|
“Bloqer Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
“Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicələri davam etdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.