Xankəndidə dəhşətli partlayışı ermənilər buna görə törədib - Ermənistan KİV

Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb.

Publika.az xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.

Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların "rəhbərləri”nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında "yanğından zərərçəkmiş” şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son "rəhbərliyinin” Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki "rəhbərlərinin” isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.

"Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.

Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.

"Orada mövcud olan yanacaq "ordunun” (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib”, - hadisə haqda məlumatlı mənbə bildirib.

23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti