"Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.

Bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın magistral yollarında maksimal sürət həddi 110 km/saat qəbul olunub:

"Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.

Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumat görə, Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.

Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.

Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.

“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.

Xəbər verdiymiz kimi, ötən gün Bakı şəhərinin Baş planının təqdimatı olub. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin 4 prioritet hədəfə əsaslanan Baş planının görüntüləri hazırlanıb. Kadrlarda 2040-cı ilə qədər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması, tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatının qurulması mərhələləri öz əksini tapıb. 

“Həmin görüntüləri təqdim edirik: 

“Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib:

“Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 923,1 manat olub.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11,2% artıb:

"Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10,8%-ə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11%-dən çox olub".

"Bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əməkhaqqıda illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq", - deyə millət vəkili əlavə edib.

Dünyanın ən varlı beş adamı son illərdə xeyli zənginləşib.

Bu barədə Britaniya mərkəzli “Oxfam” mərkəzinin açıqladığı illik bərabərsizlik hesabatında görə qeyd olunub. Bildirilir ki, 2020-ci ildən bəri bu milyarderlərin xalis sərvəti inflyasiya nəzərə alınmaqla 114% artaraq 869 milyard dollara çatıb. Mövcud tendensiyalar davam edərsə, dünya onillikdə özünün ilk trilyonerini görə bilər.

Eyni zamanda, qlobal miqyasda 5 milyarda yaxın insan inflyasiya, müharibə və iqlim böhranı ilə mübarizə apararaq yoxsullaşıb. Mövcud trayektoriyaya əsasən yoxsulluğu aradan qaldırmaq üçün təxminən 230 il vaxt lazımdır.

“Tesla” və “SpaceX” də daxil olmaqla bir neçə şirkəti idarə edən İlon Mask son illərdə ən çox qazananlardan olub. Onun sərvəti 2020-ci ilin martından 737% artara noyabrın sonunda 245,5 milyard dollara çatıb.

Fransız lüks mallar nəhəngi LVMH-nin sədri Bernar Arno və ailəsinin sərvəti 111% artaraq 191,3 milyard dollar olub.

“Amazon”un qurucusu Ceff Bezosun sərvəti 24% artaraq 167,4 milyard dollar olub.

“Oracle”ın qurucusu Lari Elisonun sərvəti 107% artaraq 145,5 milyard dollar təşkil edib.

“Berkshire Hathaway” şirkətinin CEO-su Uorren Baffet sərvəti 48% artaraq 119,2 milyard dollara çatıb.

“Oxfam”ın məlumatına görə, bütövlükdə, milyarderlərin sərvəti 2020-ci ildən bəri 3,3 trilyon dollar və ya 34% artıb və sərvətləri inflyasiya tempindən üç dəfə daha sürətlə genişlənib.

2005-ci ildə ölkəmizdə "Elektron ticarət haqqında qanun" qəbul edilib, təxminən 2008-ci ildən onlayn ödəniş sistemləri qurulmağa başlayıb. Pandemiyadan sonra isə ölkədə rəqəmsallaşma xeyli dərəcədə sürətləndi, çatdırılma infrastrukturu da inkişaf etməyə başladı.

Bunu IKT sahəsi üzrə ekspert Osman Gündüz Ticarət mərkəzlərindəki böhranlı durum və sahibkarların düşüncə tərzindən danışarkən deyib. O bildirib ki, uzun illərdir elektron ticarətə keçid üçün ölkəmizdə mühit formalaşmağa başlamışdı:

"Eyni zamanda 25 ildən çoxdur ki, elektron ticarətin üstünlüyündən, elektron ticarətə keçməyin yollarından, rəqəmsal transformasiyadan danışırıq. TV-də, mediada bununla bağlı minlərlə müsahibələr, çıxışlar tapmaq olar. Lakin çox az sayda sahibkarlar bunu dəyərləndirə bildilər. İndi isə 300 dollarlıq limiti ləğv etməyi, vərəndaşların e-ticarət yolu ilə xaricdən gətirdiklərinə vergi tətbiq etməyi tələb edənlər o zaman e-ticarətə keçidə etinasızlıq göstərir, bəziləri hətta bizim bu çağırışlarımızı lağ-lağı obyektinə çevirir, həmişə belə qalacağını düşünürdülər".

Ekspertin fikrincə, pərakəndə ticarətlə məşğul olanların indiki durumu, ticarət mərkəzlərindəki, Sədərək Ticarət Mərkəzindəki indiki böhranlı durum əsasən sahibkarların düşüncə tərzi ilə bağlı məsələdir: "Əlbəttə, təəssüfləndiricidir. Amma yenə də gec deyil. Perspektiv yalnız rəqəmsal transformasiyadan keçir. Doğru yol bu sahəyə diqqət yetirmək və bu sahəyə investisiya yatırmaqdan keçir", - deyə O. Gündüz əlavə edib.

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib.

Xatırladaq ki, yanvarın 1-ə kimi sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən isə bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək.

Sözügdən dəyişikliklə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu qərarın yaxın vaxtlarda ləğv olunacağına ümid edir: “Vergi Məcəlləsinə edilən yeni dəyişiklik olduqca yersiz və əhəmiyyətsizdir. Bu dəyişiklik 10 minlərlə mikrosahibkara mənfi təsir göstərəcək. Elə sahələr var ki, orada sahibkarlar tək fəaliyyət göstərir. Onlar hökmən əlavə 2 işçi götürməlidirlər ki, əvvəlki qaydada, yəni 5 faizlə vergisini ödəsin. Bu ümumiyyətlə absurd bir yanaşmadır. Məsələn deyək ki, sahibkar bərbərdir və saç kəsimi ilə məşğul olur. Bu adam 2 nəfər işçini niyə və necə işə götürsün? Ona görə də yeni dəyişikliyin kökündə duran mahiyyətin özü yanlışdır. Ümid edirəm ki, bu qərar ləğv olunacaq”.

Ekspert həmçinin bu dəyişikliyin xidmət sahəsində qiymət artımına səbəb olacağını qeyd edib:

“Bu dəyişiklik digər tərəfdən xidmət sahəsində qiymətlərin artımına səbəb olacaq. Düzdü, bu bahalaşma üçün elə də güclü dalğa yaratmayacaq, ancaq sözsüz ki, təkan verəcək. Təbii ki, sahibklar əgər daha çox vergi verəcəksə, həmin məbləği ödəyə bilmək üçün daha çox qazanmağa çalışacaq. Bu göstərici eləcə də qonşu ölkələrə nisbətən olduqca yüksəkdir. Məsələn, Gürcüstanda mikrosahibkarlardan alınan vergi cəmi 1 faiz təşkil edir. Ona görə də həm qonşularla rəqabət baxımından, həm də ölkə daxilindəki minlərlə insanın maraqlarına toxunduğuna görə düşünürəm ki, bu dəyişiklik ləğv edilsə daha yaxşı olar. Ümumilikdə ölkə büdcəsi də bundan heç nə qazanmayacaq. Çünki proqnozlara görə ən yaxşı halda büdcəyə təqribən 180-190 milyon manat əlavə vəsaitin daxil olması gözlənilir, bu isə yanlışdır. Çünki bir çox sahibkar verginin çox olması səbəbindən ya fəaliyyətlərini dayandıracaq, ya da boz sxemlərə keçəcək. Qısası, bu dəyişiklik vergi daxilolmalarını artırmayacaq, əksinə, azaldacaq”.

2024-cü il Azərbaycan turizminin inkişafı baxımdan yeni dövr olacaq.

Bunu Azərbaycan Hotelçilər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov deyib.

Onun sözlərinə görə, turizm sektoru, xüsusən də hotelçilik inkişaf edib.

"Bu gün Azərbaycanda dünyamiqyaslı hotel brendləri fəaliyyət göstərir. Lakin uğurlarımızla yanaşı, problemlərimiz olub. Bu xüsusən də pandemiya dövründə baş verdi. Pandemiya hotelçilik sahəsini çökdürdü. Amma bu sahə yenidən inkişaf mərhələsinə qədəm qoymaqdadır. Bu baxımdan 2024-cü il turizm və hotelçilik üçün yeni bir inkişaf dövrü olacaq. Bu il ölkəmiz COP-29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu bizə ölkənin unikal turizm potensialını dünyaya tanıtdırmaq baxımdan mühüm rol oynayacaq", - Əlimuradov qeyd edib.

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri artırıb və onun daha da genişlənməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal aktivlik və inflyasiya üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər.

Bu barədə Dünya Bankının hesabatında bildirilib.

“Yaxın Şərqdə baş verən son münaqişə... geosiyasi riskləri artırıb. Münaqişənin artması enerji qiymətlərinin artmasına gətirib çıxara bilər ki, bu da qlobal aktivliyə və inflyasiyaya böyük təsir göstərə bilər", - hesabatda deyilir.

Qeyd olunur ki, enerji qiymətlərinin artması istehsal və çatdırılma xərclərinə də təsir edəcək və bu da ərzaq və digər malların bahalaşmasına səbəb olacaq.

Dünya Bankı əlavə edib ki, qlobal iqtisadiyyat hələ də son illərin şoklarının - koronavirus pandemiyası, artan inflyasiya və qlobal monetar şərtlərin kəskin sərtləşməsi və s. - uzunmüddətli təsirlərini yaşamaqda davam edir.

Qlobal iqtisadiyyat üçün əlavə risklər sırasına yüksək faiz dərəcələri, davamlı inflyasiya, Çinin zəif artımı, ticarətin parçalanması və iqlim dəyişikliyinin təsirləri səbəbindən maliyyə şərtlərinin pisləşməsi daxildir.//axar.az

Xəbər lenti