşırıqlar verib. 
Nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının bundan sonra da etibarlı qorunmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını, şəxsi heyətin etik davranış qaydalarına daim riayət etməsini, qanunçuluğun möhkəmləndirilməsini və peşəkarlıq səviyyəsinin günbəgün artırılmasını tələb edib.
Kollegiya iştirakçılarının diqqətini ötən illər ərzində beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə baş tutmuş görüşlərə də yönəldən nazir V.Eyvazov ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq qeyd edib ki, bu sahədə fəaliyyətin effektivliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə aparılan müzakirələr və görülmüş işlər çox faydalı olub.

Konkret olaraq, fəaliyyətin müasir tələblərə və mütərəqqi beynəlxalq təcrübəyə uyğun qurulmasında mühüm əhəmiyyət kəsb edən şəxsi heyətin professional hazırlığının artırılması məqsədilə son 5 ildə təkcə insan hüquqları üzrə Azərbaycanda və xarici dövlətlərdə keçirilən seminarlarda, təlim kurslarında, konfranslarda və digər tədbirlərdə daxili işlər orqanlarının 3000-dən çox əməkdaşının iştirak etdiyini, Polis Akademiyasında keçirilən məşğələlərə Avropa ekspertlərinin dəvət edildiyini, treninqlərin onlar tərəfindən də keçiriləcəyini bildirib, habelə, aidiyyəti tədris proqramlarının qısa müddətdə yenilənməsinə dair tapşırıqlar verib. “Açıq hökümətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planları əsasında idarədaxili nəzarət mexanizmlərinin, aidiyyəti vəzifə təlimatlarının təkmilləşdirildiyini, aidiyyəti qanunvericilik aktlarına beynəlxalq təcrübəyə uyğun dəyişikliklər edilməsi üçün layihələrin hazırlandığını, tutulmuş və həbs edilmiş şəxslərin beynəlxalq konvensiyalarda təsbit olunmuş bütün hüquqlarının və dindirmələrin şəffaflığının təmin edilməsi mövzularında respublikanın istintaq qurumlarının əməkdaşları üçün virtual təlimlərin təşkil edildiyini nəzərə çatdırıb. Nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyini qeyd edib.
Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib, onlara qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Bütövlükdə Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə də konstruktiv şəkildə həyata keçiriləcəyini ifadə edib. 

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

DİN_00007_2_2


Yol-xeber.az" xəbər verir ki,   Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin  oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

 Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

 

YOLUNUZ AÇIQ OLSUN...


Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO


Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib.

Bildirildi ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdın Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Taarif Şurası tərəfindən gediş taarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır.

Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. O da bildirildi ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Dövlətimizin başçısı ödəmə sistemi haqqında videoçarxa baxdı

Bildirildi ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olundu.

Qeyd edək ki, son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.

Bu yolun istifadəyə verilməsi, həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.


Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO
Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib VİDEO/FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub.

Yol-xeber.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.



Xəbər lenti