![]() |
|
Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Azərbaycanda zəlzələ baş verib.
Masallı-Cəlilabad rayonlarının inzibati sərhəddində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.
***
Cəlilabadda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Ölkə.az-a verilən xəbərə görə, zəlzələnin maqnitudası 5-ə yaxındır.
Stansiyalardan verilən məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda zəif hiss olunub.
***
Zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Ətraflı məlumat veriləcək
Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş “səhra komandiri” Karen Matevosyan Yuxarı Qarabağın müvəqqəti(!) olaraq Moskvanın nəzarətində qalan, haykların məskunlaşdırılmış hissəsində “xalq müdafiə dəstələri”nin yaradılmasını elan edən müraciət paylaşıb.
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, Karen Matevosyan özünü “artsax” "milis"- “xalq müdafiə dəstələri”nin komandiri kimi təqdim edib. Onun sözlərinə görə, "milis bir məqsəd üçün yaradılıb - xalqımızı, ailələrimizi məhv olmaq təhlükəsindən qorumaq".
“Biz heç vaxt dövlətimizin siyasi həyatında birbaşa iştirak etməmişik, əksinə xalqımızın, dövlətimizin təhlükəsizlik sistemini qurmuşuq”, - deyə Matevosyan çərənləyib.
Onun sözlərinə görə, onlar qondarma “artsax” “prezidenti” Arayik Arutyunyanın istefa vermək niyyətindən xəbər tutanda", “artsax”ın “gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək qərarına gəliblər, meydana toplaşıb prezidentdən, parlamentin sədrindən və deputatlardan mövcud vəziyyət haqda izahat vermələrini xahiş ediblər”.
K.Matevosyan bildirib ki, qanunsuz “parlament” sədrinin, yəni daşnak David İşxanyanın cavabı adekvat olmayıb.
Onun sözlərinə görə, baş separatçı Araik Arutyunyan meydana çıxıb və “xalq müdafiə dəstələri”nin rəhbərlərindən dayanmağı xahiş edib.
K. Matevosyan vurğulayıb ki, “Nağıllara qulaq asmağa vaxtımız yoxdur. Xalqın taleyi xalqın əlində olmalıdır və növbəti təxribat səhvinə yol verilməməlidir…”
Qiyamçı, separatçı rejimin keçmiş rəhbərləri B.Saakyan, A.Qukasyan və Putinin “desantı” R.Vardanyana da müraciət edərək onları təcili birləşməyə çağırıb.
“Əgər bu qüvvələr birləşməsə və heç bir qərar verilməsə, meydana gəlib bütün məsuliyyət daşıyanlardan izahat tələb edilməlidir. İstisna halda… məsuliyyəti öz üzərimizə götürəcəyik. Lazım gələrsə, hökuməti, parlamenti buraxıb, Böhran Şurasını seçib, gələcək yolun seçilməsi ilə bağlı qərar qəbul edəcəyik…” -deyə o, Xankəndindəki xunta rəhbərlərini və digər “siyasi” qüvvələri hədələyib.
“Xalq müdafiə dəstələri ilə birlikdə Artsaxda qüvvələrin necə birləşdiyini, qərar qəbul edib-etməyəcəyini müşahidə edəcəyəm… Təkrar edirəm. Əgər bütün siyasi, ictimai-siyasi qüvvələrin birləşməsi olmasa, qərar qəbul olunmasa, yaxın iki gün ərzində biz tədbirlər görməyə məcbur olacağıq: Parlamenti buraxmaq, Böhran Komitəsini seçmək və əhalini bu böhrandan çıxmaq üçün bir araya gətirməkdən ötrü qərar qəbul etmək”, – deyə qiyamçı söz verib.
P.S. Çox güman ki, K.Matevosyan da Putin “FSB”-sinin Ukraynada – Donbasda yetişdirdiyi İqor Strelkov – Girkin tipli bir fiqurdur…
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
"Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə “Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.
O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.
“Bloqer Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
“Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicələri davam etdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.