![]() |
|
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayır.
APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.
İclasda təqsirləndirilən şəxsin və iş üzrə zərər çəkən 59 nəfərin anket məlumatları dəqiqləşdiriləcək.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Xankəndini tərk edən erməni terrorçuları təkcə minalarla deyil, həm də qumbara ilə tələ qurublar.
Görüntüdəki hal şəxsi evlərdən birində aşkarlanıb.
Belə hesab edilib ki, şkaf açılan zaman qumbaranın sancağı çəkiləcək və partlayış baş verəcək. Nəticədə otaqdakı hər kəsə maksimum fiziki ziyan vuracaq.
Videonu çəkən şəxs insanları diqqətli olmağa və məlumatı maksimum paylaşmağa çağırıb.
İsraildə daha bir azərbaycanlı vəfat edib.
İsrail Müdafiə Qüvvələrinin əsgəri Emil Samoylov bu gün Fələstin-İsrail münaqişəsi zonasında gedən döyüşlərdə həlak olub.
Xatırladaq ki, bundan öncə 2005-ci ildə Bakıda anadan olan hərbçi Əzizov Lior Teymur oğlu döyüşlərdə həyatını itirib.
O, Birinci Qarabağ Mühairbəsində şəhid olan Əzizov Vahid Hüseynoğlunun nəvəsidir.
Yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Vəfat edən azərbaycanlıların kimliyi də məlum olub:
Şamil Abbasov - İsrail vətəndaşı;
Emin Axundov - İsrail vətəndaşı
Roman Qandel - İsrail vətəndaşı;
Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).
Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.
Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Daxili İşlər Nazirliyi Zaqatala rayonunda itin döyülərək öldürülməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır:
Qeyd edək ki, sosial şəbəkələrdə Zaqatalada çayxananın həyətinə girən itin şəkər yediyi üçün döyülərək öldürülməsi barədə foto yayılıb.
Bakıda polisi əməkdaşı və sürücü arasında insident yaşanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə Babək prospektində qeydə alınıb:
"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə saxla əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılmış saxlanıldıqdan sonrada polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək".
Sözügedən görüntüləri təqdim edirik:
İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında 3 Azərbaycan yəhudi əsilli şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.
Qarabağdakı separatçı rejimin "dövlət naziri" olmuş Ruben Vardanyanın "Laçın" postunda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının bəzi təfərrüatları məlum olub.
Bu barədə Ermənistan Parlamentinin "Ermənistan" fraksiyasının deputatı Qeqam Manukyan son müsahibəsində danışıb.
O qeyd edib ki, Vardanyan onun qardaşı general Davit Manukyanla birlikdə həbs edilib.
Deputat qardaşının arvadının da orada olduğunu, lakin onun Ermənistana keçməsinə icazə verilməsi ilə bağlı məlumatı təsdiqləyib:
"Bəli, Ruben Vardanyan qardaşımın maşınında olub, azərbaycanlılar onları birlikdə həbs ediblər".(Publika.az)
Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb.
Publika.az xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.
Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların "rəhbərləri”nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında "yanğından zərərçəkmiş” şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son "rəhbərliyinin” Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki "rəhbərlərinin” isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.
"Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.
Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
"Orada mövcud olan yanacaq "ordunun” (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib”, - hadisə haqda məlumatlı mənbə bildirib.